Lavanda
WishStories14
Bu kitab fantastik varlıqların mövcudluğuna inanıb böyükləri də buna inandırmağa çalışan uşaqlara, artıq bu cür varlıqların mövcudluğuna inandığı vaxtlara gülən yeniyetmələrə və nəhayət, hər zaman onların varlığını inkar etməyə hazır olan böyüklərə həsr edilir...
14 yaşlı Darçının pişiyi Lavandanın sirli dünyasını kəşf etməsi ilə başlayan hekayədə, əslində hər şeyin yaşadığımız və gördüyümüz dünyadan ibarət olmadığını, ətrafımızda fərqinə varmadığımız nə qədər möcüzəvi gözəllik olduğunu və eyni zamanda Darçının dostları ilə birlikdə bu "Möcüzəvi gözəlliklər" diyarında atıldığı macəranı oxuyacaqsınız.
Əgər heç vaxt qarşılaşmadığınız hadisələrlə qarşılamağa, xəbərsiz olduğunuz gözəllikləri kəşf etməyə, heç vaxt keçirmədiyiniz hissləri yaşamağa, özünüzü macəra dolu bir dünyaya göz atmağa və bəzən də özünüzü bu macəranın mərkəzində hiss etməyə hazırsınızsa, BİZİM DÜNYAMIZA XOŞ GƏLMİSİNİZ!!!