SEVGİ ƏNGƏL TANIMIR (TAMAMLANDI)
40 parts Complete Daniel bayaq Nazlının oturduğu yüksəkliyə söykəndi.
" Eldarın idman zalının bir hissəsidi. Burada adətən özəl məşqlər keçirilir. "
Nazlı başını sevgilisinə tərəf çevirdi.
" Necə özəl?"
Danielin üzündə ibnə gülüşü peyda oldu. Asta asta qızın üstünə yeridi , bir yandan da danışırdı.
" Yaraşıqlı oğlanları döymək üçün can atan qızlara burada hər şeyi izah edirik."
Nazlı üzündəki gülüşü sabit tutmağa çalışdığı sırada arxaya doğru gedirdi.
" Məsələn, nəyi?"
Nazlının beli divara dəydi, yol bitdi. Danielin kefinə deyəcək söz yox idi. Qızı belindən tutdu , bir əlini də bədəni boyunca gəzdirirdi.
" Sözə qulaq asmağı. "
Nazlının gözləri qısıldı,
" Onda mən burada dərs keçməli deyiləm. "
Danielin baxışlarında dəyişiklik olmadı, amma soruşdu.
" Səbəb?"
" Çünki yaraşıqlı oğlan dedin. Mən burada yaraşıqlı filan görmürəm. "
Hələ üstəlik sağa sola boylanmağı Danieli çox pis qızışdırırdı.
Dodaqlarını dişləyib , qızın üstünə əyildi.
" Yəni deyirsən ki , yaraşıq, zahiri gözəllik görəcəli bir məhfumdu?"
Nazlı başını yellədi.
" Mənə xoş gələn, sənə gəlməyə bilər. Çünki hər insan həyata fərqli bir rakursdan , fərqli bir pəncərədən baxır. "
Qıza biraz da yaxınlaşdı, artıq nəfəsi Nazlının çolkalarını tərpədirdi.
" Yəni sənə görə mən yaraşıqlı deyiləm? Bəyənmirsən məni?"
Nazlı əlbəttə bu cür vəziyyətdə (!) sevimlisinin suyuna getməli, ona tabe olmalıydı. Amma o gün onun tabe olma istəyi evdə qalmışdı.
Nazlı Danieli başdan ayağa süzdü, sonra dodaqlarını büzdü.
" Belə baxanda pis deyilsən. Pivəylə gedərsən. "
#Azərbaycan kateqoriyasında #4 olduq 😍 16.06.2023
#Azərbaycan kategoriyasinda #1 olduq 🤩🤩🤩 11.08.2023