Bölüm 1

144 59 19
                                    

Yunayted oteli çox sakit bir küçədə yerləşirdi. Otel görkəmli və çox bahalı idi. Ona görə də Yunayted otelində qalanların çox hissəsi varlı insanlar idi. Otelin qapısında siz ilk marşal kimi geyimmiş bir adam görə bilərsiniz. Maşından düşərkən sizi böyük maraqla qarşılayar ehtiyatla pilləkənləri qalxıb qapıdan içəri buraxardı. Oteldə olduğunuz zaman özünüzü fərqli bir dünyada hiss edə bilərsiniz. Otelin tavanında göz qamaşdıran iri çilçıraq görə bilərsiniz. Dəbdəbəli əşyalar otelə zəngin və rahat bir atmosfer bəxş edirdi. Hər il olduğu kimi bu ildə Yunayted otelinə xaricdən çoxlu qonaq gəlib. İndi hər axşam olduğu kimi çay vaxtı idi. Yunayted otelinin çayları çox gözəl olardı. Çay vaxtı olduğu üçün böyük zal insanlarla dolu idi. Qonaqlara çayları Gina Taylor adlı qulluqçu paylayırdı. Çox sakit və gülərüz qız idi. İri gümüş nimçələr və gümüş çaydanlar göz oxşayırdı. Yeməklərə gəldikdə isə nə istəsəniz sifariş verə bilərdiniz, dərhal gətirərdilər. Oktyabrın on beşi idi. Dublindən gələn varlı iş adamı Bernardo Lopez, həyat yoldaşı Emma Lopez və qızları Kristiana və Sara ilə birlikdə axşam yeməyi yeyirdilər. Digər tərəfdə isə qəribə görünüşlü bir adam var idi. Bu adamın adı Romeo Robinson idi. O, bu otelin daimi müştərisi idi. Romeonun yaddaşında problem var idi. O, çox vaxt tarixləri qarışdırırdı. Oteldə Londona istirahət etmək üçün gələn iki polşalı qardaş var idi. Hər ikisi uzun boylu yaraşıqlı oğlan idi. Onların adları İvan və Pavel Qrabovski idi. Onların sürücüsü olan Aleksandr Drabovskidə bu oteldə qalırdı. Polşalı qardaşlar ilə söhbət edən alman əsilli Alvaro Müller Londona tarixi yerləri görmək üçün gəlmişdi. Alvaro tarixlə maraqlanan uzun boylu 35 - 40 yaşlarında sarı saçlı kişi idi. Emma Lopezin yaxın rəfiqəsi olan Presley Evans Norviç şəhərindən gəlmişdi. Presley çox gözəl qadın idi. Presleyin görənlərin gözlərini qamaşdıran böyük almazdan hazırlanmış boyunbağısı var idi. Ertəsi gün otelin müdürü Harri Braunun yanında iki gənc oğlan var idi. Onlar otelin yeni işçiləri idilər. Otel müdürü Harri Braun otelin mühafizəçisi Pedronu yanına çağıraraq yeni işçiləri ona təqdim etdi. Pedro bunlar otelin yeni işçiləri Paul və Pablodur. Müdür Pedroya yeni işçiləri otellə tanış etməyi əmr etdi. Pedro yaxşı cənab Harri deyərək Paul və Pablonu otelin içərisinə apardı. Paul və Pablo otelin bu qədər dəbdəbəli və böyük olduğunu gördükləri an təəccübləndilər. Hər zaman olduğu kimi hər kəs otelin böyük salonunda idi. Əlində qəzet oxuyan Romeo Robinson əsəbi halda yenə sərnişin qatarı soyulub dedi. Pavel Qrabovski bir həftə ərzində üçüncü soyğundur dedi. Keçən dəfə qəzetdə bu soyğunların arxasında "A" ləqəbli bir adamın dayandığı yazılmışdı deyərək davam etdi İvan Qrabovski. Alvaro Müller polis onun izinə düşüb deyərək söhbətə qoşuldu. Pavel Qrabovski Alvaro Almaniyada da bu qədər soyğun olur? Dedi. Alvaro Müller bu çox az hallarda baş verir. Mən hələ mənim qaldığım şəhərdə bir həftə ərzində üç soyğun olduğunu nə görmüşəm nə də eşitmişəm deyərək Pavelin sualına cavab verdi. Romeo Robinson "A" kimdirsə çox ağıllı adamdır. Arxasında heç bir iz buraxmır dedi. Pavel Qrabovski nə qədər də ağıllı olsa da axır əvvəl polislər tərəfindən tutulacaq dedi. İvan Qrabovski "A" sərnişin qatarlarından öncə iki muzey və bir otel qarət edib dedi. Alvaro Müller bu gedişlə "A" insanlar arasında əfsanəyə çevriləcək necə ola bilər ki, heç bir iz buraxmadan hər hansısa bir yeri qarət etsin dedi. Romeo Robinson deyəsən "Görünməz Adam" əfsanəsi gerçəkləşir dedi. Pavel Qrabovski otelin müdürünə otelin təhlükəsizliyini gücləndirməsini demək lazımdır dedi. İvan Qrabovski "A"-nın növbəti hədəfi Yunayted oteli ola bilər dedi. Alvaro Müller niyə də olmasın, oteldə qalanların yarısından çoxu varlı iş adamlarıdır dedi. Romeo Robinson "A" çox asanlıqla öz adamlarını otelə daxil edə bilər dedi. Pavel Qrabovski otelin mühafizəsinin o qədər də güclü olmadığını nəzərə alsaq bu baş verə bilər dedi. İvan Qrabovski Aleksandr'a son dərəcə diqqətli olmağını tapşıracağam dedi. Alvaro Müller çox düz edirsən belə bir adamı ciddiyə almamaq axmaqlıq olardı dedi. Romeo Robinson Alvaro sən burada tək qalırsan? Alvaro bəli mən burada tək qalıram deyərək Romeonun sualını cavablandırdı. Romeo Robinson yanına mühafizəçi alsan yaxşı olar dedi. Alvaro Müller mən burada çox qalmayacağam ona görə də mühafizəçi istəmirəm dedi. Artıq hava qaraldı. Səhərkindən fərqli olaraq böyük salonda az adam var idi. Bernardo Lopez ailəsi ilə birlikdə Presley Evansla söhbət edirdilər. Emma Lopez Presley boyunbağın çox gözəldir dedi. Presley Evans təşəkkürlər Emma dedi. Presley Evans cənab Bernardo sizin işləriniz necə gedir? Dedi. Bernardo Lopez yaxşı gedir xanım Presley dedi. Emma Lopez Presley sən neçə gün burada qalacaqsan? Dedi. Presley Evans bir ay bəlkədə daha az qalacağam dedi. Bernardo Lopez Emma saat neçədir? Dedi. Emma Lopez saat 23:30 - dur dedi. Presley Evans artıq gecdir yatmaq vaxtıdır dedi. Bernardo Lopez gecəniz xeyrə qalsın xanım Presley dedi. Presley Evans sizində cənab Bernardo dedi. Səhər böyük salonda sadəcə 3 nəfər var idi. Romeo Robinson, Alvaro Müller və Pavel Qrabovski. Alvaro Müller cənab Romeo qəzetlərdə təzə xəbər yoxdur? Romeo Robinson otelin yaxınlığında kimsə qarət olunub, polislərin dediyinə görə bu hadisədə "A" -nın əli var dedi. Alvaro Müller "A" artıq bizə yaxınlaşır dedi. Pavel Qrabovski bəli hər an "A" otelə daxil ola bilər dedi. İvan Qrabovski təlaşlı şəkildə qışqıraraq Presley xanıma nəsə olub dedi. Hər kəs təlaşlı bir şəkildə İvanın səsinə doğru getdi. Alvaro Müller nə olub burada dedi. İvan Qrabovski bilmirəm, mən onu görəndə huşsuz vəziyyətdə yerdə uzanmışdı. Romeo Robinson Alvaro tez otelin müdürünə və xidmətçilərə xəbər ver dedi. Alvaro xidmətçilərə xəbər verdikdən sonra cəld şəkildə müdürün otağına girərək cənab Harri xanım Presley Evans oteldə huşsuz vəziyyətdə tapılıb dedi. Cənab Harri Braun təlaşlı və təəcüblü şəkildə nə? Xanım Presley yaxşıdır? dedi. Alvaro Müller bəli yaxşıdır sadəcə huşunu itirmişdi dedi. Harri Braun xanım Presleyin yanına gedək dedi. Alvaro Müller Romeo, xanım Presley özünə gəlib? dedi. Romeo Robinson bəli Alvaro özünə gəlib dedi. İvan Qrabovski xanım Presley sizə nə olub? dedi. Presley Evans bilmirəm dünən gecə mən böyük salondan öz otağıma qayıdarkən kimsə məni ağır bir alətlə başımdan vurdu dedi. Presley Evans təlaşlı şəkildə mənim boyunbağım yoxdur! Dedi. Alvaro Müller yəqinki gecə sizi vuran şəxs oğurlayıb dedi. Harri Braun narahat olmayın xanım Presley mən bu dəqiqə polisə xəbər verəcəyəm dedi. Bernardo Lopez xanım Gina oteldə nə baş verib? Gina Taylor cənab Bernardo gecə xanım Presley Evans oteldə hücuma məruz qalıb dedi. Bernardo Lopez indi xanım Presley haradadır? Dedi. Gina Taylor xanım Presley öz otağındadır, Cənab Romeo, Alvaro və İvan onun yanında idilər dedi. Bernardo təlaşlı şəkildə xanım Presleyin otağına gələrək xanım Presley siz yaxşısınız? Dedi. Presley Evans bəli cənab Bernardo dedi. Bernardo Lopez xanım Presley hadisə necə baş verib dedi. Presley Evans dünən sizinlə sağollaşıb öz otağıma gedərkən arxadan kimsə məni başından vurdu və mən huşumu itirərək yerə yıxıldım, dedi. Bernardo Lopez bu haqda polisə xəbər verilib? dedi. İvan Qrabovski bəli cənab Harri Braun polisə xəbər verməyə getdi dedi. Harri Braun cəld şəkildə telefon dəstəyini əlinə alaraq polisə zəng etdi. Salam mən Yunayted otelinin müdürü Harri Braunam otelimizdə müştərilərimizdən biri hücuma məruz qalıb dedi. Polis hadisə yerinə polis əməkdaşları göndəriləcək dedi. Biraz keçəndən sonra otelə iki polis gəldi. Salam mən dedektiv Edvard Uilson. Salam cənab Uilson mən Harri Braun otelin müdürüyəm. Edvard Uilson bu da mənim köməkçim Kevin Murraydır. Edvard Uilson cənab Harri Braun hansı müştəriniz hücuma məruz qalıb? Harri Braun xanım Presley Evans dedi. Edvard Uilson indi xanım Presley haradadır? Dedi. Harri Braun öz otağındadır, indi vəziyyəti yaxşıdır O, özünə gəlib dedi. Edvard Uilson mən bu hücum haqqında onunla söhbət etməliyəm dedi. Harri Braun təbiiki mən sizi xanım Presleyin otağına aparım. Edvard Uilson gedək cənab Harri dedi. Edvard Uilson cənab Harri Braunun arxasınca otağa daxil oldu. Salam mən dedektiv Edvard Uilson, xanım Presley sizsiniz? dedi. Presley Evans bəli mənəm dedi. Edvard Uilson xanım Presley bu hücum haqqında sizinlə tək söhbət etməliyəm dedi. Xanım Presley Evans yaxşı dedi. Edvard Uilson Kevin Murraydan başqa xahiş olunur hamı otağı tərk etsin dedi. Hamı otağı tərk etdi. Otaqda sadəcə Edvard Uilson, xanım Presley və Kevin Murray qalmışdı. Edvard Uilson xanım Presley bu vaxta qədər sizə belə hücum olub? dedi. Presley Evans xeyr cənab Uilson dedi. Edvard Uilson bəs sizin düşməniniz var? dedi. Presley Evans xeyr dedi. Edvard Uilson bəs bu hadisə ilə bağlı şübhələndiyiniz kimsə var? Presley Evans xeyr cənab Uilson, burdakı insanlarla çox yaxşı münasibətim var dedi. Edvard Uilson yaxşı xanım Presley bu günlük bu qədər sorğu sual bəsdir dedi. Kevin gedək oteldə qalan digər müştəriləridə sorğu sual edək dedi. Kevin Murray oldu cənab Uilson dedi. Edvard Uilson sağolun xanım Presley deyərək Kevin Murrayla birlikdə otaqdan çıxdı. Kevin Murray sorğuya ilk kimdən başlayacağıq? dedi. Edvard Uilson cənab Bernardo Lopez və həyat yoldaşı Emma Lopezdən dedi. Kevin Murray cənab Uilson sizcə bu işdə "A" -nın əli var? Edvard Uilson bilmirəm Kevin, əgər onun əli varsa deməli oteldəki şəxslərdən kimsə onun adamıdır. Xanım Presley Evansa hücum edən şəxs oteldə olan şəxslərdən biridir dedi. Kevin Murray cənab Uilson bunu necə təxmin etdiniz? dedi. Edvard Uilson əgər hücum otel daxilindən kənarda olan şəxs tərəfindən yerinə yetirilsə idi, həmin şəxsi otelin mühafizəçisi olan Pedro Martinez həmin şəxsi otelə daxil olarkən görərdi dedi. Oteldə olan hərkəs tək-tək sorğu sual edilməlidir, ancaq bu sorğu sualı tez bir şəkildə həyata keçirmək lazımdır dedi. Kevin Murray əgər bu işdə"A"-nın əli varsa işimiz çox çətindir. Unutmayaq ki, "A" eyni gündə 3 sərnişin qatarı soyub və bu soyğunları arxasında heç bir iz buraxmadan yerinə yetirib dedi. Edvard Uilson narahat olma Kevin biz onu axır əvvəl tutacağıq dedi. Edvard Uilson salam cənab Bernardo, mən dedektiv Edvard Uilson xanım Presleyə olan hücum haqqında sizi sorğu sual etməliyəm dedi. Bernardo Lopez salam cənab Uilson dedi. Edvard Uilson siz xanım Presleylə tanışsınız? Bernardo Lopez xanım Presley mənim yox həyat yoldaşım Emmanın yaxın rəfiqəsidir dedi. Edvard Uilson xanım Presley hücuma məruz qalmamışdan əvvəl ən son sizinlə görüşüb dedi. Bernardo Lopez bəli bizimlə görüşdükdən sonra xanım Presley öz otağına getdi dedi. Edvard Uilson cənab Bernardo O, gecə şünhələndiyiniz kimsə var idi? dedi. Bernardo Lopez xeyr cənab Uilson dedi. Birdən oteldə qışqırıq səsi eşidildi bu Romeo Robinsonun səsi idi. Romeo Robinson təlaşlı şəkildə tez köməyə gəlin Alvaro Müller yaralanıb dedi. Hərkəs Romeonun səsinə doğru getməyə başladı. Edvard Uilson burada nə olub? dedi. Romeo Robinson cənab Alvaro maşınında olarkən hücuma məruz qalıb dedi. Edvard Uilson Kevin tez maşını hazırla cənab Alvaronu xəstəxanaya aparmalıyıq dedi. Az sonra Kevin Murray cənab Uilson maşın hazırdı dedi. Romeo Robinson cənab Uilson məni də gözləyin dedi. Kevin Murray sürətli şəkildə cənab Alvaronu xəstəxanaya çatdırdı və həkimlər onun əməliyyatına başladılar. Edvard Uilson cənab Robinson hadisənin necə baş verdiyini gördünüz? dedi. Romeo Robinson xeyr cənab Uilson. Mən otelin mühafizəçisi Pedro Martinezlə söhbət edirdim sonra cənab Alvaro Müller gəldi maşına əyləşib harasa getdi. Cənab Alvaro Müller oteldən çıxandan 4-5 dəqiqə sonra silah səsləri eşidildi, mən və Pedro Martinez cəld silah səsinin gəldiyi yerə getdik ora çatanda gördük ki Alvaro Müller yaralıdır, onun maşını gülləbaran edilmişdi. Sonra biz onu cəld şəkildə otelə gətirdik dedi. Edvard Uilson siz burada qalın cənab Robinson, Kevin Murray sən hadisənin olduğu yerə get ordakı polislərdən məlumat almağa çalış dedi. Kevin Murray oldu cənab Uilson, dedi. Edvard Uilson mən otelə qayıdacağam dedi. Edvard Uilson otelə qayıtdıqdan az sonra cənab Alvaronun otağından səslər eşitdi. Yavaşca otağa tərəf getdi və gördükləri qarşısında bir an şok keçirtdi. Edvard Uilson alçaq Paul demək bu soyğunları edən sənsən dedi. Birdən Edvard Uilson başından sərt bir zərbə aldığını hiss etdi, huşunu itirərək yerə yıxıldı. Pablo tez aradan çıxmaq lazımdır Paul dedi. Paul bəs bu necə olsun? dedi. Pablo burada qalsın vaxtımız yoxdur tez buradan qaçmalıyıq dedi. Az sonra Edvard Uilsonun olduğu yerə Pavel və İvan Qrabovski gəldi. İvan Qrabovski cənab Uilson sizə nə olub? dedi. İvan Qrabovski Pavel tez xidmətçilərdən kimisə çağır dedi. Pavel Qrabovski tez köməyə gəlin deyərək qışqırdı. Norman və Gina Taylor tez bir şəkildə Pavel Qrabovskinin səsinə doğru getdi. İvan Qrabovski Gina tez sarğı gətir cənab Uilson başından zərbə alaraq yaralanıb dedi. Gina Taylor cəld şəkildə tibbi ləvazimatlarla dolu çanta ilə geri döndü. Pavel Qrabovski Norman tez Aleksandra maşını hazır etməsini söylə dedi. Norman cəld şəkildə oteldən çıxaraq Aleksandrın yanına getdi. Norman Aleksandr tez maşını hazır elə cənab Uilson yaralıdır dedi. Aleksandr Dabrovski oldu deyərək tez bir zamanda maşını hazır etdi. Pavel Qrabovski Gina tez otel müdürünə xəbər ver, Kevin Murrayada xəbər vermək lazımdır dedi. Gina Taylor cəld və təlaşlı şəkildə müdür Harri Braunun otağına girdi. Gina Taylor cənab Braun, Edvard Uilson yaralıdır dedi. Harri Braun bu necə baş verib dedi. Gina Taylor bilmirəm indi cənab Pavel və İvan Qrabovski, Edvard Uilsonu xəstəxanaya apardılar. Siz tez Kevin Murraya xəbər verin dedi. Harri Braun yaxşı bu dəqiqə xəbər verirəm dedi. Cənab Murray mən Yunayted otelinin müdürü Harri Braun, oteldə cənab Edvard Uilson yaralı və huşunu itirmiş vəziyyətdə tapılıb, indi onu xəstəxanaya aparırlar dedi. Kevin Murray təlaşlı şəkildə bu necə baş verib, mən gərək onu tək buraxmazdım dedi. Kevin Murray mən indi polislərlə birgə otelə gəlirəm hadisənin olduğu yerdə heç nəyə toxunmayın dedi. Harri Braun oldu cənab Murray dedi. Az sonra Kevin Murray polislərlə birgə otelə gəldi. Kevin Murray cənab Harri hadisə harada baş verib dedi. Harri Braun, cənab Alvaro Müllerin otağında dedi. Kevin Murray cənab Uilsonu xəstəxanaya kim apardı? dedi. Harri Braun cənab İvan Qrabovski onunla birlikdə qardaşı Pavel Qrabovskidə getdi dedi. Kevin Murray mən indi xəstəxanaya cənab Edvard Uilsonun yanına gedəcəyəm polislər burada qalacaqlar. Siz otelin təhlükəsizliyini gücləndirin dedi. Harri Braun oldu cənab Murray dedi. Kevin Murray oteldən çıxdıqdan iyirmi dəqiqə sonra xəstəxanaya gəldi. Kevin Murray salam mən dedektiv Kevin Murray cənab Edvard Uilson hansı otaqdadır dedi. Tibb bacısı salam cənab Murray, Edvard Uilson 205 nömrəli otaqdadır dedi. Kevin Murray cəld şəkildə Edvard Uilsonun olduğu otağa qalxdı. Xəstəxananın dəhlizində İvan və Pavel Qrabovskini gördü. Kevin Murray salam cənablar dedi. İvan Qrabovski salam cənab Murray dedi. Kevin Murray cənab Uilson özünə gəlib? dedi. Pavel Qrabovski bəli cənab Murray ancaq həkimlər onu çox yormamağımızı söylədi. Kevin Murray sadəcə beş dəqiqə onunla söhbət edəcəyəm deyərək içəri daxil oldu. Kevin Murray salam cənab Uilson necəsiz? dedi. Edvard Uilson gördüyün kimi Kevin dedi. Kevin Murray hücum edənin kim olduğunu gördünüz? dedi. Edvard Uilson bəli bu, Paul idi daha doğrusu mən Paulu cənab Alvaronun otağından oğurluq edərkən gördüm, məni vuranı görmədim dedi. Kevin Murray bu çox önəmli məlumat idi cənab Uilson mən indi otelə polislərin yanına qayıdıram, artıq oğrunun kim olduğunu bilirik dedi. Edvard Uilson, Kevin xanım Presley və cənab Alvaro necədirlər? dedi. Kevin Murray xanım Presley yaxşıdır cənab Alvaronun vəziyyəti o, qədər də yaxşı deyil dedi. Artıq gecə olmuşdu hava qaranlıq idi. Paul və Pablo almaz daşı "A"-ya verməyə gedirdilər. Paul biz gərək dedektivi orada qoymazdıq dedi. Pablo bizim vaxtımız yox idi dedi. Paul ümid edirəm ki, dedektiv yaddaşını itirər dedi. Pablo əgər dedektiv hər şeyi xatırlayarsa biz artıq otelə qayıda bilmərik dedi. Paul məncə bizim artıq otelə qayıtmağımıza ehtiyac qalmayacaq biz artıq bizə verilən tapşırığı yerinə yetirmişik dedi. Pablo biz deyəsən çatmışıq "A"-nın bizə verdiyi ünvan buradır dedi. Birdən qaranlıq binadan səs gəldi. İçəri girin! Paul və Pablo binanın içərisinə girdilər. Binanın hər tərəfi qaranlıq idi, tək bir otaqdan başqa. Paul və Pablo ışıq gələn otağa girdilər. "A" almaz daşı gətirmisiz? dedi. Paul bəli cənab dedi. Otaqda olan digər şəxs almazı onlardan aldı. Həmin şəxsin üzündə maska var idi. "A" sizi heç kəs görmədi ki? dedi. Paul cənab mən başqa otaqdan pul götürərkən oteldə olan bir dedektiv məni gördü, ancaq Pablo onun başına zərbə endirdi və O, huşunu itirdi və mən Pablo ilə birlikdə bura gəldik. "A" bəs dedektivə nə oldu? dedi. Paul biz onu orada qoyduq bizim vaxtımız yox idi dedi. "A" əsas odur ki, almaz artıq bizdədir. Fred, Pablo və Paula hədiyyələrini ver dedi. Fred ortadakı masanın üzərində ki qutunun içərisindən iki paket 5 min avro çıxardaraq Paul və Pabloya verdi. Paul və Pablo təşəkkürlər cənab dedilər. "A" siz artıq gedə bilərsiniz narahat olmayın polislər sizi tuta bilməyəcək dedi. Az sonra Pablo və Paul binadan çıxdılar. "A" Fred tez bu iki axmağı öldür! dedi. Fred niyə görə? dedi. "A" polislər onları axtarır onların tutulması an məsələsidir, onları öldür pulları özünə götür və heç bir iz buraxma dedi. Fred baş üstə cənab deyərək Paul və Pablonun arxasınca getdi. Fred tez bir zamanda onlara çatdı və tənha bir küçədə onların ikisini də güllələdi. İzləri təmizləndikdən sonra geriyə qayıtdı. Səhərisi gün polislər Paul və Pablonun öldürüldüyü yerdə idi. Sonradan hadisə yerinə Kevin Murrayda gəldi. Kevin Murray mən bu ikisini tanıyıram, bunlar "Yunayted" otelinin işçilərdir adları Pablo və Pauldur. Detektiv Edvard Uilson Paulu oteldən oğurluq edərkən görmüşdü dedi. Mayor Mario Silva bunu kim edibsə işi çox mükəmməlliklə yerinə yetirib, qatil heç bir iz buraxmayıb dedi. Kevin Murray bu ikisi haqqında daha ətraflı məlumat toplamaq lazımdır dedi. Mayor Mario Silva biz "A"-nın ola biləcəyi bir neçə məntəqə tapmışdıq, ancaq təəssüflər olsun ki, "A"-dan heç bir iz yox idi. Kevin Murray əgər bunları "A" öldürübsə deməli "A"-nın "Yunayted" oteli planı sona çatıb dedi. Mario Silva şəhərin bütün giriş və çıxışları bağlıdır O, şəhərdən çıxa bilməyəcək biz onu axır əvvəl tutacağıq dedi. Kevin Murray tək şəhərin yox bütün ölkənin giriş və çıxışını bağlamaq lazımdır "A" həm ağıllı həm də güclü insandır onu tutmaq o qədər də asand olmayacaq dedi.
"A" Fred sərhəddi keçməyimizə çox qalıb? dedi. Fred xeyr cənab artıq demək olar ki, keçmişik dedi.

Hekayə davam edəcək...

10.01.2022.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 24, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Yunayted OteliWhere stories live. Discover now