Qayıtma geri...

2 1 0
                                    

Ruhunu ruhuma gülüm, qatmamış,
Niyə yol yoldaşı götürdün məni.
Yolun yarısına gəlib çatmamış,
Yorğun baxışlarla ötürdün məni.

♡♡♡

Mən getdim, elə bil olmamışam heç,
Sənin həyatında, bu yer üzündə.
Yalançı vədlərə qalmamışam heç,
Hər şey yalan imiş elə özün də.

♡♡♡

Bizi bir-birinə bağlamır nəsə,
Sən də yoxluğumla razılaşmısan.
Mən həmən insanam ama sən isə,
Əvvəki deyilsən ucuzlaşmısan.

♡♡♡

Gedəndə hər şeyi apar get ki sən,
Bəhanə eliyib qayıtma geri.
Onsuz yoxluğuna üzülmürəm mən,
Kimsə dolduracaq boş qalan yeri.

♡♡♡

Dağ idin gözümdə, sonda qum oldun,
Çiçəkdən çevrilib adi tum oldun,
Xoşbəxtlik tacından sən məhrum oldun,
Yazığın gəlmədi özünə sənin...
Mən necə yanmışam közünə sənin...

You've reached the end of published parts.

⏰ Last updated: Dec 11, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Qayıtma geri...Where stories live. Discover now