12-25-90

8 1 0
                                    


     Həmişəki kimi saat axşam 6-nı göstərəndə əsgər Vəliyev süngüsünü kəmərinə keçirib rabitə otağına yaxınlaşdı. Adəti üzrə yoldaş Mollayevdən ötən on iki saat ərzində baş verən mühim olan məlumatları öyrənib rabitə otağını təhvil aldı. İndi, o, üç addımlıq ölçüsü olan bu darısqal otaqda qarşıdan gələn on iki saatı keçirməklə təhkim olunmuşdu.

     Vəliyev qarşıdan gələn uzun saatlar içində işarəverici qurğuya daima nəzarət etməli, sahələrdə xidmətdə olan əsgərlərlə vaxtaşırı xüsusi kodlaşdırılmış dillə əlaqəyə keçməli, rabitə dəftərində dayanmadan qeydlər aparmalı, gələn zənglərə "Qağayıda rabitə növbətçisi əsgər Vəliyev" deyə cavab verməli, xidmətə hazırlaşan əsgərlərə rabitə vasitələrini təhvil verib və almalı, bütün bunların arasında isə digər bir yığın yazı-pozu və cədvəl işləri ilə məşğul olmalı idi. Bəzənsə bu sadalanılanları eyni zamanda etməli, necə deyərlər, bir əlində beş qarpız tutmağı bacarmalı idi. Bütün bu zəhlətökən işləri, Allah bilir neçənci dəfə təkrarlamaq məcburiyyətində qaldığını xatırlayıb, onu bura göndərən "voyenkomat"ı burnunun altında yad etdi.

     Ancaq, ən vacib məsələ isə bütün gecəni oyaq qalmağı bacarmaq idi. Yalnız bundan sonra, o, səhər sübhdən otağı yenidən göygöz Mollayevə təhvil verib, səhər üçün ayrılmış həmişəki yeməkdən tez bazar mədəsinə ötürə və "kazarma"ya doğru şirin yuxudan ötəri qaça bilərdi. Xoşbəxtlikdən, uzun müddət gecə xidmətinə çıxdıqdan sonra, Vəliyev bir cür-bir təhər gecənin şirin yuxusuna nisbətən güc gəlməyi bacarırdı. Birdə ki, gecənin özünəxas əyləncələri də var idi ki, gündüz əsgərlərə qismət olmazdı. Çətini saat 11ə kimi işləri qaydasına qoymaq idi, ondan sonra bütün baza səssizliyə bürünəcək, ulduzlu çiyinlər ətrafda gözə dəyməyəcək, söyüşlü əmrlər eşidilməyəcəkdi.

     İllah da, köhnə əsgər olmaq çox işə yarayırdı. Vəliyev isə təzəlikcə buranın köhnələrindən birinə çevrilmişdi və vaxtında özündən əvvəlki əsgərlər arasında ağzıbütöv və mərifətli birisi kimi hörmət qazandığından işləri axır vaxtlar yağ kimi gedirdi. İndiyə kimi çox hadisələri görməzdən gəlməyi, nə vaxt susmaq lazım olduğunu, formanı əyninə geyinəndən bəri yavaş-yavaş öyrənmişdi Vəliyev. Rabitə xidmətini öyrənəndən bəri isə demək olar ki, bütün məlumatlar gün ərzində əlinin altından keçir, yüksək çinlilərin nə işlərlə məşğul olduğunu, nələr planladıqlarını bilirdi. Beləcə, hər kəs ondan ya içdən – içə çəkinərək ehtiyatını saxlayır, ya da şəxsinə rəğbət bəsləyirdi. Buna görə də, onun kefinə dəyən ola bilməzdi. İndi isə həvəslə gecəyarısını gözləyirdi ki, öncədən qurduğu planları yavaş-yavaş, xəlvətcə həyata keçirə bilsin.

    Nəhayət, zorlu, səs-küylü saatları bir cür – bir təhər səbrini sıxa – sıxa yola verdikdən sonra gecəyarısına çatdıqda Vəliyev bir balaca rahat nəfəs almağa başladı.

- Yusubov, rəis "qaradok"da?

- Hə, narahat olma, arvadının isti qucağındadı, çətin ki gələ.

- Bəs, gizir?

- Yan otaqda xoruldayır özü üçün.

   Vəliyev, növbətçi kiçik çavuşdan vəziyyəti öyrənib, rahat-rahat kəmərini boşaltdı, kitelinin yaxasını açıb, bayaqdan belinə ağırlıq verən süngüsünü və başını tərlədib havasız buraxan qış papağını bir kənara qoydu. Bu dəmdə, elə cənab əsgər Pirişov mətbəxdən əlidolu rabitə otağına gəlib, rabitəçinin ayrıca payını gətirdi ki, nuş eləsin. Vəliyev üçün Pirişov indiyə kimi tanıdığı ən yaxşı aşpaz idi. Ona görə yox ki, o usta aşpaz idi, ona görə ki Pirişov yaxın bildiyi əsgərlərə, yalnız mülkidə tapılan şeylərdən hazırlayırdı. Rabitəçi ilə aşpazın arasından su sızmadığından, hər gecəyarısı yeni təamlardan dadmaq imkanı olurdu. Arada, bəxt gətirəndə isə, zabitlərin mərkəzdən gələnlərə verdiyi qonaqlıqlardan arda bir xeyli yağlı tikələr, qızardılmış toyuq, kolbasa, salat, şirniyyatlar, hətta pivədən, araqdan da qalırdı. Onda, Vəliyev və bir neçə buranın köhnə uşaqları da öz paylarını gizlincə götürəcəkləri üçün sevinirdilər. Ona görə də, bir vaxtı çöldə ağız büzdüyü yeməkləri Pirişov ona gətirəndə, indi uşaqtəki sevinirdi.

12-25-90Où les histoires vivent. Découvrez maintenant