1.Qətl

492 28 16
                                    

Misis Dakota avqustun 29-u vəfat etmişdi.Polislər belə fikirləşirdilər ki, ledi intihar edib.Lakim bu belə deyil. Qardaşım mənə dedi ki, kimsə onun başına zərbə endirib.Ancaq bu elə də böyük şiş olmadığından polislər görməyib.
Qardaşım Kvin Lençestrdə məşhur həkim olduğundan ona Lençestrin hər yerində ehtiyacları olur.
Inspektor Blend ona yüklü miqdarda pul vermişdi ki, o sussun.Qardaşım heç nə anlamayıb pul təklifini qəbul etmişdi.Çünki o,təcili okeanın o biri tayına-Kanadaya getməli idi.Səbəbini isə məndən gizlədirdi.
Bir dəfə qardaşımın otağına girəndə onun masasının üstündə Kanadadan gələn zərf var idi. Oxumaq istədim ki, qardaşım içəri girdi:
-Nə olub, Cenna?
-Heç nə.Elsi burada nəsə qırdığını dedi.Mən də ətrafa baxırdım.
-Ah!Bu axmaq qulluqçuya nəyə görə ona pul veririk? - əsəbi halda dedi.

Cənab Kentin qətliHikayelerin yaşadığı yer. Şimdi keşfedin