Zulmət adam.

246 38 60
                                    

-İrəlidə saxlayın düşəcəm-Sukutu pozan Ayan bir atdım irəliyərək maşurutun saxlamasını gözlədi.Səsin kimə məxsus olduqunu bilmək marağı yenə güc gəlmişdi bizim Azərbaycan xalqına.Kimi çəkinmədən arxaya boylandı, kimisidə məna kəsb etməyən baxışla baxdı Ayana.Maşurutun saxlamasıyla qız ön qapıya sürətlə yaxınlaşdı və əlində bayaqdan hazır tutduqu qəpik pulları sürücüyə üzatdı.Qapıların açılmasıyla buz kimi dekabrın şaxdasının içəri dolması bir olmuşdu.Maşurutdan enər enməz qoluna taxdıqı çantasını əlinə alaraq içindən çıxardıqı bir cüt əlcək köməyinə yetişmişdi.

Göy üzünü qara bulud kəsdiyindən yağacaq yağışın nə dərəcədə kəskin olacaqını təxmin etmək eləde çətin deyildi.Hər zaman çantasında gəzdirdiyi çətiri tərslikdən bu gün çarpayısının üzərində unutmuşdu.Yağışı sevməyən qızın üzündə narazı bir ifadə yaranmışdı.
-Bir yağışda islanmaqım əksik idi bu qədər olanlardan sonra.

"Bu qədər olanlardan sonra?!." Bəli bu gün Ayan iki ildir çalışdıqı televiziya müdirliyindən gözlənilməz bir xəbər almışdı.
İşdən çıxarılmışdı...!Gözləmirdi.Ama Səbəbsizdə deyildi.
"İşində məsuliyyətsiz sən, daima fikirlisən.Mənə məsüliyyətsiz bir işçi gərək deyil."demişdi. Ciddiyyəti normasından iki dəfə çox olan orta yaşlarında ki qadın.

Bəlkede haqlıydı qadın.Ayan son günlərdə fikirlərinə hakimlik edə bilməyəcək hala gəlmişdi. Daima uzaqlardaydı düşüncələri.Bəzən baxışları saatlarca bir nöqtəyə dikilə bilərdi.

Dar küçələrdə sürətini artırarkən artıq "işsiz " olduqu haqqında dünürdü.
Yeni kirayə götürdüyü iki otaqlı evin pulunu əlində ki məbləğlə ödəyəcəkdi bəs sonra...?

Qolunda ki anasından ona tək yadigar qalan saatına baxdı.
Saat 18:23 gösdərdi.

İçdən-içə qəlbində yağışa düşmədən evə çatacaqına ümüd etdi.Lakin bu arzusunu imkansızlaşdıran qızın geydiyi " Kabloklar " olmuşdu.
İşdən evə tələsən,günün yorqunluqunu üzərində daşıyan bu qız üçün.Havanın öldürücü şaxdası qızın nəfəsini kəsməkdəydi. Şaxdadan donmuş dodaqları, hərarətdən qızarmış yanaqları və səliqəsizcə yığdıqı saçlarını külək üzünə vurduqca peşmanlıq hıssı yaşayırdı. Evdən çixarkən geyimi ilə uyqunlaşmadıqı üçün taxmadıqı qara yun papağını.

Yağışda islanmadan evə çatacaqını düşünən qız yanıldıqının fərqinə vardı.Artıq bakı küçələrı yağışın sehrinə qapılmışdı.Torpaq yağış damlalarına qərq olnuşdu.Yol kənarlarında əkilmiş şam ağaclarında özlərinə məskən etmiş sərçələrin " Cikgiltisi " isə bu gözelliyi tamamlayırdı.Yağış damlaları qızın tellərindən süzülərkən, bayaqdan küləyin oyuncaqına çevrilmiş saçları indi isə yağışın əsiri olmuşdu.

* * *

Televızırın qarşısında əyləşən 20:00 xəbərlərini izləyən Azər qarşısına düşən kiçik zərfin fərqinə vardıqda başını qaldıraraq,kinayəli baxışlarla ona baxan Zerifəyə diqqət yetirdi.
- Bu nədir Azər -deyə qadın gözlərində ki qəzəbə qarışmış incikliklə ona baxdı.

Azər zərfin üzərində ki yazıya nəzər yetirdikdə anlamışdı hər şeyi.

Qorxudan evin bir küncünə çəkilmiş 6 - 7 yaşlarında ki balaca qız isə anasının niyə qəzəbləndiyini təsəvvür belə edə bilməzdi.

- Hər şeyi başa sala bilərəm - deyə Azər oturduqu kreslodan qalxaraq içini qurd kimi dələn qorxuyla elini Zərifənin qolunda gəzdirdi.

- Nəyi Azər...Nəyi başı salacaqsan ki...?! Hərşeyi açıq-aydın yazır zərfdə ! - dedi qadin bir atdım geri çəkilərək ona toxunma haqqi tanimamışdı 9 illik həyat yoldaşına.

Yağışın getirdiyi zülmət adam Where stories live. Discover now