Dəyərli məzar.

190 6 3
                                    

Məktəbə gedən yol qəbiristanlıqdan keçdiyi üçün mən həmişə, leylini evlərinin qarşısında gözləyib, onunla birlikdə məktəbə üz tuturdum.
Leyli bu yoldan çox qorxurdu.
Hətta, bir dəfəsində məzarlığın içərisinə girib əlimi soyuq qəbir daşlarına sürtüb dedim ki, bax görürsənmi o qədər də, qorxulu deyil.
- Buradan gedək Vəli çıx ordan
- Yaxşı amma maraqlıdır ki, bir çox insan məhz burada basdırılandan sonra xatırlanmır.
- Doğrudur, yalnız bayram günlərində xatırlanır. Anam demişdiki əgər getməzsək qohum-əqrəba nə deyər bizə. Axı qəbiristanda yatan baba və nənəmizdə insandı.
Sevgi hissimizi belə, kənar insanlar formalaşdırır.
- Düz deyirsən Leyli bir məqam var ki, onu hər bir insan ürəyində hiss edib. Bu peşmançılıq duyğusudur.
İki həqiqət var, torpağın üstü və altı. Qara torpaq insanlara fərq qoymur, lakin insanlar məzarlara rütbə qoyurlar.
Peşmançılığı tam olaraq yox edəcək bir çiçək vardırmı görəsən?
- Fikrimcə əgər elə bir çiçək olarsa baha qiymətə satarlar vəli.
- Hətta bir dəstə qərənfildən də baha?
- Bəlkə də.
Məktəb çıxışı kitabxanadan kiçik həcmli bir əsər götürdüm ki, evdə boş keçən vaxtlarda mənə kömək olsun.
Biraz keçdikdən sonra Leyli rəfiqəsi ilə birlikdə gəldi. Bir kvartal yol gəldikdə artıq, Leylinin rəfiqəsi öz evinin yolunu tutdu.
Biz isə dəyərsiz məzarları olan böyük qəbiristanlıq yolundan keçəcək və hər birimiz öz evlərimizə gedəcəyik.
Yavaş addımlarla evə gedərkən, Leyli qəfil dayandı geriyə baxaraq dedi.
- Biz bu yola sadiq qaldığımız üçün ikimizi də, unutmaz bu yol deyilmi?
- Bu yolda gör nə qədər insanın ayaq izi var, inanmıram ki, torpaq bizi xatırlaya leyli.
- Məncə unutmayacaq bizi bu yol Vəli.
Nə də olsa, onu incitmirik ayaqlarımızı yavaş-yavaş yerə basaraq yeriyirik. Digərləri isə ayaqlarını toz-dumana bulamağı xoşlayırlar. İzlər çox ola bilər, amma yerişimiz ki, fəqlidir.

Artıq, ağaclarla kölgələnmiş qəbirlər geridə qalmışdı, leylinin evinin önündə idik.
- Mən sabah məktəbə getməyəcəm vəli, biraz işlərim olacaq.
- Elə məndə doğrusu getmək fikrim yoxdur.
Əlimdəki kitabı bitirməliyəm. Əsər çox maraqlı görünür. Görüşənədək leyli..

Məhəlləmizə girər girməz düz üzərimə doğru gələn ağ qara rəngli bir velosiped gördüm. Cəld kənara sıçradım.
Qiyas qəhqəhə çəkdi və tez əyləci sıxaraq velosipedi saxladı. Hərdən belə zarafatlar edirdi.
- Yeni velosiped almışam vəli istəmirsənki? Sənə çox ucuz qiymətə verərəm. Həm uzun məktəb yolunu bir göz qırpımında gedərsən hə nə deyirsən?
- Yox Qiyas hələ ki, lazımım deyildir ehtiyac yaransa alaram.
- Hə necə məgər eyni məhlə uşaqları deyilik? Qapımızı öz qapınız kimi tanıyırsan lazım olsa xəbər edərsən salamat qal..

Sabah oyanarkən anamı böyük bir təlaşla evi səliqəyə salaraq harasa getməyə tələsirdi.
- Ana nəsə baş verib?
- Oğlum Aytəkinin əri avtomobil qəzası keçirib ora gedəcəm.
- Hansı Aytəkinin ana? Leylinin anası olan?
- Hə oğlum yazıq qız cavan yaşda başına gələn bu müsibət eh, heyf o qızdan.
- Nə ana nə olub leyliyə?
-Ağır yaralıdı deyirlər, xəstəxanadadı ümid çox azdı.
Eh, həkimləri bilmirsən oğlum, bəzən ölümü belə gizlədirlər.
Məhzun arvad necə keçinəcək qızı olmadan, tək-tənha. Böyük bədbəxtlikdir..

Biraz əvvəl qəfildən qaçaraq evdən çıxan vəlinin açıq qoyduğu qapıdan otağa dolan baharın təravətli nəfəsi duyulurdu.

Artıq, qəbiristanlıqdan qorxmağa ehtiyac yoxdur. Uzaqdan leylinin ağ kəfənə bürünmüş vücudu görsənirdi.
Ətrafına toplaşan insanlar onu torpağın altına basdırmağa və əbədiyyətə yola salmağa gəlmişdilər.
Vəli isə nə yaxına getməyə cəsarəti çatırdı nə də, dayandığı yerdən seyr etməyə gücü..

Bir iki saat sonra, məzarın ətrafına yığışan insanlar gözlərinin suyunu qurudaraq çıxıb getdilər.
Mən isə bütün qüvvəmi toplayıb addımlarımı məzara tərəf atmağa başladım.
Leyli bu torpaq səni unutmayacaq, izlərin həmişə səni andıracaq.
İçimdəki peşmançılığı yox edə biləcək çiçək tapa bilmədim amma, sevgidən başqa bütün hissləri düşünməməyi qərara aldım.
Çünki özgələri torpaqda toz-duman yaradarkən, torpağı sevən yalnız biz ikimiz idik.

Son...

Müəllif : Ali Ahlas.

You've reached the end of published parts.

⏰ Last updated: Jan 12, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

Deyerli mezarWhere stories live. Discover now