Gecə və yuxusuz olanlar

8 0 0
                                    


Sevda Ələkbərzadə, Hisslərim Dumanda
Amy Winehouse, You Know I'm No Good


I told you I was trouble
You know that I'm no good

Şairin qələminin tükəndiyi, bəstəkarın notları unutduğu, dustağın son azadlıq anında qalmış kimi hiss edirəm.

Şair qələm axtarar, bəstəkar yenidən yazmağa çalışar, dustaq ümid edər, mən isə olduğum kimi qalaram.

Lakin qalmaq istəmirəm. Mən artıq o qəlbimdəki incə ağrının keçməyini, həsrətin könlümdən keçib getdiyi, yorğunluğumun bitdiyi tarixə getmək istəyirəm. Hətta mümkünsə uçmaq və o ana qonmaq istəyirəm. Mən bu həyatdan çox arzular istəyirəm. Bəlkə də arzu olaraq qalma səbəbi də budur bir çoxunun. Çünki mən də artıq saylarını itirmişəm.

Mahnılar təkrarlanır. Hər dəfə eyni cümlələrin mənə eyni təsir bağışlaması bir az insafsızca deyil mi sizcə də? Bəlkə bir azdan çox. Bəs mənim yenidən və yenidən dinləməyə davam etməyim? Bu mənim axmaq adlanmağıma səbəbdir sizcə yoxsa bu sadəcə mənim çox çarəsiz olduğumun göstəricisidir?

Aha!

Beynimə yeni suallar yükləndi. Bu mənim xəyallar qurmağıma yeni bir sədd deməkdir.

Yoxsa sizə deməmişəm?

Mən özümə saysız hesabsız verdiyim sözlərə yeni birini əlavə etmişəm: xəyal etməmək. Bunun üçün də tək çarəni beynimi suallarla yükləməkdə tapdım. Nə edim?

Xəyali dostlarım, bu gecə və ya bu saatda mənə qonaq olduğunuz üçün sonsuz təşəkkür edirəm. Təşəkkürlərim və sevgim sizə sonsuzdur. Eyni zamanda minnətim də. Bağrımı daha çox aça bilsə idim sizi ora dəvət edərdim. Lakin doludur. İnsanlarla, sevgilərlə, kədərlə, qəmlə...

Əllərim yorulur. Bəs səslər niyə susmur? Mən danışsa idim demək susmazdım. Bəlkə də ona görə ətrafdakılar məni danışdırmır. Hətta ünsiyyət qurmağa belə çabalamırlar.

Nə demişdik?

Suallar.

Cavabsız olanlar.

"Əgər gücüm olsa idi özümə ağlamamaq üçün də söz verərdim. Amma sözlər dolub daşır. Bir yerdən sonra tutmaqda çətinlik çəkirəm."

Bir gün gedəcəm. Bəlkə oxuyarsınız, amma başa düşməyəcəksiniz. Onsuz başa düşsəniz getmiş olardım?

7/3/22

1:56

Mübarizə və AndWhere stories live. Discover now