6🫀

50 5 3
                                    





Aslan Aynuru evə apardıqdan sora, yol boyu bu qızın onun üstündəki təsirini fikirləşdi. Onu ilk gördüyü andan bu yana xoşu gəlirdi, bunu cəsur şəkildə deyə bilirdi. O uşaq yada, yeni yetmə deyil idi, onun artıq 27 yaşı var idi. Bu qızın onun xoşuna gəlməməyi qəribə olardı əslində, Aslanın bir qadında fikir verib bəyəndiyi hər şey var idi bu qızda. Hər şeydən öncə, tərbiyyəli idi. Ağır başlı və sakit insan olmaqı bir qırağa, bəyaz dərisi gözünü alırdı adamın, balaca boyu ilə onu qucağında oturtma istəyi oyadırdı Aslan'da. Balaca yumru üzünə yaraşan balaca fındıq burnu və böyüy gözləri olan bu qız onu cəzb etmişdi. Aslanın diqqətini çəkən ilk şey isə, qızın bədən quruluşu olmuşdu. Balaca boy, çox incə qırılacaq kimi duran beli ilə gözünü alırdı. Bu gün isə geyindiyi dar jean'dan bütün gözəliklər gözünün qabaqına sərilmişdi. Ama tək onun yox. Bu da adamı əsəbləşdirmişdi. Eqaist bir insan idi Aslan, və bu qıza qarşı ciddi hisləri var idi. Anasını evlən deyə başının ətini yediyi bu vaxtda qabaqına tam da istədiyi kimi bir qız çıxmışdı. Bu fikir üzündə gülümsəmə yaratdı adamın.

O qızı alacıydı.

Bu gün oların yanın qəlib əmisi oğlu olduqunu deyən gədə, onu tapmalıydı. Gözü su içməmişdi nəsə edəciydi və Aynuru sıxıntıya salmaq istəmirdi.

Bir iki yerə etdiyi zənglər nəticəsində adamın Tovuza getdiyini öyrəndi. Artıq gec idi. Olacaqları gözlüyəciydi Aslan.

Bu olacaqlar hər şeyi onun istədiyi kimi olmaqına yol açacıydı. Ama Aslanın bundan hələ ki xəbəri yox idi.

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

Doğulub böyüdüyü Tovuz şəhərinə çatmışdı Ruslan. Evə getmədi, üstündə olan qısqanclıq və kini qusmalı idi. Əmisinin evinin yolunu tutdu.

Evə çatan adam darvazadan keçib qapıya çatdı. Evə girən kimi onu yengəsi qarşıladı.

"Xoş gəldi Ruslan, nə əcəb sənən?" Deyən qadına baxdı.

"Xoş gördüy bibi. Əmimdən yaman darıxdım dedim gedib görüm nətərdi" desi gülərəy adam. Birazdan olacqalar kefini açırdı.

"Keç keç, içərdədi əmin. Yenə içib sabahtan. Yatır indi də, qaldır məndə sizə çay gətirim."

Mətbəxə keçən qadının arxasıyca Ruslan da əmisinin yatdıqı otaqa keçdi.

"Ooo, xoş gəlmisən qardaş oğlu. Nə yaxşı ə sən bizim evi tanıyırdın?" Dedi adam, səsindən və dənbəziyən hərəkətlərindən sərxoş olduqu bilinirdi.

"Salam əmi, vallah vaxt olmur özün bilirsən."

"Bilirəm bilirəm, keç otur. Gördü səni bibin?"

"Hə dedi çay gətirəcəm indi. Nəysə e əmi. Mən sənən Aynur haqqta danışmaqa gəldim"

"Nə olub Aynura?"

"Vallah bilmirəm necə deyim...bu gün bir kafedə gördüm onu. Bir gədəynən oturub çay zad içirdi. Məni də görəndə gədə xoxlandı. Məndə da heç nə demədim. Dedim sənə deyim özün maraqlan." Dedi adam. Ona adam deməy olarsa əlbətdə.
Şəkli telefonunda açıb göstərdi əmisinə Ruslan. Bu danışıqlar dəvam edərkən içəri Əli girdi, iki üç günlüy gəlmişdi Tovuza, anasını görüb qayıdanda da bacısına baş çəkib Bakıya qayıdacıydı.

"MƏN DEDİM QIZI TƏK QOYMAQ OLMAZ ŞƏHƏR YERİNDƏ? QULAQ ASMADIZ BAX GƏL Ə BACINA, BAX ÜZÜNÜ AĞ ELƏDİ QANCIQ" deyə kükrədi sərxoş adam. Əli nə olduqunu başa düşmədi başda, sora əmisi oğlu şəkli onada göstərdi, və mətbəxdən yoldaşının kükrəməsini eşidib gələn  qadına da. Əli bunu bir açıqlaması olduquna inanrıdı. Onun bacısı ağılsız deyildi, əlbətdə onun həyatıda insan ola bilərdi. Tanımadıqı bir insanan evlənib bədbəxt olmaqını istəmirdi Əli. Dar görüşlü biri deyiliydi, ama bilirdi ki əgər elə bir şey olsaydı bacısı ona danışardı. Bu güvəni vermişdi ona.

Canan (Azərbaycan'da aşk) Where stories live. Discover now