Qanayan yaralar

22 3 0
                                    

Birinci hissədə də dediyim kimi:
"Ən çox zərbə alanlar da məhz onlardır- özünə bir yer, bir ev tapa bilməyənlər."            Və mən, özümə yer tapa bilmirəm. Hara və kimə aid olduğumu bilmirəm. Ya da ki heç birinə aid olmaq istədiyimdən belə əmin deyiləm. Hara getsəm belə o yerdə özümü hər zaman artıq şəxs kimi hiss edirəm. İstər ailə içində, istərsə də çox sevdiyim dostlarımla olarkən.

İnsanların çox olduğu yerdə həmişə özümü narahat hiss etmişəm, özümü bildim biləli bu belə olub. Belə olmasını heç vaxt istəməmişəm, fəqət bu özümdən asılı olan bir şey deyil təəssüf ki...
Bu situasiyanı heç kim bilərəkdən etmir, bu sadəcə mənim keçmişdəki travlamarımın izidir ki, hələdə mənə rahat vermirlər. Ailə problemləri, məktəb vaxtı yaşanan hadisələr, duyduğum, şahid olduğum və ya içində olduğum çətin situasiyaların izidir ki, mən hələdə onların əziyyətini çəkirəm.
  Qıraqdan baxanda elə də problemləri olan birisinə bənzəməyə bilərəm. Hətta belə düşünsək indiki halımdan, seçimlərim və həyatımdan məmnunam. Bütün o çətinlikləri aşmışam, ən azından bir çoxunu. Ancaq bu onlardan tamamilə qurtulduğum mənasına gəlmir. Bəzən gördüyüm şey məndə həmin travmaları xatırladır və bu zaman bəlkə saniyələr, dəqiqlər ərzində keçmişə dönürəm. Orda qalıram, biri məni səsləyib ordan qurtarana qədər...

Əvvəl daha uşaq ikən yaşadığım, hiss etdiyim duyğuları yazdığım bir dəftərim var idi. Hər yeniyetmə qız kimi günlük yazırdım da deyə bilərik. Ancaq mənim yazdıqlarım yaşıdlarımın yazdığı "pəmbə" günlüklərə bənzəməzdi. Mən oraya keçirdiyim gözəl xatirələrin əvəzinə yaşadığım bərbad hissləri yazardım. 
  O dəftəri illər öncə tulladım. Bəlkə oradakı qara xatirələri unudaram deyə. Ancaq heç bir işə yaramadı, unuda bilmədim heç birini. Onlar həkk olunub zehnimə, silinmir, acısı keçmir.
Lakin bir müddət sonra yüngülləşdiyini hiss edirsən. Unudusan deyə yox, alışırsan deyə sadəcə. O yüklə yaşamağa alışırsan, məcburən. Və artıq uşaq olmadığın üçün daha yaxşı dərk edirsən hər şeyi. Bir məna tapa bilməsən belə, qəbullanmağı öyrənirsən. Özündə xəfifləşdirirsən yaralarını, sağaltmağa çalışırsan, bağlamağa çalışırsan, dərman olursan özün özünə. Anlayırsan ki, sənə həyatda özündən başqa dərman olacaq digər bir kəs yoxdur. Tam da o zaman gücünü toplayırsan həyata qarşı. Dik durmağı öyrənirsən, güclü görünməklə birgə. Bəlkə də daxilən güclü olmaya bilərsən. Amma zahirən elə görünməyə məcbursan. Çünki həyat zəif görünənləri yıxır həmişə. 

Eynən şeirdəki kimi: 

"Təkcə gücsüzlüyündən yıxılmır,
atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından – yıxılmır,
Bu dünyanın ən dəlisov atından yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam....
Gülmə hər yıxılana,atam balası, gülmə, –Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən ya da ki, acından yıxılır adam..."     
        ( R. Rövşən- İçindən yıxılır adam)

Sən güclü görünməyə çalışarkən səni yıxmaq üçün minbir səbəb olacaq. Sən düzəldim deyəcəksən, ancaq biri gəlib əzib keçəcək səni. Sən toplayacaqsan qırıqlarını, insanlar amansızca yenidən dağıdacaq onları. Yenidən qanayacaq yaraların. Sən bitdi deyəcəksən amma heç nə bitmiş olmayacaq. Hər nə qədər yaşamış, öyrənmiş olsan da, hadisələrin ardı arası kəsilməyəcək.
Çünki həyat da avtomobil idarə etmək kimi bir şeydir- nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalın həmişə olacaq.

Boşluqdakı SəsDonde viven las historias. Descúbrelo ahora