------

518 34 22
                                    

Cem Adrian (Her kes gider mi?)

Oldum olası xəstəxanalardan nifrət etmişəm.Bərbat dərman qoxusu,solğun rəngləri,qorxuducu səssizliyi..Həyatın ən ümüdsiz anlarının şahididir xəstəxanalar..

İndi isə son ümüd qırıntılarımı qucaqlayıb xəstəxananın soyuq mərmərinə çökmüşəm.

İlk aşiq olduğum adam...Məni olduğum kimi səvən ikinci insan..Atam.

Bəlkə də son savaşın verir.Bizim üçün son savaş...Anam üçün.Əhməd üçün..Fərid üçün..Gümüş üçün..Balaca Nərmiş üçün.

Başımı qaldırıdığımda üzbəüzümdə 21-22 yaşlarında bir oğlanın həyacanla yerində tərpəndiyini görürəm və bu az da olsa üzümü gülümsədir.

Xəstəxanalar sadəcə pis xəbər yeri deyildi..Neçə can xilas olur..Neçə can dünyaya göz açırdı..

Bu oğlanda böyük ehtimalla ata olacaqdı...Gənc yaşda evlənməyə məna verməyən mən..Ana olmaq arzusu ilə dolub daşdım birdən birə...Çünki həyat çox qısadı

Məsələn mənim atam dünyadan köçüb getmək üzrədi amma balaca birazdan onu həyacanla gözləyən atasına qovuşacaq və ona ilk görüşdən aşiq olacaq. Atası isə körpəsin görməmiş belə sevirsə..Gördükdən sonrasın xəyal belə etmirəm.

Anamın gur səsi bütün ümüdlərimi apararkən əlimdən sadəcə ağlamağ gəlir.Hönkürə hönkürə.....Atamla bütün yaxşı günlərimiz gözümün önündən gəlib keçərkən boğazıma bir yumru oturur və nəfəs almadığımı sanıram

Gulsen (Sarisinim)

3 ay sonra

"Nə olaaaar! Ana bu işə ehtiyacım var"-hala bax! Sanki 23 yaşım yox 3 yaşım var!Nərmiş belə daha tez icazə alır.

"Ehtiyacı varmış!Acsan?Suzsan?"-dedi odun qardaşım.Bu məndən böyük olsa nə edərdi?

"Nə əlaqəsi var?"

"Nərmişə kim baxacaq?"-bu da böyük qardaşım.Arvad ağız!Qız bibi! Bu 16-17 yaşlarında mənə nəfəs aldırmazdı!Fəridin bir tayı idi amma  görəndən sonra tam bir arvad ağız oldu.Amma Gümüşə söz yox! Dünyanın ən yaxşı gəlinidi! Gəlini gümüş aldıq qızıl çıxdı

"O nə deməkdi Əhməd? Qız sənin şəxsi dayəndi?"-demişdim də.Gözəllər gözəli

"Amma həyatım!"-gülmə Xəzər! Fərid və anam gülməyə başladı belə.Axır ki Gümüşlə patlaq verdik.Əhməd pis pis baxır. Və təbiki balaca Nərmiş.Bu balaca ifritə görünüşcə də xasiyyətcədə mənim kiçik kopyamdı.

"Yaxşı Xəzər.İcazə verirəm. Madam ki işləmək istəyirsən"

"Nə?"-Gümüşün baxışları sayəsində Əhməd sussa da Fəridi sustura bilən bir Gümüş olmur-"Elin evinə gedib uşaq baxacaq?"

"Sənə nə Fərid?"

"Hüquq oxumusan e sən.Xəbərin var?"

"Mən işimi heç vaxt sevməmişəm sənin xəbərin var? "

"Mənə bax

"Fərid! Bəsti! Mən icazə verdim nöqtə.Başımıza evin ağası kəsilməmisən a!"

"Bilirsiz nə var?! Mənə nə?!"-əsəbi əsəbi ayağa qalxır və otaqdan çıxır.Bir neçə dəqiqə sonra qapının səsi gəlir və paşamızın getdiyini başa düşürük.Tipik Fərid

"İndi mənə icazə verildi yoxsa verilmədi?"

"Verildi dəli qız verildi"-yehuu gözlə məni balaca, gəlirəm!

------------------

Hekayəni tanıtdım və ümid edirəm ki seviləcək.Uşaqlar evin işığı olur deyirlər...Görək bu cıqkış işıq başımıza nələr açacaq:)) Multimediada böyük qəhramanlarımız:)) balaca Nərmiş və Ceyhunu hələ tapmadım:))

Canım DayəmWhere stories live. Discover now