Qətl

215 17 21
                                    

Lizeli Paradis Fransanın məşhur modelyerlərindən biridir.Onun mağazalarına Parisin hər yerində rast gəlmək olar.Ən böyüyü isə Rue de la Roquetdəki mağazadır.Özü də elə bu küçədə yaşayır.
Bu gün onun evində böyük təntənə var.Oğlu Stefaninin 18 yaşı tamam olur.Ev xüsusi dekorasiya şirkəti tərəfindən bəzədilmişdi.Yenicə dəyişdirilimiş çilçıraqlar göz oxşayır.Görünür,Lizeli deyil onun həyat yoldaşı Xerard antik əşyaları sevir.Çünki xanımın öz paltarlarında bu hiss olunmur.
Əgər burada qonaq olsanız siz Stefaninin ad gününü deyil, Paradis cütlüyünün evlilik ildönümünü olduğunu fikirləşərsiniz.Həqiqətən də xanım Lizeli çox gözəl bəzənmişdi.Əynindəki qara platya və üzərindəki brilyant qaşlar göz qamaşdırıcı idi.Cənab Paradis isə həmişəki kimi şux görünürdü.Heç onlara 43-45 yaşları vermək olmazdı.
Günəşin batmasına hələ var idi.Ancaq qonaqlar zalda yığışmışdılar.Bir tərəfdən Stefaninin dostları, bir tərəfdən də doğmaları onu təbrik edirdi.
Növbə valideynlərə çatmışdı.Xerard Paradis adəti üzərə bahalı hədiyyə almışdı.Bəli, bu Stefaninin arzusunda olduğu "marka" maşın idi.Lizeli Paradis isə Kembricə bilet almışdı.Deyəsən, bu il də Stefaniyə rahat yox idi.
Qonaqların içərisindən bir adam Xerardın diqqətini çəkdi.Bu vaxtı xanımı dedi:
-Xerard,hara?
- Deyəsən, o gəlib.
Xanım üzünü turşudub Stefaniyə yaxınlaşdı.
"O" Pier idi.Xerardın ən yaxın dostu.Pier Belçikaya səfərə getmişdi.Söz verdiyi kimi Stefaninin ad günündə Fransada idi.
- Oh, mon ami, bonjour! - böyük sevinclə Xerard dedi.
- Dostum, necəsən?
- Sən lap əntiqəsən vaxtında burada oldun.
- Öz ailəm olduğuna rəğmən Stefanini çox istəyirəm.
Arxadan bir uşaq səsi gəldi.Yox, bu uşaq deyil Stefani idi.O,uşaq kimi Pieri qucaqladı.
-Hə, cavan oğlan , deyəsən, hər il qocalırsan?-gülərək dedi.
- Elədir.
Saat ona qalırdı.Qonaqlar artıq getmişdi.Zalda Xerard və Pier söhbət edirdi.
-Hə, burada qalacaqsan?
- Lizelinin acığına gəlməz ki?
- Lizeli?
- Mən yatmağa gedirəm.Siz Pier, Sarah otağınızı göstərər-həyat yoldaşını öpüb yatmağa gedən Lizeli Pierə nifrət hissi ilə baxırdı.
- Dostum, nolub?
Pier siqarını külqabına yaxınlaşdırdı.Danışmağa başladı.
Pierin dediklərindən qəzəblənən Xerard qabağındakı içki şüşələrini yerə çırpdı.Onun əlləri şüşəyə batdığından qan idi.
- Pier, əminsən?
- Gözümlə gördüm.Xerard,Məryəm Anaya and olsun.Mən onu danladım, lakin o, məni təhdit elədi.Xahiş edirəm heçnə eləmə.
Səhər ev əhli qulluqçu Sarahın qışqırığına oyandı.
Lizeli vanna otağında yerə sərilmişdi.Xerard onu yoxladı:
- Aman Tanrım, keçinib.Sarah, xəstəxanaya zəng et.Tez!
Xerard özünü tuta bilməyib ağladı. Sonra da Stefani.
- Anama nə olub?
- O ölüb, Stefani.
Dəfn mərasimində Lizelinin qardaşı Thomas d'Agoult və rəfiqəsi Coco Flaubert də var idi.
Pier Xerardın yanına gedərkən həkim Morganla nəsə pıçıldaşdıqlarını gördü.
- Salam, cənab-həkim təzim edərək salam verdi.
-Nə olub, dostum?
- Morgan deyir ki, Lizelini kimsə öldürüb, onu ağır əşyalarla vurublar:başına, belinə.
Sonra onlar qonaq otağına keçdilər.Thomas d'Agoult dəli kimi ora-bura gedirdi.Gah əlini başına vurur, gah da şüşəsindəki vodkadan içirdi.Axırda Xerard içki şüşəsini yerə tulladı.
-Qurtar, Thomas, Stefani görəcək.
Bu qəzəblə deyilən sözdən sonra Thomas özünü yığışdırdı.Xerard isə Stefaninin otağına getdi.Stefani balaca uşaq kimi ağlayırdı.Xerard ona yaxınlaşıb dedi:
-Stefani..
O hələ də ağlayırdı
-Stefani, hazırlaş İngiltərəyə gedəcəksən-çəkməcənin üzərindəki bileti götürüb dedi.
- Mən getmək istəmirəm.
-Stefani, burada qalıb mənim kimi çürüməyə heç vaxt icazə vermərəm.Ora get, təhsilini al.Burada qalmağın mənası yoxdur-göz yaşlarını silərək dedi.
Stefani dinməzcə əşyalarını çamadana qoyurdu.
Thomas isə yenə aşağıda içirdi. Xerardın gəldiyini görüb içkini yerə qoydu.
- Xerard, mənim bir təklifim var.Mənim bir ingilis dostum xəfiyyədir.Onu çağıraq həll etsin bu məsələni.
Xerardın halı tündləşdi.Qırıq səslə cavab verdi:
-Guya, gəlsə nə olacaq? Lizelini yenidən həyata qaytaracaq?
-Yox, o şərəfsizi tapacaq və mən onu öldürəcəm.
Thomas poçt şöbəsinə gedib İngiltərəli dostuna teleqraf göndərdi.
Ertəsi gün Thomas burada idi.Saat 3 radələri olardı ki, qapı döyüldü.Bu, mükəmməl fransızca danışan balacaboy kişi idi.
-Mən Riçard Laurens Thomas D'Agoultun dostu.O, mənə bu ünvanı vermişdi.
-Bəli, o, buradadır.Buyurun keçin.
Riçard qonaq otağına keçəndə Thomas onu görüb sevincək qabağına qaçdı.
-Riçard, səni gördüyümə sevindim.
-Mən də,Thomas, üç ildir yoxsa dörd ildir biz görüşmürük?
-Üç ildir.Bu, mənim dostum Riçard Laurensdir.Sizə danışdığım xəfiyyədir -Xerarda təqdim edərək dedi.
- Salam, mister.
- Salam, cənab.Thomas, teleqrafda burada faciə olduğunu dedin.Zəhmət olmasa mənə ətraflı danışın.Hər dəqiqəmiz qızıldır.
Xerard hər şeyi danışdı.
-Əminsiniz ki, elə bu qədər?-Riçard soruşdu.
- Hə, elə dünən Pier də onu görmüşdü.Halı yaxşı idi.
-Meyid haradadır?
-Morqda.
- Ora gedə bilərik?
- Hə, əlbəttə.Amma bilmirəm ki,icazə verərlər?
- Morqana deyərik Riçardı ora aparar-Thomas dedi.
-Bilmirəm, mister, siz Thomas və Pierlə xəstəxanaya gedərsiniz.Mən təcili şirkətə getməliyəm.Nəsə yerində deyil.
- Hə, əlbəttə.
Pier eyvandan Xerarda baxırdı.O, kimləsə telefonla danışırdı.
- Hə, cənablar, gedək?
- Gedək-Thomas və Pier cavab verdilər.
Onları xəstəxananın morquna Morqan apardı.Ancaq Riçarda meyidi göstərməkdə əmin deyil idi.
-Hə, Morqan tez elə.
Morqan meyidin üstünü açdı.
- Thomas, bacınız nədən vəfat etmişdi?
- Onu ağır əşyalarla vurublar : başına, belinə - Morqan dedi.
-Hmm.məncə, burada maraqlı heç nə yoxdur.
Onlar evə qayıtdılar.
Riçard Thomasdan Lizeli və Xerardın otağını göstərməyi xahiş etdi.Onların arasında səssizlik oldu.Bu sükutu Riçard pozdu.
- Deyə bilərsinizmi Paradis cütlüyünün arası necə idi?
- Bacım Xerardı sevirdi, Xerardda onu sevirdi.Yəni onların arasında heç vaxt mübahisə olmazdı.Stefani də belə şəraitdə tərbiyəli böyümüşdü - Thomas tam əminliklə dedi.
- Bəs siz Pier?
- Xerard onu sevirdi, o da Xerardı- Pier soyuqqanlılıqla cavab verdi.
-Cənablar, mən də həyat yoldaşımı sevirəm, ancaq mübahisələrimiz olur.Mən o mənada dedim-otağın qapısını açaraq dedi.
Ancaq otaqda Stefani var idi.O, anasının şəklinə baxıb ağlayırdı.
-Stefani, qalx ayağa! -Thomas yüksək səslə dedi -səninləyəm-təkrar etdi-bu mister Laurensdir-xəfiyə.
Lakin Stefani ona qulaq asmırdı.Çamadanını götürərək otaqdan çıxdı.
-O, İngiltərəyə gedəcək-Riçarda başa salaraq dedi.
Onlar vanna otağına daxil oldular.Duş kabininin ətrafı qan gölməçəsi idi, ətraf batmışdı.Yerdəki xalça Riçardın diqqətini çəkdi.O, yerə əyilib nəsə götürdü.
-Mister Laurens, nəsə gördünüz?-Pier soruşdu.
- Bəli-o, kiçik spiralı Pierə göstərərək dedi - bunlar nədənsə düşüblər.
-Məsələn hansı əşyadan?
-Məsələn saç qurudandan, otaq qızdırıcılarından və başqa şeylərdən.
Riçard spiralı pencəyinin cibindəki qeyd kitabçasına yazmağı unutmadı.
-Onu götürməyəcəksiniz? - Pier soruşdu.
-Xeyr, cənab, bunu götürməyə hüququm yoxdur.
Sonra o,vannaya göz gəzdirdi. Su damcılarını görüb Thomasa tərəf döndü:
-Yəqin ki, Stefaninin ad günündə o, duş qəbul edib.Ancaq su damcıları indiyə qədər qurumalı idi.
-Bilmirəm, Riçard, ola bilər.
Bu dəfə yenə otağa göz gəzdirdi.O,güzgünün qabağına keçib özünə baxdı.Daha sonra oradakı kiçik şkafı açdı.Burada yuxu dərmanı var idi.Maraqlı tərəfi o idi ki, dərmanın üzərində əczaçının adı və ya imzası yox idi.O, bunu da qeyd kitabçasına yazdı.Aşağı əyilib şkaflara göz gəzdirdi.Şkafın birində saç qurudan var idi.Ancaq görünüşü fərqli-sulu və qıraqları yanmış idi.Balacaboy xəfiyyə bunu da qeyd etdi.Şkafın altında nə isə gördü ,onu da qeyd kitabçasına yazdı.Ancaq bunu nə Pier gördü, nə də Thomas.
-Maraqlıdır, görəsən qatil nə ilə vurubdur xanımı?
Bu sualı verəndən sonra hamı susdu.
-Əgər bu qatilin silahı bıçaq və ya tapança olsaydı bu sual sizə axmaq gələrdi.Ancaq həkim Morqan dedi ki, onu ağır əşyalarla vurublar.
Thomas dedi:
- Bəlkə silahı qatil özü ilə götürüb?
- Bəlkə də onun silahı bu otağın içindədir.Mən buna əminəm - Riçard müəmmalı şəkildə dedi.
O, yenə də ətrafa göz gəzdirdi.
- Yox, burada maraqlı heç nə yoxdur. Cənab, siz qulluqçunu bura çağıra bilərsiniz? - Pierə müraciət edərək dedi.
- Əlbəttə - Pier cavab verdi.
Riçard Pieri bilə-bilə uzaqlaşdırdı.O, Thomasa yaxınlaşdı.
- Thomas, o, niyə qaradinməzdir?
- Pier həmişə belədir.Sadəcə ailəsi və Xerardla səmimidir.Lizelinin ölümü hamı kimi onu da sarsıtdı.
-Bəs siz kimdən şübhələnirsiniz?
- Mən Villidən.O, Xerardın iş yoldaşıdır.Əvvəllər Xerard və Lizeli evlənməmişdən qabaq onun Lizeli ilə münasibəti vardı.Ancaq bu yaxşı mənada deyil idi.Lizeli onu nə qədər uzaqlaşdırmaq istəyirdi o, Lizelidən əl çəkmirdi.İndiyə qədər Lizeliyə hədə-qorxu gəlirdi.
-Thomas,mən onu haradan tapa bilərəm?
-Bersi Parkının yanındakı malikanədə yaşayır.
Bu vaxtı Sarah otağa daxil oldu.Onlar vanna otağından çıxdılar.Pier və Thomas otaqdan çıxdı bunu Riçard istəmişdi.
- Salam, mister.
- Salam, xanım..
- Bathali.
- Hə, xanım Bathali , buyurun əyləşin - Riçard kreslonu göstərərək dedi.
- Eşidirəm, sizi.
- Xanım Bathali, deyə bilərsinizmi, sahibə yuxu dərmanı qəbul edirdi?
- Bəli, təxminən iki həftə əvvəl məndən istəmişdi.
- O qurtarıb?
- Bəli.
-Bəs ölümündən əvvəl o nəsə yeyib? Ümumiyyətlə onun iştahası necə idi?
-O, məndən tünd qəhvə istəmişdi.Xanım Paradisin iştahası yaxşıdır.Həmin gün Stefanin ad günündən sonra halı xarab olmuşdu.
-Saat neçə radələri olardı?
- Hardasa ona iyirmi dəqiqə işləyirdi.
-Hmm, bəs deyə bilərsiniz Villi Roniz bu evə gedib gəlirdi?
- Mister, mən Villini tanımıram, sadəcə xanım danışanda adını eşitmişəm.Ancaq sizə bir söz deyim çəkinirəm.
- Xanım Bathali, Lizeli Paradis ölüb, bu sirr açılsa da o sizə heç nə edə bilməyəcək.
- Frederix Barthaldi.Lizeli Paradisin Frederix Barthaldi ilə münasibəti var idi.Stefaninin ad günündə, saat ona qalırdı.Pierlə cənab Paradis söhbət edirdi.Pier hər şeyi danışdı.Mən əvvəl inanmadım, lakin Pier Məryəm Anaya and içdi . Cənab Paradis əsəbiləşdi.
Hər şeyi yerə çırpdı, mən də mətbəxə qaçdım - ağlayaraq dedi - cənab Paradisə deməyin.
- Mən yaxşı sirr saxlayıram, xanım Bathali.Narahat olmayın.
Sarahın otaqdan çıxmağı ilə Xerardın otağa daxil olması bir oldu.
Riçard ayağa qalxdı.
- Salam, cənab Paradis.
- Üzr istəyirəm, mister.
- Eybi yoxdur.Mən sizinlə xanımınız Lizeli haqqında danışmaq istəyirəm.
-Əlbəttə.
- Frederix Barthaldini tanıyırsınız?
Xerardın siması dəyişdi.O, əlini yumruq şəklinə saldı.Dərindən nəfəs alıb cavab vermək qərarını aldı.
- Xeyr.
- Əminsiniz.
- Bu nə sualdır?
- Üzr istəyirəm.Xanımınız yuxu dərmanı içirdi?
- Bəli, iki həftə bundan əvvəl.Çox qəribə idi.Ora-bura vurnuxurdu.Bir yerdə dayana bilmirdi.Mən də anlaya bilməmişdim.
- Hmm, maraqlıdır, cənab Paradis, mən artıq gedim.Məni qonaq etdiyiniz üçün çox sağ olun.
-Əlbəttə.
Riçard aşağı düşəndə Thomasın olmadığını görüb sevindi.Pierin yanına getdi.
-Mister, olar ki, sizinlə Lauranı gəzək, həm də bu mövzuda söhbət edərik.
Pier bu təklifi məmuniyyətlə qəbul etdi.Onlar gölün qırağına gəldilər.
- Siz Frederix Barthaldini tanıyırsınız?
- Mən, mən? Yox.
- Əminsiniz?
- Hə.Siz Frederix Barthaldini haradan tanıyırsınız?
- Xanımın o adamla şəkli var.
- Bəs siz onu haradan gördünüz?
- Vanna otağında tapdım.
- Mən bilmirəm.
-Düzünü deyin mən artıq qatili tanıyıram.
- Mən bilmirəm-Pier qətiyyətlə dedi.
- Yaxşı, cənab.
Pier və Riçard Laura gölünü tərk etdilər.Pier evinə getdi.
Riçard parkın yanındakı evə yollandı.Qapını qulluqçu açdı və onu Villinin yanına apardı.
Riçard sözə başladı.
-Salam, cənab.İcazə verin özümü təqdim edim.Mən Riçard Laurens xəfiyyəyəm.Mərhum Lizeli Paradisin qətli ilə bağlı araşdırma aparıram.Sizinlə bu barədə danışmaq istəyirəm.
- Mən heç nə eləməmişəm.
- Sizdən Lizeli ilə aranızda olanları mənə danışmağınızı xahiş edirəm.Misalçün nəyə görə onu şantaj edirdiniz?
- Nə?Bunu kim deyib?Hə,o gicbəsər Thomas deyib?
- Bilirəm, cənab.Sadəcə mənə aranızda olanı danışın.
- Yaxşı, mister Laurens.Lizeli və mən Milanda tanış olmuşduq.O,universitetdə oxuyurdu,mən isə işləməyə getmişdim.Əslində biz bir-birimizi sevirdik, ancaq necə oldusa o iblis Xerard aramıza girdi.O,məcbur qalıb universiteti yarıda buraxdı.Mən də Parisə getdim.Onunla yenidən əlaqə saxlamaq istədim, lakin o, artıq evli idi.Qəlbim paramparça olmuşdu.Lizeli Milanda olanda mənə demişdi ki, biz heç vaxt ayrılmayacayıq.Ancaq elə olmadı.
Parisə gələndə bir qəpiyim də yox idi.Bir dəfə Lizeligilə gedəndə onu vir kişi ilə gördüm , amma çox da düzgün şəkildə deyil idi.Sonra ondan pul istəməyə getdim,o da vermədi.Ona dedim ki,o kişini ərinə deyəcəm o saat məndən nə qədər pul istədiyimi soruşdu.Sonra işlərimi böyütdüm.
Əvvəl Parisə köçəndə  Lizeli məni Thomasla tanış etmişdi.Mən bir neçə dəfə Lizelidən pul istəyəndə o, məni görmüşdü.Yəqin ona görə deyib.
-O kişi Frederix Barthaldi idi?
- Adını bilmirəm. Onu bilirəm ki, həkimdir.Cənab,siz mənə inanırsınız?
- Tam əminliklə deyə bilərəm ki, bəli sizə inanıram. Xudahafiz! Köməyiniz üçün minnətdaram.
Riçard başqa bir yerə getdi.

Riçardın bacısı Şarlot uzun illərdir Fransada yaşayır.Onun iyirmi səkkiz yaşı var.O,Bordou Musiqi Kollecində musiqi müəlliməsi işləyir.
Riçard heç vaxt hoteldə qalmağı xoşlamaz.Ancaq bacısı ilə də yola getmir.O,xəfiyyə olduğundan bacısı ona çoxlu suallar verir: "Necə oldu?","Kim öldürüb?", Niyə öldürüb? " və sairə kimi suallar.Lakin sirlərin açılmasında bəzən Şarlot Riçarda kömək edir.
Riçard çox yorulmuşdu.Onun evə ayaqla getməyə taqəti belə yox idi.Yenicə dönmüş Laura gölünə qayıtmağa ərinirdi.Qərara aldı ki, taksi tutub qayıtsın.O, dayanacağa getdi.Taksiyə mindi.Bəxtindən sürücü boşboğaz çıxmışdı.
-Hə, cənab, siz ingilissiniz? - güc-bəla ilə ingiliscə danışan sürücü dedi.
- Bəli.
-Siz Londonda yaşayırsınız , yoxsa Dublində?
- Mançesterdə.
- İngilislər yaxşı futbol oynayır. Mən baxıram.
- Hə, elədir.Çatdıq?
-Hə, cənab, Mançesterə gedəndə xalam oğlu Roba salam göndərin.
Riçard bu sürücüdən o qədər bezmişdi ki, yolda öz-özünə danışırdı.
Nəhayət çatmışdı.Şarlotun evi gözəl Lauranın qırağında yerləşir.Onun bağı rəngarəng görünürdü.Hər yerdə lalələr, qızılgüllər,nərgizlər və yasəmən ağacları əkilmişdi.Şarlot bağındakı balaca otaqda oturub çiyələk mürəbbəsi yeyirdi.Riçardın gəldiyini görüb onu qarşılamağa getdi.
-Salam, Riçard.
- Salam, Şarlot - Şarlotu qucaqlayaraq dedi.
-Məgər, sən sabah gəlməyəcəkdin? - Şarlot təəccüblə dedi.
-Dünən Thomas mənə teleqraf göndərdi ki, təcili Fransaya gəlməlisən.Onun bacısı ölüb.O da məndən bunu araşdırmağı xahiş etdi.
Şarlot əlindəki çörəyi yerə qoyub iri mavi gözləri ilə Riçarda baxdı.
-Nə?! Lizeli Paradis ölüb?
-Hə, ölüb.Lap dəli olacam lazımsız dəlillər məni özümdən çıxardır.
-Necə dəlillər?
Riçard pencəyinin cibindən qeyd kitabçası çıxarıb hündürdən oxumağa başladı.
-Birinci spiral, ikinci sulu vanna, üçüncü üstündə nə əczaçının adı, nə də imzası olan yuxu dərmanı, dördüncü qıraqları yanmış və sulu saç qurudan,beşinci ikiyə ayrılmış Lizeli Paradisin və Frederix Barthaldinin şəkli.
- Frederix Barthaldi kimdir?
- Lizelinin məşuqu.
Şarlotun iri mavi gözləri lap da böyüdü.Riçard onun nə sual verəcəyini artıq bilirdi.
- Hə, Şarlot, Lizeli Paradisin məşuqu.Bunu mənə qulluqçu Sarah dedi.Mən Frederix Barthaldidən soruşdum, o da təsdiqlədi.Hə, deyək ki, onun əri öldürüb.Bəs necə öldürüb?
Şarlot gördü ki, Riçardın kefi pozulub.Başladı xalası Cezibeldən danışdı.
- Riçard, bilirsən Ruben nədən ölüb?
- Nədən?
- Strixnindən.
- Nə?
- Hə,xadimə Rut öyrəndi ki,xalamız Cezibel onun südlü qəhvəsinə zəhər töküb.
- Maraqlıdır, zəhəri adi əczaçıdan alıb?
Şarlot qəşş eləyib güldü.
- Hə, əczaçıdan alıb, damğası da var.Zəhəri xalamıza mister Yanq verib.Həkim mister Yanq.Rutun dediyinə görə Cezibeldən 1200 funt sterlinq istəyib.
Riçardın gözləri fal daşı kimi açıldı.O, Roquetə yollandı.
Səkkizə on dəqiqə qalırdı.
Riçard gəlmişdi.Xerardın yanına getdi.
- Salam, mister Laurens.Mənimlə qəhvə içmək istəyirsiniz?
- Hər vaxtınız xeyir, cənab Paradis.Əlbəttə.
Onlar qəhvə içməyə başladılar.Riçard Laurens qəhvədən bir qurtum içib kənara qoydu.
Sözə başladı:
- Sentyabrın on ikisi Lizeli Paradis həyat yoldaşı Xerard Paradis tərəfindən öldürülüb.
Xerard özünü itirdi.
- Nə danışırsınız, siz? Başınız xarabdır? Mən nəyə görə arvadımı öldürüm?
- Düzünü desəm, bunu aydınlaşdırmağa çox baş sındırdım.
Xerard lap da əsəbiləşməyə başladı.
-Siz xanımınıza çox əziyyət veribsiniz.Onun başına ağır əşyalar vurdunuz, sonra onu vannaya atıb saç qurudanı işə saldınız.Lizeli elektrik vurmasından vəfat etdi.Ancaq siz bütün bunları eləməzdən qabaq ona zəhər içirdiniz "strixnin" bununla belə kifayətlənmədiniz.Siz Morqandan zəhər istədiniz.O da bunu sizə pulsuz vermədi.Siz də o pulu tapmaq üçün şirkətə getdiniz.O da bilirdi ki, Lizeli 220 Voltluq elektriklə öldü.Buna sübut olaraq şkafa atdığınız, yararsız vəziyyətə düşən saç qurudanı göstərmək olar.O su içində idi, spiralları yerə tökülmüşdü.Həmçinin güzgü-şkafda tapdığım zəhər, mən bilirdim bu yuxu dərmanı deyil, çünki üzərində nə əczaçının adı ,nə də imzası vardı. Vanna otağnda ikiyə ayrılmış şəkil də var idi:Frederix Barthaldi və Lizeli Paradisin şəkli.Mən saat yeddidə Frederix Barthaldigilə getdim ,o da bunu təsdiq etdi. Bəli,siz xəyanətdən həyat yoldaşınızı öldürdünüz.Mən hər şeyi başa düşürəm, xəyanət bağışlana bilməz bir şeydir.Ancaq siz onu boşaya bilərdiniz.
- Siz məni heç vaxt anlamayacaqsınız , mister Laurens, heç vaxt.
Bu vaxt polislər içəri girdilər,Xerard Paradisin qollarını qandallayıb polis şöbəsinə apardılar.

2295 söz

Roquetdə Müəmmalı Qətl  #Watty_aze2016Where stories live. Discover now