Gecə Seansım

106 14 5
                                    

Bayırda əynimdə heç bir qoruyucu olmadan adi geyimləyəm.. Baharın gəlişi havadakı istiliklə özünü göstərir.. Bu gecə daha doğmadır mənə.. Bəlkə də gün boyu yaşanılanlar mənim belə hiss etməyimə səbəbdir.. Bəli çox gözəl gün idi, bugünə yazmasaydım günah işləmiş olardım deyə düşünürəm.. Daha fərqli idi bugün gülüşüm.. Birdə belə gülə biləcəmmi bilmirəm, ona görə də indi dadını çıxardıram.. Siz, siz olun sizi güldürən, həyəcanlandıran, ürək döyüntünüzü sizə hiss etdirən insanları itirəcək şeyləri etməyin.. Tapın o doğma insanı, dəli kimi qucaqlayın, qoxusunu çəkin içinizə hətta dodaq ucunuda bir öpüş qondurun.. İcazə verin özünüzə sərhədləri aşmaqda.. Aşın bütün bariyerləri.. Sinəsində yuxuya gedin.. Ağlınıza gələn ilk sözləri deyin ona.. Aşiq olmaqdan qorxmayın, çəkinməyin.. Kin saxlayacaq qədər uzun deyil ömrümüz.. Çünki bilmərik həyat 1 saatdan sonra bizə nə gətirəcək.. Peşmanda olsan sən yaşamış olarsan, öz istəyinlə yaşamış olarsan ən azından..

Kəpənəyin YuxusuWhere stories live. Discover now