Tənhalığa məhkumam

221 21 18
                                    

...kimsəsiz bir otağın küncünə qısılıb, divarlarla üz-üzə dayanaraq, saat əqrəbinin tik-takını, hökm sürən sükutu, pəncərədən içəri doluşan külək vıyıltısını aydın duyacaq qədər tənhalığa məhkumam...

Bu axşam tənhayam...Otağım səssiz,
Beynimin içi də bəyaz dumanlıq.
Kimsə yox, buralar gediş-gəlişsiz,
Bircə qonağım var: o da tənhalıq.

Dərd ortağım olan dörd divarımla,
Bu gecə yenə də üz-üzəyəm mən.
Nə çox danışıram tənhalığımdan,
Bəlkə də onlar da bezib əlimdən.

Getdiyim hər yerdə, hər bir guşədə,
Tənhalıq kölgə tək izləyir məni.
Bəzən də kimsəsiz, soyuq köşədə,
Dəvətsiz qonaq tək gözləyir məni.

Nədənsə böyük bir sarmaşıq kimi,
Cılız bədənimə yaman sarılır.
Hərdən ani yanan bir işıq kimi,
Qara gözlərimi o qamaşdırır.

Taleyimi yazan nur üzlü mələk,
Necə də qəribə xəttin varıydı.
Ağ vərəqimdəki yazımda gərək,
Qaralamasaydın, görən, olmazdı?!

Müəllif: Zeynəb Əlizadə
01.07.2015 / 02:15

Tənhalığa MəhkumamWhere stories live. Discover now