Yoxluq Və Heçlik Üzərinə Fəlsəfə

212 10 6
                                    

Olmaq ya da olmamaq, əsl məsələ budur- demişdi vaxtilə Şekspir. Bəs görəsən ümumiyyətlə olmamaq, yoxluq yada "yox" olmaq nədir? Yoxluq bir şeyin olmadığı hala deyilir. Bir şeyin var olduğu haqda danışmaq mümkündürsə onun yoxluğu, olmadığı hal haqdada danışmaq mümkündür ki, buna fəlsəfədə dualitə ikiləmə ya da ikili tarazlıq da deyilir. Qısasası bir müddəanız varsa qarşışında ona əks bir müddəa qoyub onu analiz edə bilərsiniz. Yoxluq özü varlıq tərəfindən təsdiqlənmə kimi bir tələbata malikdir. Beləki bunu qısa bir misalla belə izah etmək olar, məsələn: əlinizdə tutduğunuz telefonun olmamağı ya da yoxluğunun var olmağı eyni şeydir. Yəni bir şey həmişə ya var yada onun yoxluğu var olur. Bu baxımdan yoxluq bir növ varlıq çərçivəsində öz əhəmiyyətliliyini qoruyub saxlayır, var olur. Bu yerdə söhbətimizin getdiycə dərinləşəcəyini nəzərə alaraq beyinlərinizi qızışdırmaq məqsədiylə paradoksal bir sualla movzunu biraz da maraqlı hala gətirim - bir şeyin var olması üçün ilk öncə olmamağımı lazımdır yoxsa olmamağı üçün ilk öncə var olmasımı? Heçlik! Heçlik çox zaman yoxluqla qarışdırılan başıbəlalı və olduqca maraqlı bir məfhumdur. Heçlik fiziki baxımdan fəzanın olmadığı yerlərdir. Bu səbəbdəndir ki, heçlik fizika daxilində öyrənilə bilməz. Fizikada biz varlığı ya da yoxluğu incəliyə bilərik lakin bu prinsip özünü heçlikdə doğrultmur, biz fiziki anlamda bir şeyin var ya da yox olduğuna qərar vərə bilərik lakin bir şeyin heç olduğuna qərar vərə bilmərik. Bu dediklərim heçliyə fiziki prizmadan yanaşmadır. O zaman heçlik haqda necə anlayışa sahib ola bilərik deyə sual yarandısa buna da veriləcək bir cavab var: fəlsəfə. Heçliyə fəlsəfi aspektdən yanaşdıqda varlığı və yoxluğu arasında paradoksal bir vəziyyət bir dilemma yaranır desəm yanılmaram. Bunu aqnostik yanaşma kimi də düşünmək olar. Sistemnən kənar olan bir şeylər haqda danışmaq düzgün deyil deyə düşünürəm. Bunu bir növ şizofrenik xəstələrdəki sanrılar kimi də düşünmək olar- onların gördükləri həqiqətənmi sadəcə bir xəyaldır ya bizmi görə bilmirik kimi. Lakin heçliyin sistemnən kənarmı ya sistemə daxilmi olduğu haqda da bir fikrə sahib deyilik. Heçlik varlıq və yoxluğun təsirlərinə məruz qalmır və dualitar məntiqdən kənarda olan bir şeydir. Az öncədə dediyim kimı yoxun qarşılığı var-dır ancaq heçin qarşılığını dilçilik elmində hər zaman yada həmişə götürsələr də heç bir sifət deyil bir vəziyətdir. Heç qarşılığı olmadığı kimi həmdə özündən bir dənə də yoxdur yəni heçlər deyə bilmərik bu məntiqsiz bir söz birləşməsi olar ancaq bir neçə dənə olduğunu deyə bilməriksə bəs bir dənə olduğunu deyə bilərikmi? Heç elə özünə qapanıq bir haldırki 1-i də özündə saxlamayacaq. Yoxluq dedikdə əsasən bir qaranlıq, bir boşduq yada hansısa bir sərhəd daxilində nəyinsə yada nələrinsə olmadığı hissiyatını versə də heçlikdə belə olmamalıdır yəni heçlik bir qıcığa səbəb olmamalıdır bir düşüncə yaratmamalıdır. Strukturalistik fəlsəfədə semiotika adlanan bir şey var. Semiotika bir simvolları anlama elmidir yəni bura sözlər işarələr və s. aiddir və qəbul edicinin qəbul edilən və siqnalla əlaqəsini öyrənir. Heçliyə bu aspektdən yanaşdıqda görərik ki, qəbul edici siqnal və qəbul edilən arasındaki əlaqə pozulur yəni heçlikdən bir siqnal gəlmir və siqnal olmadığından bir qıcıq da yaratmamalıdır. Bəs fəlsəfi yöndən də heçlik haqda heç nə deyə bilmərik deyirsən bayaqdan bu necə heçliyi anlamaq şəkli oldu düşünürsünüzsə belə deyim bu yanaşma yəni bu anlama şəkli heçlik haqda deyilən fikirlərin yalnış olduğunu göstərməkdən ibarətdir. Heç sözü az öncədə dediyimiz kimi siqnal gəlmədiyindən heçliyi bizə göstərə onu aydınlada bilməz heç sözü sadəcə olaraq heçliyi işarə edə bilər, söhbətin ondan getdiyini göstərə bilər. Necəki yolda gördüyünüz restoran tabelası restoranın özü deyil sadəcə olaraq ona işarə edirsə heç sözü də elə. Ona görə də biz heçliyi heç sözünə baxaraq anlaya bilmərik. Burdasa məntiqimizin işləmədiyi bir sərhəddi keçirik ki sərhədin obiri tərəfi bizimçün olduqca müəmmalıdır. Və sonda həqiqət. Həqiqət də ən az heçlik qədər haqqında söz aça bilmədiyimiz bir məfhumdur. Keçən mövzuda bu dünyanın bir illuziya, müşahidəçinin holoqramı yada izləməsı ölduğu haqda fikirlər demişdim. Həqiqət dedikdə ağla ilk növbədə Tanrı gələ bilər lakin bu bir məntiq xətasıdır, çünki müşahidəçi bu holoqrama baxır, həqiqət özü isə burda deyil. Deməkki müşahidəçi həqiqət deyil. Riyazi baxımnansa heçlik 0-ile göstərilir. Yəni ali riyaziyyatda 0 heçlik ve 1 de birşeylər olduğundan 0-dan 1-e keçid imkansızdır. Yəni heçlikden nəsə yaranmaz ve heçlik nəyəsə səbəb olmaz.

Universal LogikaWhere stories live. Discover now