Üfüqlərdə sönür Günəş
Qulağımda mahnının
acı iniltisi
Saçlarımda küləyin rəqsi
var.
Gələcək var o sönüşdə
Sönüb yenidən doğmaq üçün.
Musiqiçinin oyanmış duyğuları
var
orada
Hər dəfə eyni ehtirasla
parlayan.
Orada
Günəşin gedişində
Səmanın oyanmış çalarlarında
Misralarım var
Gələcək
Və keçmiş
var.
05.04.2017
YOU ARE READING
Ulduzların rəqsi
PoetryBaxarkən çöldə yağan qara Və dinləyərkən sözlərini anlamadığım bir mahnını Nəzər salmaq istədim bəzi şeylərə.