O dünyadan bu dünyaya

5 2 0
                                    

Bir gün hər kəs
O dünyadan
Bu dünyaya
Sual dolu baxışlarla baxacaq.
Görəcək ki, bu dünyada
Yaxşı nədir, yaman nə.
Seyr edəcək əməlini,
Amalını gizlicə.
Hiss edəcək :
Son peşmanlıq fayda etməz,
Xeyri nə?!
İzləyəcək yer üzünün
Hər üzünü,
Xeyirini– şərini
Düşünəcək nə gətirdim,
Nə apardım,
Məzarıma özümlə?!
Dilindəki xoş sözləri,
Paylaşa bilən əlləri,
Su sərpəcək məzarının üstünə.
Törətdiyi pis əməllər,
Bəd baxışlar,
Acı sözlər,
Od olacaq köksünə.
Qayıtmağa bir gün olsa
Qayıdıb nə edərdi?!
Topladığı var – dovləti,
Şan -şöhrəti
Qəlbindəki xisləti,
Əridərdi
Buzlarını
Axıdardı dənizlərə,
Çöllərə...
Almazdı məzlum ahını.
Yaşlılardan dua alıb,
Uşaqlardan salam alıb,
Təmiz tutub öz qəlbini,
Ad qoyardı yer üzünə.
Bir tək quru ad qoyardı
Halallıq alıb gedərdi
Onda rahat izləyərdi,
Həyatını,
Buludların üzərindən.
"Fani həyat, boş" -deyərdi...
Sonsuzluğa pak gedərdi...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 30, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

O dünyadan bu dünyayaWhere stories live. Discover now