Part 1

275 22 2
                                    

Hər gün işdən çıxandan sonra getdiyim kafe var idi-gecə vaxtı heçkim olmadığı bir kafe...əslində ora getməyimin tək səbəbi var idi- dadlı çayı...hə birdə rahatlıqla kitabımı yaza bilirdim orda. Bu gün də ənənəmi davam elətdirərək ora getdim amma bu dəfə orda Kamil dayı yox tanımadığım qız idi...içəri daxil olanda qız mənə təəccüblə baxaraq;
-Salam,xoş gəlmisiniz
+Salam,Kamil dayı yoxdu?
-Yox,daha işləmir onun yerinə mən olacam burda
Sağa-sola baxaraq;
+Səbəb?
-Açığı bilmirəm amma deyilənə görə səhər vəfat etdi və işçi axtarırdılar mən gəldim...
Başımı qaşıyaraq;
+Ehm...pis oldum(4 saniyə fasilə verdikdən sonra) oldu mənə yaşıl çay gətirin zəhmət olmasa
-Oldu...
...
Həmişə oturduğum masaya əyləşib dəftəri və qələmimi çıxararaq son qaldığım yerdən davam etməyə başladım...5 dəqiqə keçdikdən sonra;
-Buyurun çayınız gəldi...başqa nəsə istəyirsiniz?
+Yox,çox sağ olun
Qız mənə və dəftətərə baxaraq;
-12-ə 15 dəqiqə qalıb yəni ki 15 dəqiqəyə bağlanır kafe
Gülümsəyərək;
+İlk dəfə eşidirəm sizdən...Kamil dayının vaxtında belə deyildi,mən çıxana qədər burda olurdu
Qız sifət edərək;
-İndi burda Kamil dayı yox mənəm və rəsmi bağlanış saat 12-dədir
+Amma mən istədiyim vaxt çıxacam
Qız əsəbi halda mənə baxaraq;
-Müdürə zəng edirəm
Gülümsəyərək;
+Təbii buyurun,haqqınızdır
Qız yanımda duraraq müdürə zəng edib; "Alo. Salam Emin müəllim.Kafe saat 12-də bağlanır düzdü? (3 saniyə keçdikdən sonra gülümsəyərək) amma buraya müştəri gəlib deyir ki saat 12 yox istədiyim vaxt çıxacam,nə edim? (10-15 saniyə keçdikdən sonra mənə baxaraq) Adınız nədir?"-dedi
+Ali
"Müəllim adı Alidir (20-25 saniyədən sonra) oldu müəllim,gecəniz xeyrə"-deyərək telefonu cibinə qoyub,əsəbi halda;"Nuş olsun!"-dedi
Gülümsəyərək;
+Çox sağ olun sizdə yorulmayasınız
...
1 saat keçdikdən sonra ayağa duraraq qızın yanına yaxınlaşıb;
+Borcum nə qədərdir?
Qız əsəbi halda mənə baxaraq;
-Bilirsiniz də sizə görə mən 45 dəqiqə artıq dayandım
Gülərək;
+Hə,hə bilirəm. Bəs borcum nə qədərdir?
-Hər gün bura gələn adam məndən hər gün içdiyi çayın qiymətini soruşur?
Gülümsəyərək cibimdən 1 manat 40 qəpik çıxararaq qıza uzatdım;
+Gecəniz xeyirə qalsın xanım
Qız səssizcə və əsəbi şəkildə pulu götürüb heç nə demədi..

Nəfəs.Tempat cerita menjadi hidup. Temukan sekarang