Part 2

147 20 0
                                    

Bayram günü olduğundan işdən tez çıxdığıma görə kafeyə də tez getdim,qıza yaxınlaşaraq;
-Dünən dediyim çay zəhmət olmasa
+Dünən lap gec gəlmişdin nə əcəbsə bu gün tez gəldin tez də gedərsən yəqin ki
Gülümsəyərək;
-Ürəyim nə vaxt istəsə o zaman gedəcəm
Qız dodağının altında dediyimi təkrarladı ona gülümsəyib baxaraq;
+Nəsə dediniz?
-Yox,yox buyur 5 dəqiqəyə gətirəcəm
...
Həmin masada əyləşib dəftər və qələmimi çıxararaq dünən qaldığım yerdən davam eləməyə başladım...bir neçə dəqiqədən keçəndən sonra qız yaxınlaşıb;
-Buyur çayın
Qıza baxıb xəfifcə gülümsəyərək;
+Çox sağ olun
Qız dəftərimə baxıb;
-Saatlarca burda nə yazırsan sən belə?
Gülərək;
+Heç...ev tapşırığımı
Göz süzərək;
-Uğurlar
Dodağının altında "Elə bil evi-eşiyi yoxdu" deyərək uzaqlaşdı yanımdan...isti yaşıl çayımdan bir qurtum aldıqdan sonra davam elədim yazıma...saat 1-in yarsı idi artıq-zamanın necə keçdiyinin fərqinə varmamışdım...3 saatdan çox idi oturmuşdum burda...ayağa duraraq qızın yanına gedib pul verərək;
-Buyurun,gecəniz xeyirə
Pulu sərt şəkildə alıb;
+Nə zamana kimi belə olacaq?
-İki şey olanda ya bu kitab bitərsə ya da...yox bunu deməyim marağı olmaz sonra
Qız göz süzərək;
+Bəs ev tapşığı yazırdın? Nəysə heç maraqlı deyil mənə,çalış bir az tez bitir çünki gözləyə bilmərəm və hər gün bu vaxta qədər də qala bilmərəm
-Evin uzaqdı? Maşınlayam ötürə bilərəm
Özündən razılı şəkildə;
+Yox çox yaxındı
Gülümsəyərək;
-Nə gözəl,gecəniz xeyirə qalsın o zaman...

Nəfəs.Where stories live. Discover now