Səfir Proqramı

268 38 12
                                    

Proqramın məqsədi burada hər gün oxuyub yazan milyonlarla Wattpad sevənlərə dəstək olan əyləncəli və iştirakçı bir icmanı təşviq etməkdir.

Necə işləyir:

Proqrama dörd ayda bir, ümumilikdə ildə üç dəfə səfirlər alınır. Hər dövrdə davamlı böyüyən komandaya qoşulmaq üçün dünyanın hər yerindən yeni səfirləri cəlb edirik və hazırlayırıq. Hər dövrün sonunda, səfir proqramına davam etmək istəməyən səfirlər komandadan "Wattpad Məzunları/Dostları" olaraq ayrılırlar.

Proqram çərçivəsində, səfir maraqlı olduğu istiqamət üzrə iki komandadan birini seçə bilər. Müəyyən müddət sonra səfirlərə istəyə uyğun olaraq xidmət etdikləri rolu dəyişmək fürsəti verilir.

Komandalar:

Məzmun Komandası: Bu komandadakılar məzmunla əlaqəli olan hər şeyə həvəslidir. "Wattpad"dəki hekayələrə dərindən dalmaq və kəşf etdiklərinin icma üçün uyğun olduğundan əmin olurlar.

Fəaliyyət Komandası: Sosial olmaq Wattpad sevənlərin əksəriyyətinin həyatında mühüm rol oynayır. Məqsədimiz oxucuları və yazıçıları hekayələr vasitəsilə bir araya gətirməkdir. Bəzən işlər düşündüyünüzdən daha çətin ola bilər, buna görə həmişə sakit və mülayim bir münasibət göstərmək vacibdir. Fəaliyyət komandasının səfirləri insanlarla ünsiyyət qurmağı və "Wattpad"də aktiv olmağı sevirlər.

Nə axtarırıq:

— Müraciət edənlər 18 yaşdan yuxarı olmalıdır.

— Aktiv Wattpad istifadəçisi (ən azı altı aydır wattpad istifadəçisi).

— "Wattpad İcması"nın nümayəndəsi olmaq istəyən və "İcma Təlimatları"mızı qoruyub saxlayan şəxslər.

— Həftədə ən azı 4 saat vaxtını komandaya həsr edə bilsin.

İstifadə etdiyiniz profil / hesab paylaşıla bilməz, yəni birdən çox insanın istifadə etdiyi hesab ola bilməz. Səfir kimi vəzifələrinizi yerinə yetirmək üçün bir kompüterə də girişiniz olmalıdır.

Təqdimatlar:

Yeni səfir namizədlərini müəyyənləşdirmək üçün səfir proqramına müraciət açıldı. Əsas təlim Fevral - Mart ayında başlayacaq. Beləliklə, səfir təlimində iştirak etmək istəyirsinizsə, bu müddət ərzində onlayn olmalısınız. Fevral - Mart təlimlərində iştirak etmək istəyirsinizsə, xahiş edirik bu formu doldurmağı unutmayın. 

Müraciətlər Fevral ayının sonuna qədər açıq olacaq və daha sonra müraciət edənlərin nəzərdən keçirilməsi üçün bağlanacaq. Bütün müraciətlər Wattpad Komandası tərəfindən nəzərdən keçiriləcək və yalnız uyğun namizədlər cavablandırılacaqdır.

Uğurlar!

Səfir ProqramıHikayelerin yaşadığı yer. Şimdi keşfedin