— Vatikan dünyada yeganə dövlətdir ki, 1983-cü ildən bəri orada doğum halı qeydə alınmayıb. — Las-Veqasdakı kazinoların heç birində saatlar quraşdırılmayıb. — Dünyada məşhur olan Barbi kuklalarının sayı İtaliyada və Kanadada olan bu ölkə vətəndaşlarının sayından çoxdur. — Buxarestdə parlament binasının tikintisi zamanı mərmərə o qədər böyük ehtiyac yaranıb ki, ölkədəki qəbir daşlarının hamısı digər materiallardan hazırlanıb. — Londonun əsas sakinləri «Sent Teri le-Bou» kilsəsinin zənglərinin səsi eşidilən dairədə doğulanlar sayılır. — Andorra dünyada yeganə ölkədir ki, orada poçt xidmətləri pulsuzdur. — İngiltərədə ildə 12 milyon mobil telefon və 2 milyon televizor zibilliyə tullanır. — Tombsoun şəhərində 18 yaşından yuxarı kişi və qadınlara qabaq dişlərindən biri olmadığı halda belə, gülümsəmək qadağan edilib.