NigarKarimovaa

Bir gün insan vergülü itirdi. O zaman fikirləri bir birinə qarışdı, mürəkkəb cümlələr qurmaqdan qorxdu. Bəsit cümlələr yarandı. Cümlələr bəsitləşdikcə fikirlər də bəsitləşdi. Sonra o, nöqtəni itirdi. Fikirləri uzandıqca uzandı. İfadə edə bilmədi özünü insan.... Başqa bir gün nidanı itirən insan səs tonunu dəyişdirmədən danışmağa başladı, monotonlaşdı. Ətrafda baş verən heç bir şey onda kiçik həyəcan belə doğura bilmədi. Sevinci, qəzəbini- bütün duyğularını itirdi. Sual işarəsini itirdiyi andan sual verməyi unutdu. Hər şeyi olduğu kimi qəbul etmək məcburiyyətində qaldı; nə dünya, nə insanlar, nə həyat onu maraqlandırmadı. Daha sonra insan 2 nöqtəni itirdi və heç nəyi aydınlaşdırmağa ehtiyac duymadı. Ömrünün sonunda əlində ancaq dırnaq işarəsi qalmışdı, onun da içində başqasının fikirləri.....
          	

QONAQ555

@NigarKarimovaa 
          	  
          	  Maraqlı yazıdır. Kim yazıb?
Reply