alass13

həqiqətləri qucaqlayıb,özündən gizlətmək kimidir mənim sənə olan sevgim,13
          	nə buraxa bilərəm,nə izləyə,nə də sevə bilərəm doyunca
          	gizlətmək istəyirəm səni, öyün bütün açıqlığına baxmadan,rəngləri önəmsəmədən,buludlara gülümsəmədən,gizlətmək istəyirəm səni
          	gözlərinə baxsam,qəbul edə bilməyəcəyim qədər böyük həqiqətlərin altında qalaram deyə qorxuram..
          	etiraf etməkdən qaçmıram,amma,yanaşmıram da ona
          	elə hiss edirəm ki bəzən, bir-birimizin ətrafında fırlanırıq,öz mehvərlərimizi unutmuşuq artıq..
          	itirdiyim bütün cümlələri sənin ürəyində gizlədirəm,
          	13, səni sevirəm

“Bakı,1996,küçədə bahar,könlümdə payız yağışı..”
          incə incə yağan yağış və sən,13. bax,baharda yağışı arzulama deyə zevs,sənə bütün göyləri bağışladı..biz birlikdə gülümsəyək deyə. 
          13'ə yaraşan kimi,bizə,sənə,mənə, kieslowski'yə yaraşan kimi..1996,13 mart,bahar,və zevs..gülümsədəcək qədər kədərli baxışlar və..ürəyimizi burax,şəhərə sığmayacaq qədər qəbullanılmış bir səs-küy.
          çox,dinlə,çox,qəbullanıb,üstünə gülümsədiyin ağrılar kimi gözəlsən,
          yenə,
          hər 13'də.

alass13

13,13,13,bahar. yağan yağışda incə incə gülümsədirdin məni. dəyişməyəcək heçnə,sən..kieslowski'nin baxışları..tanrı səni onun gözəlliyini qoru deyə yaradıb sanki,bilmirəm,gözlərində həmişə görsənən o qərarlılıqla ona təzad olaraq gedən kədər..bu qədər bənzəməməlidi,heç olmaya baxışlar. sənin onu sevişini o qədər çox sevirəm ki,günün sonunda ikinizin də gözündəki kədər gülümsədir məni. sağ qal 13, sağ qal, bütün baharlarda,yağışlarda,zevs ol,13 ol,O ol,ya da olma,inan zərrə qədər önəmi yoxdu,amma,lütfən,
            sağ qal..
Odpovědět

alass13

ayın on üçü gələcək və biz yenə heç bir on üçə sığışmadığımız kimi qaçacağıq özümüzdən. əvvəlki kimi xoş deyil,13lər,əzizim,əvvəlki qədər gözəl deyil..mən tanrıya gülümsəməyi səndən öyrəndim, indi heç bir bulud gözlərimdəki ağırlığı daşıyacaq qədər güclü deyil, bağışla. adınla başladığım şeirlər qədər yarımçığam və heç bir şeir isitmir indi içimi. nə dekabrın soyuğunu hiss edə bilirəm,nə başımdakı ağrıları,nə də keçib gedən günlərin səs küyünü..ilişmişəm ucunu itirdiyim bir ipə,fırlanıram öz məhvərimdə. hansı yönə dönsəm öz ayağıma ilişirəm. bu belə hara qədər gedər?bilmirəm. hər gecə sənin əmanətlərin qədər ağrıyıram, hər gecə sənin qədər nifrət edirəm özümə və hər gecə..barışıram özümlə,etiraflarım qədər iyrəncləşərkən..

alass23

13 saat və geriyə buraxdığın çoxlu gülümsəmə.
Odpovědět

alass13

ehsan abdi-ayrılıq
            yenə ayrılıq, yenə dekabr,yenə başqalarının səs küyünə qarışır beynimin içindəkilər..və mən yenə 13ə sığmayan sərhədlərimə üsyanımla başlayıram gecəyə.
Odpovědět