porovu

sənnən sonra həyata mən şirindisə zay demişəm

jefsmoke

sənin gün tək batmağıvi, ay batana tay demişəm
Reply

muzeyyendur

hər gözəldən bir gül alıb, sən gözələ pay demişəm 
Reply

porovu

səninlə bir ömür yaşamaq gözəl, səni ürəyimdə daşımaq gözəl. quruyub gözümün yaşı bax, gözəl, sən mənim ömrümə gəldiyin gündən. mən səni sevməyi öyrənə bildim, bir ömrü bölməyi öyrənə bildim. səninlə gülməyi öyrənə bildim, sən mənim ömrümə gəldiyin gündən. əvvəllər bu cürə deyildi inan, çətinlər asana çevrildi inan. qəm dağı yıxılıb, devrildi inan, sən mənim ömrümə gəldiyin gündən.

porovu

sən qəribə adamsan, səndən baş açmaq olmur. gah vecsiz görünürsən, gah da ki, diqqətindən kənara qaçmaq olmur. anlamaq çox çətindir, nə sevən tək sevirsən, nə gedən tək gedirsən. nədir fikrin, amalın? nədən belə edirsən? bir gülüşlə qəlbimə, ümid gülü əkirsən. gah da acı sözünlə, köksümə dağ çəkirsən. qorxuram bu sevgidə, təkcə yanan mən olam. gəl öyrətmə özünə, qorxuram bu gedişlə, mən də dönüb sən olam.