sefer_xidir

Mən öləndə sən geydiyin al olsun
          	Titrəməsin bal dodağın xar olsun
          	Qəbrimə gəl sinəm daşın döyəcdə
          	Durub geri gəlməyəndə ar olsun. 

sefer_xidir

Sən elə bilirsən gedən qatara hər vaxt gecikənlər yüyürər ancaq? 

sefer_xidir

@Kerimli_ burda vergülün qoyulması başqa bir məna vermir axı. "Sən elə bilirsən gedən qatara, hər vaxt gecikənlər yüyürər ancaq?" İkisində də vağzalda qatarın arxasınca sadəcə gecikənlərin deyil kimisə yola salanların da yüyürdüyünü deyir (son nümunəni çoxaltmaq da oIar.)
Reply

Kerimli_

@sefer_xidir duz yazmiyib :))))vergul qoymuyubda 0.0
Reply

sefer_xidir

@Kerimli_ Vahid Əzizindi deyir ki. 
            Sən elə bilərsən çisginə qara 
            Ən uca zirvələrə bürünər ancaq 
            Sən elə bilərsən gedən qatara 
            Hər vaxt gecikənlər yüyürər ancaq.
Reply

sefer_xidir

Ölülərlə dirilərin
          yaxşı tutur dostlugu.
          Haçan olub bir ölünün
          bu dostluğu pozduğu?!
          
          ...Get, əlimi üzdüm səndən,
          Getməsən dalaşarıq.
          Gəl ayrılaq, küsdüm səndən,
          Ölərəm, barışarıq.
          (Ramiz Rövşən) 

sefer_xidir

Hərdən xəyalına bir, yol gedirəm
          Xəyalın sirdaşım olubdu mənim. 
          Bu dolanbac yollar, bu əyri yollar 
          İndi yol yoldaşım olubdu mənim. 
          
          Gedirəm arxama belə baxmadan, 
          Ardımda kədərdən izlər qoyuram. 
          Xəyalın arabir düşür gözümdən. 
          Hərdən bir ölümtək səndən soyyuram
          
          Amma, ölümə çox yaxınam indi, 
          Uzaqdan baxanda ölüm görünür
          Mənə maraqlıdır, görən mənim də,
          Qəlbində bir küncdə yerin görünür? 
          
          (Bir vaxtlar şeir yazan sonra indi tərgitməyə çalışdığı siqaret kimi şeir yazmağı da atan birindən.)