"Qurban olduğum"

79 5 0
                                    

Bilməm, məni neçin atmış, unutmuş,
Cövrü-cəfasına qurban olduğum.
Yoxsa özgəsinə üzünü tutmuş,
Yeni sevdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gedəndən;
Dedilər, barışmaz, küsmüşdür səndən.
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.

O mənim sevgilim, o mənim anam.
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm, harda qaldı o nazlı durnam,
O хoş sədasına qurban olduğum.

Ayrılıq oduna könül dayanmaz.
Eşq oduna yanan bir daha yanmaz.
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?

Mikayıl Müşfiq ŞeirləriWhere stories live. Discover now