Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?O qara gözlərin deyil parlayan,
Ulduzlar içində gecələrimdir.
Bəlkə də ruhuma aydınlıq yayan,
Bir sərin, ziyalı yaz səhərimdir.Qoy desin dünyanın el aşıqları
Bu şövqü kim mənim ruhuma yaydı,
Donardım ruhumun şən işıqları
Qəlbimin camında qırılmasaydı.Qara qış üstümə tökər qarını
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan, gah qapayırsan?Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?13072019

ŞİMDİ OKUDUĞUN
Mikayıl Müşfiq Şeirləri
Poetry"Nakam şairim.." Mikayıl Müşfiq (1908 - 1938) Mikayıl Müşfiq Azərbaycan şairi, tərcüməçisi və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Azərnəşr"in keçmiş direktoru olmuşdur. Yaradıcılığına 1926-cı ildə "Bu gün" şeiri ilə başlamış, 1932-ci i...