0.4

101 36 79
                                    

sizin ucun weebtonumu yarim qoyub bolum yaziram zad 😞🚬 10oy kecdikde yb atacam zad. duz yazida yaxsi deyilem eger yazim sehvlerim falan varsa uzurlu sayin🥰😚🤩😗😂 😭 neyse oxuyun
Not: Azerbaycan dilinde sehv etmiremse tatto deyen kecir(?)

~~

Tae pov:

Jimin'in istəyi üzərində tatto edəcəkdim. Bu cür şeyləri sevmirdim amma Jiminə görə yoldaşı ölmüş xalalara bənzəyirdim. Əslində tam olaraq elə deyildi. Sadəcə əhatəm geniş deyildi ki, bunun mənim baxımından heç bir problemi yox idi. Jimin Seula gəldikdə tanış olduğum ilk insan idi. Digər insanlardan fərqli olaraq çox rəngli bir xarakteri vardı. Həmişə pozitiv olmağa çalışır, ətrafa müsbət aura göndərirdi. Jeongguka nə qədər ibnə desəm belə özüm homofobik deyildim. Hətta ən yaxın dostum -bu da Jimindir- gaydir. Sevgilisinin tatto salonu var. Daha əvvəl sevgilisi ilə tanış olmamıştım sadəcə şəkillərdən görmüşdüm. Nanə rənginə bənzər saçları, balaca boyu və çox bəyaz bədən rəngi var idi. Jeongguka o dediyim təhqir edici sözlərə gəlsək. Bunlar onun yaxşılığı üçün idi. Daha əvvəl Jeongguka əlaqəni kəsmək və sair kimi şeylər demiştim lakin o məni dinləmədi. Məndən soyuması üçün hər şeyi etmiştim.

Mən maşınla getməyi təklif etsəm belə Jimin havanın çox gözəl olduğunu demişdi. Hava bəhanə idi yol boyu şəklini çəkməyim üçün belə edirdi. Düşündüyüm kimi də oldu yol boyu dayandıq və onun şəkillərini çəkdim.

~~~

Məkana gəlib çatdıqda xaricdən çox sadə idi lakin içi, gözlədiyimdən daha gözəl idi. Tünd bənövşəyi divarlar, göy-qara masa və oturacaqlar vardı. Divarların üzərinə düşən qalaktika formasında olan led işıqlar ətrafa daha gözəl bir hava qatmışdı.

Jimin Gi dediyi sevgilisinin yanına gedib gələcəyini dedi. Oğlanın əsil adı Gi deyildi lakin Jimin ona bu formada səslənirdi. Əsil adını demişdi mən isə unutmuşdum.

Jimin bir müddət sonra yanıma gəldi. Yanında tanımadığımın bir oğlan var idi.

"Ah, Taehyung bu J-" Jimin sözünü bitirməmiş oğlan tez kənara çəkib qulağına bir şey fısıldadı. "Ahaha mənə biraz daha zaman ver indi gəlirəm." Deyərək oğlanla yanımdan ayrıldı.

~~~

Yenidən yanıma gəldiklərində "Üzürlü say təcili bir şey xatırladı və mənə deməli oldu, adı Jacksondur." deyərək oğlanı tanıtdı. "Ju-Jackson bu isə Taehyungdur. Ən yaxın dostum olur özü." Oğlan başını aşağı yuxarı sallayıb əlini uzatdı. Əlini tutub "Tanış olduğumuza şad oldum" dedim. O bir şey demədi sadəcə üzümə baxıb gülümsədi. Əlimi geri çəkib oğlanı bir müddət başdan ayağa süzdüm.

Hardasa mənlə eyni boylarda idi. İri çiyinləri vardı və iki qolunda da tatto dolu idi. Saçları mən buradayam deyə qışqırırdı. Saçlarındaki açıq çəhrayı rəng görünüşünə tam tərs idi. Üzü haqqında danışacaq olsaq...
Maska taxdığı üçün üzü haqqında çox bir şey deyə bilmərəm. Sadəcə parlaq gözləri və qarşında olan piercingi deyə bilərəm.

Oğlan bir müddət üzümə tamaşa etdi. Həmin o vaxt Jimin sakitliyi pozaraq söhbətə atıldı.
"Necə deyim bilmirəm, Jackson çox danışan biri deyil. Yəni ünsiyyət qurmasını gözləmə Tae. Sadəcə istədiyin tattonun şəklini göstər və onu edək." Başımı anladığım haqqında aşağı yuxarı salladım.
Çantamdan telefonu çıxardaraq tattonun şəklini ona göstərdim.
"Tatto rəngli olacaqsa etmək uzun vaxt aparacaq və ağradacaq dözə biləcəksiz." Sadəcə səsinə qulaq asdım. Səsi çox tanış idi. Eyni Jeonggukun səsinə bənzər idi. Lakin üstündə çox durmadım. Səs bənzərliyi ola bilərdi bu çox normaldır deyə fikirlərimi dağıtdım. Həm də Jeongguk qorxaq idi tatto edəcək qədər dözümlü olduğunu düşünmürdüm və səsini axırını dəfə üç dörd il əvvəl eşitmişdim. Sadəcə son zamanlarda mesaj atdığı üçün zehnimi o ələ keçirmişdi.

~~~

Taenin bezi xasiyyetlerini ozumden gotururem 😞 birinin menden xosu geldikde mende ondan soyuyuram zad🚬🚬 neyse

vote.atmayan.oli.london.ile.rimming.etsin.

Neyse yazigim geldi size mahni onerim 🌹 Mad Honey - Blue & You

593 söz🚬

Sunflower ✓Where stories live. Discover now