6.bölüm

146 48 97
                                    

Bölümləri bəyənməyi və paylaşmağı unutmayaq:))

______________________

Şahin maşını məhəllənin yaxınlığında saxladı , sonra güzgüdən arxada oturan Nazlıya baxdı.

" Buradan sonrasını özünüz gedərsiniz?"

Nazlı razılıqla başını tərpətdi ,

" Çoxsağolun.."

Şahin sadəcə baş əydi. 

_____________________

İşdə vəziyyət gündən-günə daha da yaxşılaşırdı. 

Nazlı artıq fikrini toparlayıb , işini diqqətlə görürdü. 

Arxiv sənədlərini toparlayıb bir qırağa qoydu . Nahardan sonra həll edə bilərdi.  Çayından qurtum qurtum içib , invertarizasiya sənədlərini gözdən keçirdi. 

Nərgiz xanım eynəyini biraz endirib bu gözəl qıza baxdı.  Hər verilən işin öhdəsindən gələ bilir, bəzi yeni mühasiblər kimi özünü dartmır,  bilmədiyi yerlərdə kömək istəyirdi.  İndi isə artıq Nərgiz xanımın göstərişi olmadan nəyi necə etmək lazımdır edirdi.

Əgər burada bir iki nəfər də Nazlı kimi işçi olsaydı,  mühasibatlıq şöbəsində rahatlıq olardı. 

Bu sırada Nazlı ayağa qalxdı , gülümsəyərək Nərgiz xanıma baxdı. 

" Nərgiz xanım mən bu sənədləri arxivə aparıram,  sonra da nahara gedəcəm.  Başqa bir sözünüz,  qulluğunuz var ?"

Nərgiz xanımın kefi lap yerinə gəldi.  Nazlı iş yerinə evi kimi , iş yoldaşlarına ailəsi kimi can yandırırdı.  İndi də Nərgiz xanımı düşünürdü. 

Nərgiz xanım güldü,

" Yox qızım,  sən işində ol . Nuş olsun .."

Nazlı kurtkasını və çantasını götürüb otaqdan çıxdı. 

______________________

Nazlı nahardan qayıtdı qayıtmağına amma , fikri hələ də çöldə qalmışdı. 

Bu gün necə rədd eləsin Ayanı başından görəsən? Ayanın quyruq kimi hara getsə ardınca gələcəyini bilirdi .

Of , hələ Nihata da vaxt ayırmalı idi . Dünən gecə Nihat ona yazmışdı. 

- Sabah vaxt elə danışaq.  O it haqqında tədbir görməliyik.  01.09

Fikirli halda iş yerinə çatdı. 

_______________________

Sübhan otağını talan eləmişdi.  Atası evdən işə gedən kimi oğrun oğrun evə girmişdi.  Tez əyninə başqa paltar keçirmişdi. İndi də axşam üçün bilmirdi nə geyinsin . Nazlı ilə Ayan gələn kafe& restorana o da gedəcəkdi.  İntizardan hələ ki səs səda yox idi . O da gələcəkdi .

Sübhanın anası Yaqut otağın halını görüb gileyləndi.

" Ay oğlum nə dağıdırsan otağı? Nə lazımdı de anan versin sənə.  "

" Mənim o kostyumum var idi e,  Praqadan sifarişlə gətirtmişdim. Hanı o ?"

Yaqut xanım dinmədi,  kostyumu oğluna verdi . Amma ürəyinin içində nələr nələr deyirdi .

O kostyuma görə əri Bayram evdə babat dava salmışdı.  Çünki oğlu birdən birə 2000 $ pulu bir dəst paltara saymışdı.  Bayramın ən zəhləsi gedən şey pulun xərclənməsi idi . Əlindən gəlsə qoymaz evə su çörək alınsın o qədər simic idi.  Amma oğlu da tərslikdən o qədər də bədxərc idi .

SEVGİ ƏNGƏL TANIMIRWhere stories live. Discover now