Mən Sual, Sən Nida..

39 9 10
                                    

[Nəqarət] [RZZA]
Mən sual, sən nida
Mən sudan, sən qida
Məsudam, əlvida
Məyusam, gəl bir daha

Mən sual, sən nida
Mən sudan, sən qida
Məsudam, əlvida
Məyusam, gəl bir daha

[Bənd:1] [Epi]
Amma mən sən deyiləm
Yenə külək kimi əsdin
Şəkillərini sildin
Gecə biləylərini kəsdin
Sən biləylərini kəsdin
Mənsə ümidlərimi kəsdim
Ümidlə yaşayan adama
Ümidsizlik bəsdir

[Bənd 2] [Epi]
Səni istəmirdim, amma
Gülə-gülə dönmüşəm
Sənə nöqtə qoydum sanırdın
Vergülə dönmüşəm
Vergüllər boş şeydir
Sənin eşqinlə yanırdım
Bir də baxdım ki
Nəyi var külə dönmüşəm

[Bənd 3] [Epi]
Səninlə işləyəkmi
Vaxt tapınca bir günah?
Qaldıraq səmaya saxtalıqla bir bina
Ey nida, bir sual
"Məni nə qədər sevirsən?"
Sənə görə edə bilərəm hətta
Saçlarımdam imtina

[Bənd 4] [Epi]
Sənə gələ bilmirəm
Hələ bu harasıdır?
Ayaqlarım, metrolar, maşınım narazıdır
Haraya gedirsənsə get
Məni də apar özünlə
Soruşan da olsa
Denən ki, bəs - "Başımın bəlasıdır"

[Nəqarət] [RZZA]
Mən sual, sən nida
Mən sudan, sən qida
Məsudam, əlvida
Məyusam, gəl bir daha

Mən sual, sən nida
Mən sudan, sən qida
Məsudam, əlvida
Məyusam, gəl bir daha

[♪♪♪]

Bye bye

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bye bye...

ŞARKILARWhere stories live. Discover now