Maliyyə okeanı

48 8 0
                                    

İnsanların xoşbəxtlik adına alın tərləri və gözyaşları ilə yaratdıqları həmin okean. O məşhur romanda qeyd edildiyi kimi:
"Azacıq xoşbəxtlik hər kəs üçün yaxşı olar. Ancaq heç kim azacıq xoşbəxtlik istəməz. Və xoşbəxtlik nə qədər çox böyük olarsa dəyəri də o qədər azalar". Və daha çox var-dövlət sahibi olmaq, daha çox dərinliklərə getmək istəyi o azacıq xoşbəxtlikdəndə məhrum edir həmin həvəskarı...
Elə bir okean ki, üzərində hər şeyin istədiyin kimi olduğuny görür və hisslərini qurbanı olan insan bu okeanın hər nə qədər dərinliyinə enməyə çalışsa qaranlığın və boğulduğunun fərqinə varır.. hər nə qədər gec olsa belə!
Bu vəziyyət mənə kiçik ingilis nağılını xatırlatdı.
Bir kasıbın toruna düşən qızıl balıq azadlığına qovuşmaq şərtilə ondan nə istədiyini soruşur. Təbii ki, insan olduğundan çoxlu qızıl istəyir. Və qayığın son hissəsonə qədər qızıl doldurmasını istəyir. Spnrası isə əziz dostlar sizə də məlumdur. Hansı ki, həyat da məhz bu qane etməyən çoxluq prinsipi ilə qurulub. Hər nə qədər çox var dövlət sahibi olsaq belə və nə qədər mülkə sahib olsaq belə əslində içimizin dərsliklərindən gələn bu istəyin əslində şan-şöhrət və pula sahib olmaq istəyi olmadığını sonda anlaya bilirik. Hansı ki, bu böyük maliyyə okeanında itirdiyimiz kiçik və balaca xoşbəxtliyimizi axtarırıq. Hansı ki, milyardlarca itmiş xoşbəztliyin olduğu nəzərə alsaq tapmayacğımızı yəqinliklə deyə bilərik...
Çünki bu elə bir okeandır ki, içimizi oxşayan və rahatlıq verən suyu tədricən içində həbs olmağımıza səbəb olan bataqlığa çevrilir. Və bir şeydə deyim ki, gördüyüm heç kəs bu bataqlıqdan xilas ola bilməyib. Bəlkə də, yenı də istək böyük rol oynayır. Elə bir istək ki, ayı belə ikiyə bölə bilər..
İnsanlara hər nə qədər batıqlıqda mübarizə apardıqlarını desək belə gözlərindən və əllərindən töküən maliyyə suyu ruhani korluğa gətirir. Və biz hamımız artıq bilirik ki, suda gedən döyüşü qazanmaq və hərəkət etmək nə qədər çətindir..
Mümkünsüz deyə bir şeyin olmadığını nəzərə alsaq hələki heçdə gec deyil..

ApeyronWhere stories live. Discover now