Günahsız qatil

46 9 0
                                    

Heç kəsin onun etdiklərilə barışmaq istəmədiyi o günahsız və qəddar qatil. Şan-şöhrət rinqində hələdə sağalmayan yaralarımıza güclü zərbəsilə əbədi iz qoyan həmən qatil. Hansı ki, özünün kifayət qədər həssas iş rejiminə uyğun olaraq bütün artıqları və tullantıları sormaqla məşğuldur. Və təxmin edirsiz yəqin ki, həmin tullantılar olduqca kiçik olan dünyanın özündən dəfələrlə kiçik olan kiçik sakinləridir..
Və nə vaxt ki, bütün uşaqlıq dönəmində əyləndirərək üzünə gülüş qondurduğumuz həmən uşaqlar artıq böyüdü o zaman küncün bir qırağına atılaraq necədə sadə quruluşa malik oyuncaqlar olduğumuzu anlayırıq. Və bütün həyatımızın və həyatdakı missiyamızın əslində bu uşaqları gülüşü anladıqları vsxta qədər əyləndirmək olduğunu anlayırıq. Və çəkilən əzabı cümlələrə yerləşdirmək çox əzabverici bir çətinlik yaradır..
İstifadə olunmuş oyuncağın nə qədər dəyərsiz hesab olunduğu bir dünyada yaşadığımızıda yəqin ki, xatırlatmağa ehtiyac yoxdur. Bütün bu düşdüyümüz boşluq və sükutu zaman dolduraraq pozur.. və o qatildir. Öz öhdəsinə düşən işə layiqincə əməl edən mürəkkəb quruluşlu qatil!
Və sizə bir pis xəbər verçək istərdim hörmətli və əziz oxuyucular. Güzgünün qarşısına hər gqn keçib diqqətlə sifət cizgilərinizə nəzər yetirsəz hər gün simanızda yeni və incə qırışların yarandığının şahidi olacaqsız. İndisə cavab verin zaman qatildir yoxsa yox?!
Hansı ki, bu günə qədər edilmiş ən amansız qətllər və cinayətlərlə müqayisə olunmayacaq qədər qəddarcaına törədilmiş ümum bəşər faciəsidə adlandırmaq olar baş verən bütün bu xaosu..
Və əslində çoxdan unutdurulmuş həqiqətlərin əvvəllər mövcudluğunu nəzərə alsaq bu xaosun bütöv yaradılışın ilkin nümunəsi deyil bəşərin ən vəhşi canlılarından olan insan əməyinin məhsulu olduğunu əminliklə deyə bilərik.
Və qəbul edək ki, bu sıxıcı nizamsızlığın yaranmasında kifayət qədər rolumuz var.. Və hər nə qədər üzərimizdən həqiqətləri atsaq belə həqiqət üçün dəyişən yalnız onun bir kənara atılması olacaqdır. Lənət olsun. Başqa heçnə!
Və bütün nizamsızlığın yaradıcısı olan zaman və bizlər arasındakı tək fərq zamanın günahsız bizlərinsə günahkar olmamızdır. Hər nə qədər gülməli olsa belə hərdən bütün bəşərin düşünə bilən nümayəndələrinin 2/3-nin və bəlkə daha çox hissəsinin cəhənnəm əzabından qaça bilməyəcəyini düşünürəm. Yəni bu günah cavabsız qalacaqmı?
Və özümündə gəldiyim qənaət budur ki, baş verən bu ümumbəşəri nizamsızlığı yaradan insanın verdiyi cəfəngiyyat qanunlar toplusu və qərarlar, nizamlayansa zamandır..

ApeyronWhere stories live. Discover now