2.Bölüm

499 59 47
                                    

"Əli tez elə! Qızlar heç bu qədər bəzənmir!Kimə özünü göstərirsən?!" Əli Polat'ın bu sözlərini eşidirdi ama yenədə yavaş-yavaş hazırlaşırdı.Çünki Polat'ı əsəbləşdirməyi sevirdi. "Gəlirəmdə nə səsini atmısan başına şivən arvatlar kimi!"

Polat əsəbindən bilmirdi nə etsin.Düz yarım saatdı qapıda Əli'nin hazırlaşmağın gözləyirdi. "Əli 2 dəqiqəyə gəlməsən gedəcəm!" Əli Polat'ın getməyəcəyini bildiyi üçün rahat rahat saçını düzəldib otağından çıxdı.

Polat'ın qapının ağzında ayağını yerə vurduğunu görüb güldü. "Ə nədi? İmkan vermədine rahat rahat hazırlaşım." Polat başını yerdən qaldırıb dostuna baxdı. Başdan ayağa süzdü, sonrada güldü.

"Xəsdəsən sən? Futbol oynamağa gedirik bu nə paltardı,bu nə saçdı?" Əli heç kefini pozmadı. "Olsunda nolacaq? Futbola gedirik deyə pis geyinim?"

Polat əsəbindən dayana bilmədi Əli'nin başına birini vurdu. "Ə it sənə görə 1 saatdı qapının ağzında gözləyirəm.Nazlıda yatıbdı deyə onunlada oynaya bilmədim." Əli əlini ağrıyan yerinə aparıb altdan-altdan Polat'a baxdı.

"Nə vurursan it,səndən yaraşıqlıyam deyə qısqanırsan?" Əli'nin sözlərinə dayana bilməyib birini daha vurdu.

"Hə Əli düz deyirsən indi düş qabağıma uşaqlar bizi gözləyir." Polat qabaqda getdi ama Əli hələ ayaqqabısını geyinirdi.

"Əli, gözlə oğlum zibilləridə verim onlarıda at!" Əli ayaqqabısını geyinib ayağa qalxdı. "Polat gözlə məni! Tez elə ana Polat getdi!"

Polat dayana bilməyib geri qayıtdı. "ƏLİ SƏNİN MƏN-" ama içəridən Leyla xalasının gəldiyini görüb susdu.Qucağındada Nazlı var idi. Əsəbi soyudu.Ayaqqabısını çıxardıb Leyla xalasının yanına getdi. "Nazlı qız,adamda heç bu saata qədər yatar? Oyaq olsaydın səninlə oynayardım.1 saatdan sonra gələcəm yatma yaxşı?" deyib balaca qızın yanaqlarından öpdü.

Nazlı bu hərəkətə gülərək qarşılıq verdi. Əlini qaldırıb Polat'ın barmağından tutdu daha sonrada ağzına apardı. Polat onun bu hərəkətinə gülüb əlini çəkdi. "Sağol Nazlı qız."

Leyla xalası ikisinədə zibilləri verib Nazlı ilə içəri girdilər. Polat'la Əlidə bir-birlərinə vura vura zibilləri atıb futbol oynamağa getdilər.

🌼

Umut bugün çox yorğun idi.Evə güclə özünü çatdırmışdı.Qapını açıb içəri girəndə içəridən gülüş səslərini eşidəndə sonra üzündə gülümsəmə yarandı. Öz-özünə dedi "Allahım evimizdən gülüş səsləri heç zaman kəsilməsin."

Umut'un otağa girdiyini görən Leyla ayağa qalxıb həyat yoldaşının yanına getdi. "Xoş gəlmisən.Gözlə yeməyi qızdırım acsan indi sən,başında ağrıyar yəqin."Başını arxaya çevirib uşaqların oyun oynadığını,onlara baxmadığını görüb Umut'un yanağından öpdü. Daha sonra utanaraq başını digər tərəfə çevirdi. Umut Leylasının utandığını görüb güldü.

"Qız öpüb sonra niyə utanırsan? Neçə ildi bir yerdəyik hələ də bu xasiyyətini dəyişmədin." deyib Leylanı qucaqlayıb başından öpdü.

Leyla utandığından heçnə demədi.Aralaşıb mətbəxə getdi. Umut isə onun arxasından gülümsəyərək baxdı.Daha sonra Nazlı qızının səsini eşidib yanına getdi. Polat'la Nazlı oyun oynayırdı Əli isə divanda yatmışdı. Yerə, Nazlısının yanına oturdu.

POLAT'IN NAZLI'SITempat cerita menjadi hidup. Temukan sekarang