Birinci dairə

337 36 11
                                    

Tez ya gec, amma bir gün siz mütləq axtardığınızı tapacaqsınız. - Mari Şovel

Günəşin şəfəqləri üzümə düşəndə mən beynimin ən dərin qatlarından aralanıb yuxudan ayıldım. Kampın kənarında qurduğum daxmamdan çıxdım. Kamilənin və Lütfünün ölümündən sonra bir xeyli zaman keçsə də o vaxtdan bəri heç səhərə bu aydınlıqla gözlərimi açmamışdım. Mən bir müddət yerin altında - hansısa süxurlarla çərçivələnmiş tabutumun içində yaşamışdım. Zəlzələdən sonra biz hamımız torpağa gömülmüşdük. Hər şey dünənki kimi yadımda idi. Böyük ehtimalla yerin mantiyasından çıxan lava axını Lütfünün bu dünyadakı yaşamına son qoyur və daha sonra biz torpağın altına yuvarlanırıq. Digərlərini bilmirəm amma mən huşumu itirmişəm. Qaranlıqdan gələn Vasifin səsi ilə oyandığımda məndən yuxarıda açılan kiçik yarıqdan mənə baxan Vasifin tək gözünü görmüşdüm. Bizi o cəhənnəmdən Vasif və qrupu xilas etdi. İndi həmin hadisədən bir il keçir və mən daxmamdan çıxaraq meşəyə girdim.
Mən yatmışdım və yuxuda olarkən ayıq qalan beynimin gözətçi məntəqələri Hipokamp adlanan xatirələr mərkəzindən keçmiş obrazları çıxarıb bir sıra məntiqsizlikləri mənə yuxuda göstərib qarşıma yeni bir suallar qoymuşdu. Beyinin bu funksiyasına heyran olsam da amma indi daha problemli bir işin içində olduğumu anladıqca daha da çox narahat olurdum.
Meşənin içi ilə irəliləyib Vasifin qərargahının qarşısına gəlib çıxdım. Pilləkənlərlə aşağı düşərək qəribə dəhlizdən keçdim, ən nəhayət Vasifin otağına daxil oldum.
- Aa Coşqun gəl - o məni görən kimi ayağa qalxıb mənə oturmaq üçün yer göstərdi. - Nə olub gözümə bir təhər dəyirsən.
- Bu gün bəzi şeylər yadıma düşdü və həmin o bəzi şeylər mənə çox məntiqsiz gəldi.
- Məsələn?
- Mən bura təzə gələndə və ya gətiriləndə Cavid mənə burdakı hər kəsin bura dair fərqli şeylər gördüyünü demişdi. Lütfü ağ bir işığın içində olduğumuzu görürdü. Bəziləri ətrafı səhra olaraq görürdü, bəzilərinə görəsə biz Antarktidada idik. Lakin hadisələrin sonrakı gedişində məlum oldu ki, hamı buradakı meşəni görür. Keçən il Mehriban oğurlananda biz axtarışa çıxmışdıq. Onda hara doğru getmək lazım olduğunu öz aramızda müzakirə edib razılığa gələ bilirdik. Heç kim demirdi ki, bu qum topasına tərəf və ya bu buzlağa doğru getməliyik. Hər birimiz meşə, dərə və ağac görürdük. Hətta Lütfü belə. Və yaxud məni Qatil tərəfindən öldürülməkdən Mehriban xilas etdikdən sonra məni sürüyərək bir ağacın altına gətirmişdi. Və mən də bunu sonradan öyrənmişdim. Lakin Mehribanı axtararkən belə bir fikir irəli sürdüm ki, sürünmə izlərini təqib etmək lazımdır. Çünki qatil qurbanlarını sürüyür. Bunu özümdən bilirəm. Niyə belə bir qarışıqlıq elədiyimi özümdə anlamıram. Mehribanın buranı cənnət saydığı halda burdan qaçmaq istəyini də ümumiyyətlə anlamıram.

Vasifin çöhrəsinə istehzalı bir təbəssüm qondu.

Bir müddət əvvəl

Biz artıq təhlükənin bitdiyini təzə - təzə düşünməyə başlamışdıq ki, hər yer sirkələnməyə başladı. Nə olduğunu anlamadan yer yarıldı və içindən çıxan maqma topası Lütfünü yandırıb külə döndərdi. Ev üstümüzə uçmamış çıxmağa çalışdıq. Amma təhlükə yuxarıdan yox aşağıdan gəlirdi. Yer parçalandı və biz hamımız yerin dərinliyindəki qaranlığa qərq olduq.
Kipriklərim xaricdən gələn pıçıltılı bir səsin təsiri ilə titrəyirdi. Deyəsən yavaş-yavaş özümə gəlirdim.
" Mən dözə bilmərəm. Kömək edin. Nolar bir çıxış yolu olsun. "
Ayıldım. İlahi mən hardayam? Elə bir darısqal bir yerdəydim ki nəinki tərpənmək heç qımıldana bilmirdim. Başımın arxasında küt ağrı hiss edəndə anladım ki, yıxılarkən başımı harasa vurmuşam. Böyük ehtimalla qısa müddətliyinə şüurumu itirməyimə bu zərbə səbəb olmuşdu. Bura qaranlıq idi. Eşitdiyim bu pıçıltılı səs olmasa idi düşünərdim ki, bütün duygulardan təcrid olunmuşam.
" Dözə bilmirəm "
Getdikcə yaddaşım yerinə qayıdır və xatirələr bir fraqment kimi gözümdə canlanırdı. Qatil Kamiləni öldürdü. Daha sonra zəlzələ oldu və yer yarıldı. Və hal-hazırda mən torpağın altındayam. Yenidən nə vaxt huşumu itirdim bilmirəm. Hər halda beynimə oksigen çatışmazlığı buna səbəb olmuşdu.
- Coşqun... Coşqun.
Gözlərimi açdım. Əvvəl heç nə görmürdüm. Amma sonra yuxarıdakı kiçik yarıqdan Vasifi gördüm.
- Narahat olma. Sizi ordan çıxaracağıq. Gəlmişik. Necəsən? Coşqun özünü buraxma. Zehnini açıq tutmağa çalış.... Coşqun
- Mən yaxşıyam - deyə zarıyaraq gözlərimi açdım.

Mən rahat çarpayıda uzanıb taxta tavana baxırdım. Çöldə quşların nəğməsi eşidilirdi. Kiminə görə bu quşların sevinc cəh- cəhidir. Mənə görəsə üsyanıdır. Çünki hər şey öz zirvəsində əks qütbə keçir. Ən qatı üsyan ən şən nəğməyə beləcə keçə bilər. Bu fəlsəfədə əksliklərin vəhdəti qanunu adlanır. Hər şey öz zirvəsində özünə əks olan xüsusiyyətləri ehtiva edir. Çox sevinən insan ağlayır, ancaq, biz bunu xoşbəxtlik göz yaşları adlandırırıq. Kədərin zirvəsində olan insan çox gülür. İnsanlar buna dəlilik deyir, biz psixoloqlar isə bu halı isteriya yaxud kəskin depressiya adlandırırıq. Ayağa qalxıb daxmamdan çıxıram. Məni ilk görüb qarşıma çıxan İlyas olur.
- Ayıldın deməli?
Mən onun ayağına diqqət etdim və anladım ki, artıq yarası onu narahat etmir.
- Nə qədər vaxt keçib üstündən?
- Nə?
- Bizim ordan çıxarılmağımızdan nə qədər keçib?
- Uzun müddətdir. Burda günləri dəqiq hesablamaq olmur. Amma bir həftədən çox olar.
- Mən bütün bu müddət ərzində...
- Hə. Dərin yuxuya getmişdin. Vasif Çarlzı göndərmişdi. Hər dəfə sən ayıldıqca Çarlz sənə yuxu dərmanı verib yatırırdı.
- Niyə?
- Onu Çarlzdan soruşarsan. Bütün günü laboratoriyada olur.
- Onu görmək istəyirəm.
- Xeyr, istəmirsən. Mehriban tapılıb. Yaralıdır. Heç kimi tanımır. Görmək istəmirsən?

Necədə unutmuşam. Mehribanı görməyi əlbəttə istəyirdim.
Beş dəqiqə sonra onun başı üstündə dayanmışdım. Mehriban heç nəyi xatırlamırdı. Bu diaqnozu bilirdim. O heç də mücərrəd və qeyri adi deyildi. O heç də yuxusuzluqla müşahidə olunan şairlik sindromu deyildi. Mehriban aldığı travma ilə yaddaşının son xatirələrini itirmişdi.
- Hə,nə deyirsən sən? - Yanımda dayanan İlyas məndən soruşdu.
- Aldığı travma nəticəsində hafizə pozğunluğu yaşayır.
- Yaddaşı qayıdacaq?
- Bilmirəm - deyə səmimi etiraf etdim - Hər şey ola bilər. Qayıdacağına inanıram. Amma müddətini dəqiq deyə bilmərəm. Səbəbini bilmədən bir şey demək çətindir. Yarası necədir?
- O yaxşıdır. Sağalıb demək olar ki...

- Əla. Bilirsinizmi həyat yoldaşınız üçün heç də gec deyil. Onu həyata qaytara bilərik. Daha doğrusu ölməyinin qarşısını ala bilərik.
- Nə?
- Başa düşmürəm.
- Tanrı bu oyunu bunun üçün oynayıb. Biz buna öz aramızda period deyirik.

Biz Vasiflə ilk dəfə burda - Leylanın məzarı üstündə tanış olduq. Burda dayanıb bu qəribə söhbəti davam etdirirdik.
Mən onun yaxasından tutub qışqırdım :
- Mənə bax əclaf. Kimsən sən? Bura gəlmisən ki, mənlə məzələnəsən?
- Hirslənməyin Coşqun bəy. İcazə verin sizə bir şey göstərim.

Cibindən bir şəkil çıxarır və mənə göstərir. Şəkildə üç nəfər dostyana şəkildə qol boyun olub gülümsəyirdilər. Bu şəkil nə vaxt çəkilib axı? Bu üç nəfərdən biri mən idim. Digəri özünü Vasif kimi təqdim edən qarşımdakı bu qəribə insan. Şəkildəki üçüncü insan isə...

- Coşqun...
Qarşımda İlyas dayanmışdı.
- Nə olub? - Deyə mən soruşdum.
- Deyəsən paralel həyatına keçmişdin. Keys sənin ardınca gəlib. Vasifin elçisidir. Vasif səni yanına çağırıb. Get, orda Çarlzı da görərsən həm də.

Keyslə laboratoriyaya qədər getdiyimiz yolda bu adamın nə qədər boşboğaz olduğunun fərqinə vardım. Bu ingilis axmağı məni durmadan suallar verirdi.
- Nə vaxtdan burdasan? Nədən sonra burdasan? İkinci həyatında vəziyyət necədir?
Mən də cavab verirdim ki, bir aydan çoxdur burdayam. Həyat yoldaşım Leylanın və dostum Vüsalın öldürülməsindən sonra bura gətirildim. İkinci həyatımda təzəlikcə Vüsalla tanış oldum. Daha sonra o mənə sual verdi ki, burda baş verənlərlə bağlı bir versiyam var? Mən əslində çox danışa bilərdim lakin söhbətin uzanmağını istəmədiyimdən cavab verdim ki, bu haqda düşünmürəm. Mən yalan danışdım ki, guya çox vecsiz insanam və nə baş verməyindən asılı olmayaraq həyatı həmişə öz axarına buraxıram.

Biz artıq mənə tanış olan, qəribə, xəritələrlə və modellərlə bəzədilmiş dəhlizi keçib Vasifin otağına çatdıq. Çarlz ətrafda gözə dəymirdi. Keys də məni tərk etdi. Mən Vasifin otağına girəndə Vasif arxası mənə tərəf olan bir kişi ilə oturub söhbət edirdi. Məni görən kimi Vasif ayağa durdu.
- Gəl Coşqun, səni bir nəfərlə tanış eləmək istəyirəm.

Həmin adam da ayağa qalxıb çevrildi və mən onun üzünü gördüm. Bu insan Vasifin mənə göstərdiyi şəkildəki üçüncü insan idi. Bu mənim dostum Vüsal idi.

PeriodWhere stories live. Discover now