Doqquzuncu dairə

208 27 6
                                    

Periodun keçmiş bölümlərindən

Hücum zamanı ölən katibəm Nərgizin anası ağlaya ağlaya qızının cəsədini qucaqladığı vaxt içəri sarı saçları və göy gözləri olan bir oğlan girdi. O bir müddət tərəddüd edib Nərgizin atasına yaxınlaşdı.
- Salam - dedi qorxa qorxa. - Mənə bilmirəm inanacaqsınız ya yox, amma mən qatilin kim olduğunu bilirəm. Amma artıq heç nəyi dəyişdirmək mümkün deyil. Period davam edir.
---------------------------------------------
Cəfəngiyyatdır - deyib otaqdan çıxmaq istəyirdim ki, qaranlıq çökdü. Mən artıq heç kimi görmürdüm. Başımın içində bir təzyiq hiss elədiyimdən qulaqlarımı tutub yerə çökdüm.
Göz qapaqlarımda bir qızartı görəndə anladım ki, işıq yenidən bizə qayıdıb və mən göz qapaqlarımda yerləşən kapilyar damarları görürəm. Gözümü açdım. İşıq seli gözümü qıcıqlandırsa da ətrafa baxıb yoxlamağı qərara aldım.
- Akif hara oldu? - Cavid soruşdu.
- Kim?
- Bayaqdan danışdığın dəli.

Həqiqətən də " Dərviş" yoxa çıxmışdı.

İndi

1993- cü ildə xəstəxanalar indiki qədər komfort deyildi. Ölkənin ağır vaxtlarının bəziləri geridə qalsa da hələdə ümumi çətinlik bütün respublikada hökm sürürdü. Qərb sərhədlərində qızışan Qarabağ savaşları bütün sahələrə təsirsiz ötüşmürdü. Gözlərimi açdığım palata böyük ehtimalla tam sanitariya qaydalarına uyğun gəlmirdi. Sovet dövründən qalan aparatura və çarpayı sadəcə tibbi xidmətin bütün mümkün variantlarının göstəricisi idi. Palatada tək idim. Həkimsiz, tibb bacısız və Vaqifsiz.
- Kimsə var? - Mən səsləndim. - Həkim?

İçəri ağ xalatlı, yaşlı bir həkim girdi.
- Coşqun bəy, necəsiniz?
- Özümü yaxşı hiss edirəm. Amma niyə burdayam?
- Dostunuz Vaqif müəllimin dediyinə görə birdən - birə huşunuzu itirmisiniz - o məhz belə dedi. Vaqif müəllim. O dövrdə hörmət əlaməti olaraq işlənən " müəllim ", " yoldaş" sözləri cəmi 20 il sonra öz qüvvəsini itirəcək "bəy", "xanım" və " cənab " kimi sözlərlə əvəz olunacaqdı.
- Məndə epilepsiya tutması olub? -Yeri gəlmişkən qeyd edim ki, birinci həyatımda epilepsiyamın olmamağının amma ikinci perioddakı həyatımda epilepsiyamın olmağı zamanda səyahətimin əlavə və mənfi təsiri idi. Bunu sonralar mənə Vaqif izah etmişdi.
- Bəli. Tez-tez olur belə hallar?
- Epileptik statusa keçəcək qədər tez- tez yox.
Həkim gülərək sarı dişlərini göstərdi.
- Həkimsiniz? - O məndən soruşdu.
- Daha doğrusu klinik psixoloq.
Eynəyinin yumru şüşələrindən görünən mavi gözləri birdən birə sual içində döyükməyə başladı. Onda xatırladım ki, bu dövrdə psixoloqun nə olduğunu bilməmək heç də insanın savadsız olduğuna dəlalət etmir. Məni bu vəziyyətdən qurtaran qəfil Vaqifin içəri girməyi oldu. Yarım saat sonra biz xəstəxanadan çıxdıq. Vaqif bu dövrə gəlməyimizdən qabaq özüylə bu dövrə aid olan bütün sənədləri və pulları gətirmişdi. Xəstəxana prosedurları onun gətirdikləri ilə həll olundu.
- Vaqif nə olub? - Mən çıxar çıxmaz soruşdum.
- Nə olacaq?! Ağciyərin biri çıxdın sən. Maşın partlayan kimi qorxudan huşunu itirdin. Məndə səni də, o uşağı da bu xəstəxanaya daşımaq məcburiyyətində qaldım.
- Uşaq... O bilirsən kimdir?
Vaqif mənim üzümə sərt şəkildə baxıb dedi :
- Heç bilmək də istəmirəm.
- O mənəm. Biz məni xilas etdik.
- İlahi.
- Mən onu görməliyəm. Onunla danışmaq istəyirəm.
- Xeyr, istəmirsən. Nə olursa-olsun Coşqun, yoldan dönmək yoxdur. Bura nə üçün gəldiyimizi unutma. İşimizi bitirək, hər şey də qaydasına düşsün.
- Mənə kömək elə - deyərək artıq tükənmiş vəziyyətdə yerə çökdüm.
* * *
Taksi sürücüsünün çənəsi bir dəqiqə dayanmırdı.
- Ölkəni dağıdacaqlar bunlar. Nə gözəl Sovetlərin tərkibində yaşayırdıq da... Allah Qorbaçovun bəlasını versin. Darmadağın elədi o boyda dövləti. Nə qədər də qana batdı əli. Bizimkilərin dövlətçilikdən başı çıxır məgər? Bir az özbaşına buraxılan kimi Gəncə qiyamı elədilər. Aləm dəyib bir birinə. Hələ nə qədər adam qırılacaq. Elçibəy də getdi. Görək indi necə olur. Allah axrımızı xeyir eləsin.

PeriodWhere stories live. Discover now