Proloq

415 53 21
                                    

Beynimizin möcüzəvi tərəfi onun yerinə yetirdiyi funksiyalarla bağlı deyil. Məsələ onun balaca materiya parçası olduğundadır. Beyni təşkil edən maddələr öz- özlüyündə iş otağınızdakı ya da avtomobilinizdəki maddələrdən fərqlənmir. Lakin bizim bütün həyatımız, düşüncələrimiz, təsəvvürlərimiz və hislərimiz bu balaca orqanımızda yaranır. Beynimiz doğulduğumuz gündən inkişaf edib milyonlarla neyron və trilyonlarca sinaps yaradır. Beynimizin içinə edəcəyimiz səyahət bizi trilyonlarca sinir tellərinin, hüceyrələrin, sinapsların və mediatorların içinə aparır. Və burda bizim qarşılaşdığımız şey heyranedicidir. Biz məhz beynimizin dərinliklərində özümüzü tapırıq.
Bu bizim hekayəmizdi. Hər birimizin hekayəsi.

Bağlantı Onde histórias criam vida. Descubra agora