İkinci əlaqə

77 10 1
                                    

Bağlantının keçmiş bölümlərindən

Bizim qorxu və qəzəb hissimizi yaradan mərkəzdi Amiqdala. - Nadir dedi - Orxan özü də bilmədən onların beynindən qorxunu silib, qəzəbi saxladı. Mən istəyimə çatmaq üçün ən yaxşı variantın bu olduğunu düşünürdüm.
-----------------------------------------------
- Beyinə bəzi implantlar yerləşdirirlər. - Nadir öz sirrini açmağa başladı - Eyni zamanda dəri altına yerləşdirilən elektrodlar bu implantlardan impulsları qəbul edir. Sən də bilirsən ki, Orxan, biz ətraf aləm haqqında bilikləri sadəcə 5 duyğu orqanımız vasitəsilə alırıq. Amma ətrafda bir çox şeylər var ki, sırf onları qəbul edən orqanımız olmadığı üçün onun haqqında informasiya almırıq. İOS bizdə yeni duyğu orqanı yaradır. İOS fiziksəl bədəndən əlavə istifadəçilərində daxili bədəni də yaradır. Bunu bədənin ikiləşməsi kimi başa düş. Beyinə yeni bacarıqlar əlavə olduğundan o bədəni bir kopyasını da yarada bilir. Beləcə biz burda oturub söhbət edərkən mən həm də reanimasiyada yatıram. Beyin yaşadıqca da bu mümkün olacaq.
----------------------------------------------
Həkim gözlərini kitabın səhifəsindən qaldırıb irəliyə - yoxluqdan parlayan işığa baxdı. " Ağır iş rejiminin nəticəsidir " deyə fikirləşsə də özünü aldatdığını bilirdi. Gözünü yumub ovuşdurduqdan sonra baxanda qarşısında dayanan insan da bunu təsdiq edirdi.
- Texnologiyanın və biologiyamızın vəhdətindən yaranmış bir möhtəşəmliyi seyr etdiniz az əvvəl - peyda olan adam dedi.
- Nə? Sən...
- Mənə sadəcə Nadir deyə bilərsiniz.
-----------------------------------------------
Sizdən xahişim cərrahi əməliyyatla onun beyninə sizə verəcəyim elektrodları və bir sıra " böcəkləri " yerləşdirməyinizdi - Nadir yalnız bu halda Orxanın fikirlərini idarə etməyi və bunun sayəsində layihəni yenidən həyata qaytarmağın mümkün olduğunu fikirləşirdi.
- Baxın, mən ömrüm boyu qeyri-qanuni işlər görməmişəm. Əgər istəyirsinizsə Orxan bəy xəstəxanadan çıxandan sonra istədiyiniz əməliyyatı özünüz edə bilərsiniz.
--------------------------------------------------
- Nadir, mən özümü hazır hiss edirəm.
- Nəyə?
- Polisə gedib hər şeyi etiraf etməyə.

İndi

Bizi aldadıblar. Bizi aldadırlar. " Yaxşı at özünə qamçı vurdurmaz " dedilər. Həqiqət isə belədir ki, hər şey qamçı tutan əlin sahibindən asılıdır. Qamçının sahibinin məqsədi şallaqdırsa yaxşı ata da dəyəcək o qamçı.

- Bəs Ləman? - deyə soruşdum çevrilərək.
- Həyat yoldaşınız bizə əmanətdi - Nadir sakitləşdirici səs tonu ilə dedi.
- Onunla vidalaşmaq lazım olacaq.
- Məncə bunu etməsəniz yaxşı olar. Ləman xanım sizə mane olacaq.
- Yox, onu görməliyəm.
- Mən sizi xəstəxanadan çıxardım Orxan bəy. Daha doğrusu qaçırdım. Ləman xanım həkimlərlə danışacaq və sizə sakitləşdiricilər vurulacaq. Bunu istəməsəniz belə onlar bunu etməyin yolunu tapacaqlar. Ya da sizin hal - hazırda həbs üçün uyğun olmadığınızı deyəcəklər. Bu da Tariyel müəllimin həbsdə qalacağı mənasına gəlir.

Nadir nə deyirdisə düz deyirdi. Ləmanın yeri gələndə necə hiyləgər və necə inadkar olduğunu yaxşı bilirdim. Mənim təslim olmamağım üçün əlindən gələni edərdi. Və böyük ehtimalla uğur da qazanardı. Çünki bir qadının ürəkdən istəyəcəyi təqdirdə edə bilməyəcəyi heç bir şey yoxdur. Xüsusilə də kişilərin üzərində.
- Başa düşürəm Nadir. Amma heç olmasa onunla uzaqdan vidalaşmağa ehtiyacım var.

Burda isə Nadirin edə biləcəyi bir şey yox idi. Gizlənə bilməyim üçün mənə kapüşonlu jilet verdi. Qara kapüşonu başıma keçirib küçəyə çıxdım. Ləmanla vidalaşmaq üçün evimin önünə gedirdim. Həqiqətdən nə qədər uzaq olduğumu isə çox sonralar öyrənəcəkdim. Mən bir insanam. İnsanlar isə gözləri ilə görməyi, qulaqları ilə eşitməyi öyrəndilər. Beyinlərini istifadə etməyi isə heç cür öyrənə bilmədilər. Ona görə ancaq gördüklərinə və eşitdiklərinə inanırlar. Həqiqəti bizdən gizlədirlər və biz bunun fərqində belə deyilik. Zehinlərimizin arxa qapısından içəri girdilər və həqiqəti dəfələrlə oğurladılar. Sonra daha uyğun bir həqiqət yaratdılar. Yenidən dəfələrlə o həqiqəti bizə satdılar. İndi eyni şey mənim başıma gəlirdi. Bunun üçün Ləmanla uzaqdan vidalaşmağa gedirəm. Ətrafda bu şəkildə hər şeyin məsuliyyətini öz üzərinə götürüb, dünyanı dəyişə biləcəklərinə inanan insanlar var. Onlar dünyamızın xilaskarları deyil, dünyamızı məhv edənlərdir. Hər kəsin özünə müvafiq məsuliyyəti olmalıdır. Xatırladınmı?  Mən də belələrindən idim. Və indi baş verən hər şeyin səbəbi mənəm. Hər şeyi dəyişdirdim amma bu istədiyim istiqamətdə olmadı. Hər şey məndən başlamışdı. Bəs güclü olmaq yerinə zəifliyi seçsəydim?  Bütün insanlar kimi məni sevməyən insanları sevsəydim  və sevənlərdən nifrət etsəydim? Böyük ehtimalla indi daha yaxşı bir həyatım var idi...

Bağlantı Où les histoires vivent. Découvrez maintenant