Bölüm 3

81 47 5
                                    

Londonda bütün polislər səfərbər olmuşdu. Detektiv Edvard Uilson və Kevin Murray da polislər ilə birlikdə çalışırdılar. Edvard Uilson: Cənab Silva Dublindən sizə xəbər verməyiblər? dedi. Mario Silva: Xeyr cənab Uilson dedi. Edvard Uilson: Mən, Kevin Murray ilə birlikdə şəhərdə bəzi yerlərə baxacağıq. Ümid edirəm ki, "A" -dan bir ipucu taparıq dedi. Mario Silva: Oldu cənab Uilson dedi. Edvard Uilson: Mən ilk növbədə "Yunayted" otelinə gedəcəyəm dedi. Mario Silva: Oldu cənab Uilson, nəsə kömək lazım olarsa, mənə xəbər verin dedi. Edvard Uilson: Oldu cənab dedi. Kevin Murray: Cənab , Uilson ilk hara gedəcəyik? dedi. Edvard Uilson: İlk "Yunayted" otelinə gedəcəyik dedi. Kevin Murray: Cənab Uilson, sizcə "A" dəqiq Londondan gedib? Edvard Uilson: Bilmirəm Kevin. Biraz keçəndən sonra Edvard Uilson və Kevin Murray "Yunayted" otelinə gəldilər. Onları, Pedro Martinez və Martin Odeqaard qarşıladı. Pedro Martinez: Salam cənab Uilson "Yunayted" otelinə xoş gəlmisiniz dedi. Edvard Uilson: Xoş gördük Pedro dedi. Martin Odeqaard: Cənab Uilson işləriniz necə gedir? dedi. Edvard Uilson: O, qədərdə yaxşı getmir Martin, cənab Harri Braun oteldədir? dedi. Martin Odeqaard: Xeyir cənab Uilson dedi. Edvard Uilson: Harada olduğunu bilirsinizmi? dedi. Martin Odeqaard: Xeyr cənab Uilson dedi. Edvard Uilson: Oteldə hər şey qaydasındadır? dedi. Martin Odeqaard: Bəli cənab Uilson narahat olmayın dedi. Alvaro Müller detektiv Uilsonun mühafizəçilərin yanında olduğunu görərək onlara tərəf gəlməyə başladı. Alvaro Müller: Salam cənab Edvard Uilson, xoş gəlmisiniz necəsiz? Edvard Uilson: Salam cənab Alvaro xoş gördük, təşəkkür edirəm siz necəsiz? dedi. Alvaro Müller: Çox sağolun cənab Uilson, cənab Bernardo ilə əlaqə saxlamısınız? Edvard Uilson: Bəli cənab Alvaro narahat olmayın onlar yaxşıdılar. Məni bağışlayın cənablar mən artıq getməliyəm cənab Harri Brauna gəldiyimi deyərsiniz dedi. Detektiv Edvard Uilson və Kevin Murray oteldən çıxarkən qəfil silah səsi gəldi. Bu səsdən saniyələr keçməmiş ikinci dəfə silah səsi gəldi. Kevin Murray yaralı halda yerə yıxıldı. Edvard Uilson: Kevin! Pedro Martinez və Martin Odeqaard onların yanına gəldi. Onlar atəşin gəldiyi tərəfə doğru atəş açmağa başladılar. Alvaro Müller isə cəld şəkildə polisə xəbər verməyə getdi. Az sonra otelin ətrafı polislərlə doldu. Atəş açılan istiqamətdən biraz aralıda sui qəsdçi yaralı halda tutularaq xəstəxanaya ordan isə polis idarəsinə aparıldı. Kevin Murray isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldı və həkimlər tez bir zamanda əməliyyata başladılar. Az sonra xəstəxanaya Detektiv Mario Silva və Bruno Qarsiya gəldi. Edvard Uilson: Cənab Silva O, əclafın kim olduğunu tapa bildiniz? Mario Silva: Bəli cənab Uilson, adı Austindir. "A" -nın köməkçilərindən biridir. Az sonra Həkim əməliyyatxanadan çıxaraq Edvard Uilsonun yanına gəldi. Edvard Uilson: Həkim, Kevin necədir? dedi. Həkim: Cənab Uilson çox təssüflər olsun ki, Kevin Murrayın həyatını xilas edə bilmədik. Edvard Uilson həyəcanlı və əsəbi halda nə? Ola bilməz, Kevin öldü?! Həkim: Kevin Murray çox qan itirmişdi. Buna görə də onun həyatını xilas etmək mümkün olmadı. Mario Silva: Həkim Kevin Murrayın nəşini bizə nə vaxt təhvil verəcəksiniz? Həkim: Sabah cənab Silva dedi.

A və Edvard UilsonDonde viven las historias. Descúbrelo ahora