Bölüm 4

76 44 6
                                    

Bu gün Londonda uzun zamandan sonra hava sakit idi. Edvard Uilson, Kevin Murrayın dəfnindən sonra polis idarəsinə gəlmişdi. Mario Silva: Salam
cənab Uilson dedi. Edvard Uilson: Salam Mario dedi. Mario Silva: Biz Austinin kim olduğunu öyrəndik, onun soyadı Mayerdir. Austin Mayer uşaq evində böyüyüb. Daha sonra "A" üçün çalışmağa başlayıb, ancaq Austində "A" -nın əslində kim olduğunu bilmir. Edvard Uilson: Bəs, İrlandiyadan yeni bir xəbər var? Mario Silva: Austin bizə "A" -nın qaldığı ünvanı verdi. Biz bu məlumatı İrlandiya polisinə verdik. Ancaq polislər həmin ünvana getdiklərində heç bir şey tapa bilmədilər. Aldığımız məlumata əsasən ora tərk edilmiş bina olub. Hə birdə Austin onlarla əlbir olan daha iki nəfərin adını dedi. Bunlar Fred və Zlatko adında şəxslərdi. Austin bunların soyadını bilmir. Cənab Uilson sizə bu işdə detektiv Sebastian Foster kömək edəcək dedi. Edvard Uilson: O, kimdir? Mario Silva: Amerikada təhsil alıb, 33 yaşı var. Şeffild şəhərində anadan olub. Biraz keçəndən sonra detektiv Sebastian Foster polis idarəsinə gəldi. Mario Silva: Salam cənab Foster xoş gəlmisiniz dedi. Sebastian Foster: Xoş gördük cənab Silva dedi. Mario Silva: Cənab, Foster bu detektiv Edvard Uilsondur. Sebastian Foster: Şad oldum cənab Uilson dedi. Edvard Uilson: Məndə cənab Foster dedi. Mario Silva: Cənablar ola bilsin ki, biz üçümüz də Dublinə getməli olduq. Edvard Uilson: Nə vaxt? Cənab Silva dedi. Mario Silva: Bu gün axşam saatlarında. Edvard Uilson: Oldu cənab Silva. Mario Silva: Artıq bizdə Dublində keçiriləcək əməliyyatlarda birbaşa iştirak edəcəyik. Siz gedin biraz dincəlin sabah yorucu gün olacaq.

A və Edvard UilsonWhere stories live. Discover now