Bölüm 5

68 44 12
                                    

Artıq axşam olmuşdu. Detektiv Edvard Uilson, Mario Silva və Sebastian Fosterlə birlikdə hava limanına gəldilər. Onlar London - Dublin marşurutu ilə hərəkət edən təyyarəyə minərək Dublinə yola düşdülər. Qısa müddət ərzində onlar Dublinə çatdılar. Dublin hava limanında onları müfəttiş Peter Donaldson qarşıladı. Peter Donaldson:  Salam cənablar, Dublinə xoş gəlmisiniz dedi. Edvard Uilson: Salam cənab Donaldson xoş gördük. Peter Donaldson: Buyrun cənablar maşına əyləşin, polis idarəsinə getməliyik dedi. Maşınla polis idarəsinə doğru gedərkən Peter Donaldsona ratsiya ilə xəbər gəldi. Dublində olan muzeylərdən biri soyulub. Peter Donaldson sürücüyə yolu dəyişib hadisənin baş verdiyi yerə getməyini əmr etdi. Biraz keçəndən sonra detektivlər hadisə yerinə gəldilər. Muzeyin mühafizəçisi yaralı halda təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı. Bu vaxt tibbi ekspertiza əməkdaşları hadisə yerinə gəldilər və lazımlı məlumatlar topladıqdan sonra polis idarəsinə qayıtdılar. Dublində gözdən iraq bir binada idilər. Bütün bu cinayətlərin əmri onun tərəfindən verilirdi. "Ghost" : Lupen muzey əməliyyatı necə keçdi? Lupen: "Ghost" əldə etdiyim məlumata görə polislər "A"-nın adamlarının kim olduğunu tapıb dedi. "Ghost" : Necə yəni tapıb? dedi. Lupen: Hadisə yerindən əldə etdikləri əl izləri və qan izindən. Bu dəfə ki, əməliyyat uğursuz oldu dedi. "Ghost": artıq "A"-nı aradan götürmək vaxtıdır. Bu gecə onun işini həll edin dedi. Lupen: Oldu cənab əmriniz qısa müddətdə yerinə yetiriləcək dedi.
Polis idarəsində uzun analizlərdən sonra qan izinin kimə aid olduğu ortaya çıxdı. Peter Donaldson: Cənab Uilson bu qan və digər əl izləri Zlatko Markoviç adlı şəxsindir. Edvard Uilson: Bu, Austinin adını bizə dediyi şəxsdir. Onlar bu vəziyyətdə çox uzağa qaça bilməyəcək. Şəhərdə geniş miqyaslı axtarış əməliyyatına başlamaq lazımdır. Artıq biz kimi axtaracağımızı çox yaxşı bilirik dedi. Edvard Uilson polis idarəsindən çıxarkən Sebastian Fosterin ona tərəf qaçaraq gəldiyini gördü. Sebastian Foster: Cənab Uilson yeni bir xəbər var. Dublində terkedilmiş bir binada 3 kişi cəsədi aşkarlanıb dedi. Edvard Uilson: Kim olduqlarını bilirsən? Sebastian Foster: Xeyr cənab Uilson dedi. Detektiv Edvard Uilson və Sebastian Foster hadisə yerinə çatdılar. Peter Donaldson: Cənab Uilson icazənizlə hadisə ilə bağlı məlumat vermək istəyirəm dedi. Edvard Uilson: Eşidirəm Donaldson dedi. Peter Donaldson: Cənab Uilson, cəsədlərdən biri Zlatko Markoviçə aiddir dedi. Edvard Uilson: Bəs digərləri? Peter Donaldson: Cəsədlərdən biri tavandan asılmış vəziyyətdə tapılmışdır. Cəsədin üzərində isə "A" yazılmışdı dedi. Edvard Uilson: Nə?! Deməli "A"-nın arxasında olanlar onu aradan götürdü. Başqa bir iz tapılıb? dedi. Peter Donaldson: Xeyr cənab Uilson dedi. Az sonra hadisə yerinə Mario Silvada gəldi. Mario Silva: Edvard "A"-nın öldüyü doğrudur? dedi. Edvard Uilson: Bəli cənab Silva dedi. Mario Silva: O, zaman "A" əməliyyatı başa çatdı, biz evə qayıda bilərik dedi. Edvard Uilson: Xeyr cənab Silva əməliyyat bitməyib. Əsl əməliyyat bundan sonra başlayacaq "A" özünü öldürməyib. "A" muzey soyğunu zamanı səhv elədi və onun "Böyükləri" onu aradan götürdü. Artıq biz daha təhlükəli cinayətkarlarla üz-üzəyik dedi.



                            Son

04.04.2022

Oxuduqdan sonra zəhmət olmasa fikirlərinizi bildirin.

To już koniec opublikowanych części.

⏰ Ostatnio Aktualizowane: Apr 04, 2022 ⏰

Dodaj to dzieło do Biblioteki, aby dostawać powiadomienia o nowych częściach!

A və Edvard UilsonOpowieści tętniące życiem. Odkryj je teraz