•Müəllifdən•

232 38 19
                                    

Bir daha sətirlərimdə görüşdük,əziz oxucular.Özümü yazar adlandırmaram,buna cürətim çatmaz,amma bu cızmaqaralarımla sizə hislərimi,fikirlərimi çatdıra bilirəmsə,nələrsə qata bilirəmsə nə xoş mənə.
İnsanlar və onların düşüncələri,hissiyyatları,yaşanmışları həmişə maraq dairəmdə olub və belə də davam edir.Yazılarıma da bunları ötürməyə çalışıram,istər öz hislərimdən olsun,istərsə də ətrafımdakilərdən gördüklərimdən,bəzənsə xəyalımdakilərdən...
Bu kitab da daha çox bunları əhatə edəcək.Bir-birindən əlaqəsiz,müəyyən mövzular ,nəsrlər,bəzənsə şeirlər yer alacaq.Ümid edirəm ki,bəyənərsiniz...
Və bu kitaba başlamağımda mənə yazılarıyla əsas ilham verən,dəstəyini heç vaxt əsirgəməyən,gözəl yazar dostum olan
raminalekberova borcluyam.Ondan çox şeylər öyrənmişəm və hələ də buna davam edirəm,işlərində də uğurlar arzu edirəm...
Dəstək olan çox insanlar var ki,onlara çox şey borcluyam,bəzən yazmaq istədiyim anlarda onların dəstəyi məni ruhlandırıb və güc verib...
Coverə görə də adının çəkilməsini istəməyən şəxsə təşəkkürlərimi bildirirəm,çox təvazökar birisidir.

Rəğbətinizi qazanmaq ümidi ilə:KİTABQOXUSU...

Yorğun sətirlərWhere stories live. Discover now