•Gecə•

186 25 27
                                    

Şeir Sabina Şirinlinin xahişi əsasında yazılıb,mediada özüm səsləndirmişəm dinləyə bilərsiniz.Sabinaya da minnətdarlığımı bildirirəm xüsusi olaraq,gecikdiyi üçün üzr istəyirəm...


Mən gəlmişəm,

Yenə gəlmişəm,

Məni yalnızlığımdan tanıyan gecə

Gəlmişəm,gecə

Amma onsuz gəlmişəm.

Xəyallarsız,ümidlərsiz,

Onsuz gəlmişəm...

İnzivaya çəkilib ruhum,

Nə xəyal qura bilir beynim,

Nə də düşünə bilir doğru...

Sonmu olur belə?

Axı bizi öyrətməmişdilər belə:

Nağıllar belə bitmirdi,

Xoşbəxt sonluqlar,şirin həyat...

Demək,hamısı yalan imiş...

Nəyi duya bilmişdim səsində?

İtirdiyim "mən"-imi?

Axı nə tapmışdım gözlərində?

Suallar,suallar...

Bəsdir,gecə...

Axı mən onsuz gəlmişdim...

Tənhalıqdırmı bunun adı?

Ya da yoxluq?

Eh...nə bilim,adını da qoya bilmirəm...

Nə bir şey deyə bilirəm,

Nə də əvvəlki kimi yaza bilirəm.

Ətrini qoxlamadan,

Əlinə toxunmadan,

Gözlərinin içunə saatlarca baxmadan,

Baxa bilmədən sevdim onu.

Bu çirkin qəlbimlə,

Yarımçıq cümlələrimlə,

Yorğun sətirlərimlə sevdim onu...

Dünyaya hayqırdım pıçıldayaraq,

Ağladım göz yaşlarımı içimə axıdaraq:

Duymadın ki...

Qəlbimdəki boşluq o qədər dərin oldu ki,

Sonda məni də içinə dəvət etdi...

Eh...gecə, mən axı onsuz gəlmişdim...

Hər sözümün əvvəli də,sonu da olan "O"-suz...

Buludlara qalxmaq asan imiş,

Ulduzlara toxunmaq daha asan,

Dünyanın bütün rəngləri ilə tanışmışam,

Bütün musiqilər də mənə yazılıbmış.

Amma bunun indi nə mənası var?

Dünyanın yalanlarını həqiqət sananlar olduqca.

İndi bunun nə mənası var?

Qəlbimin qapıları sona qədər bağlıdırsa?

Eh...gecə,mən onsuz gəlməmişəmmiş...

Eh...gecə,qəlbimdə yenə onu gətirmişəm:

Heç bilmədən,hiss etmədən,

Qəlbimə yalan danışırmışcasına...

Eh...gecə,mən onsuz gəlməmişəmmiş...

İmza:Kitabqoxusu

28.10.16

Yorğun sətirlərWhere stories live. Discover now