Dünya əhalisinin böyük qismi şizofreniyadan əziyyət çəkir. Demək olar ki, hər kəsdə Obsesiv - kompulsiv pozuntunun əlamətləri müşahidə olunur. Bütün dünya depressiya ilə əzab çəkir. Affekt vəziyyətinin təsiri ilə edilən intiharlar yaşadığımız dövrdə özünün ən pik səviyyəsinə çatmışdır. Postravmatik sindromlu insanlar hər yeri əhatə edib. Autizm uşaqların əsas bəlasına çevrilib. İnsanlar tənhalıqlarını yatırmaq üçün QİÇS virusu ilə üzləşməyə razı olurlar. Epilepsiya bu qədər məşhur olacaq qədər çox insanda rast gəlinir.
Dediyim odur ki, bütün psixoloji və psixogenetik xəstəliklər say etibarı ilə rekord göstəriciləri vurur. Hər kəs mübarizə aparır. Amma heç kim əsas sualı vermir.
Niyə? Dünyanı bu hala salan nədir? Böyüdünüz dövlətlərin siyasi quruluşları, təhsil sistemləri, tərbiyə mexanizmləri. Bəyəndiyiniz aktyorlar və filmlər, müğənnilər və mahnılar, kreativ hesab etdiyiniz reklamlar, bütün mobil oyunlar və sosial şəbəkələrdəki göstərmə aldatmacalar, radikalizm və müxtəlif din propaqandaları. Büründüyümüz saxta kimliklər və maskalanmış Amerikan empatiyası. Elm adı ilə müasir cinayətkarlığa yol açan Yaponiya və güclü İsrail. Gülərüz masalarda imzalanmış müharibə aktları. Türkiyə İslamı və Azərbaycan milliyyətçiliyi. Yəni ki, ərafda normal və göründüyü kimi olan tək bir şey yoxdur. Hər şey müxtəlif rollarda daxili mahiyyəti gizlədilərək bizə təqdim edilir. Bütün insanlar marionetkalara çevrilir. Biz planlaşdırılmış düşüncələrlə planlaşdırılmış davranışları sərgiliyərik. Biz bizə xoşbəxtlik gətirəcəyini düşündüyümüz şeylərin əsirinə çevrilirik. Ümid adlı narkotiklə bəslənərək, insanlara etdiyimiz yaxşılıqları əslində onlara satırıq. Mən belə bu sistemi quracaq qədər qəddar deyiləm. İnsanlar o qədər sadələşiblər ki, xeyriyyə işləri ilə məşğul olmaqdan daha çox cinayət işi verilişlərinə baxırlar. Ona görə hər kəsi öldürürəm. Ona görə nifrət etdiyim şeylərə qarşı bu şəkildə mübarizə aparıram. Dante deyirdi ki, cəhənnəmin ən qaranlıq köşəsi krizis zamanı laqeyd qalanlara həsr olunub. Bütün dünyanı bu vəziyyətdən qurtarmağı qarşıma məqsəd qoymuşam.
Və əvvəl bilmədiyim bir şeyi bilirəm. Məndə Kapqr var.