Səkkizinci fəsil

170 21 29
                                    

Böyük Kölgələr Təşkilatının ali məqsədə çatmaq üçün insanları öldürmə prinsipi həmişə mənə çox qəddarcasına gəlirdi. Lakin indi anladığım şeyə görə ekstremal şəraitdə insan heç bir zaman əvvəlki insan deyil. Mənim də bir ali məqsədim vardı. Dünyanı gözəl bir yerə çevirmək üçün bu nəhəng evimizi ona ziyan vuranlardan təmizləmək. Bəs şəhərin hamısı bu çirkin oyunun içərisindədirsə?  Onda nə edək?  Yox, burda heç bir subliminal kadr yoxdur.

- Xəyalə məni eşidirsən?  - Fazil həyəcanla dedi - bir bəhanə ilə evdən çıxıb qaç. Onu həbs etsinlər, sən öz yaxanı qurtar.
- Gözlə - bir anlıq sükut yarandı - danış. Başqa otağa keçdim.
- Səni təyin ediblər. Bir azdan orda olacaqlar. İlyası aldat evdən çıx.
- Yaxşı onda sən çalış polisləri ləngit. İlyası hər hansı bəhanəyə inandırmaq asan olmayacaq.

2 saat əvvəl
İlyas yatmağa gedəndən sonra Xəyalə fikirləri ilə tək qaldı. O bilirdi ki, onun kimliyini təyin etmək polislərin bir neçə dəqiqəsini alacaq. Elə isə peşəkar əməliyyatçı düşüncəsi ilə strategiyasını hazırladı. İllər əvvəl bir gənc polis ona sevgi etiraf etmişdi.
- Ola bilməz Fazil, biz sadəcə yol yoldaşıyıq.
- Bəlkə fikirləşəsən bir az.
- Fazil məncə bu söhbəti uzatmasaq daha yaxşıdır.
- Yəni heç bir şans yoxdur?
- Boşuna ümidlənmə.
- Ümidlər heç vaxt ölmür.
- Boş söhbətdi. Ən tez ümidlər ölür. Sadəcə biz baş daşları ilə də təskinlik tapırıq.
- Olsun. Mən yenə səni gözləyəcəm. Vaxtı gələndə bütün ölülər dirilir.

Xəyalə telefonu çıxarıb bildiyi nömrəni yığdı. " Ümid edirəm hələ də köhnə nömrədəsən Fazil. "
- Alo - Fazilin tanış səsi çox şey ümid verirdi.
- Mənəm Fazil.
- Xəyalə?  Səni manyakın yanında görüblər. Hardasan sən?
- Başım bəladadır.
- Xəyalə sənin yaşadığını öyrənmək...
- Fazil mənə kömək edə bilərsən?
- Əlbəttə. Buyur.
- Yadındadır bir gün biz restorana getmişdik işdən sonra? Onda sən mənə hislərini açıqlamışdın.
- Əlbəttə. Necə unuda bilərəm ki?!
- Seyidovun ünvanını tap və ora gəl.
- İndi Mehmanov da mənə tapşırdı ki, onun ünvanını tapım.
- Birinci mənə xəbər elə.
- İndi gəlirəm.

Fazil Seyidovun ünvanını soruşduğu iş yoldaşının yanına qayıtdı.
- Çox sağol Həsən.
Bir anlıq Mehmanovun kabinetinə baxdı. Polis akademiyasını bitirəndə and içmişdi ki, dürüst polis olacaq. Onun idealı Mehmanov idi. Dərk edirdi ki, indi qapıdan çıxıb Xəyalə ilə görüşə getsə əqidəsinə xəyanət etmiş olacaq. Amma həyat insanı verdiyi sözdən döndürməkdə çox bacarıqlı manipulyatordu. Fazil o qapıdan çıxdı. Yarım saat sonra Xəyalənin idarə etdiyi avtomobilin yan oturacağında əyləşmişdi.
- Fazil mənə görə özünü riskə atdın. Sənə çox minnətdaram. - Xəyalə Fazildən aldığı ünvan yazılmış kağıza baxıb dedi.
- Xəyalə sən haralardaydın?  Hamımız elə bilirdik ki, sən ölmüsən.
- Seyidov bütün həyatımı məhv elədi. Arzularımı, xəyallarımı. Onun rüşvətxorluğu ilə bağlı faktları bildiyimdən məni sürgün etdi. Özümü də ölü olaraq qeydə aldı. İlyas - sizin manyak məni xilas etdi.
- Xəyalə o adama necə güvənə bilərsən? Səni öldürməyəcəyini nə bilirsən? 
- Onun əslində pambıq kimi ürəyi var.
- Xəyalə...
- Zarafat edirəm. Ona güvəndiyimi kim dedi?  Ondan istifadə edirəm. İntiqamımı alıb burdan gedəcəm. İlyası isə silah kimi istifadə edirəm. Mənim yerimə polisləri o məşğul edir.
- İndi biz Seyidovun evinə niyə gedirik?
- Özün demirsən ki, Mehmanov da bu adamı axtarır?  İstəyirsən ki, mənim kimliyimi təyin edə bilsinlər?
- Lap əvvəldən biz səni Xəyalə kimi tanımışıq.
- Çünki lap əvvəldən Seyidov mənə bu adı qoymuşdu. Əsl kimliyimi tapmadan həqiqi vəsiqəmlə ölkədən çıxmalıyam. Bunun üçün Seyidovun məndən aldığı sənədlərimi götürməliyəm. Mənim üzümə qapı açmaz. Ona görə mənə kömək etməlisən. - Xəyalə əyləci basdı. - Gəldik.

Obsesiya Where stories live. Discover now