Doqquzuncu fəsil

149 19 23
                                    

Mən İlyas. Tanrının yer üzərindəki qəzəbi. Cəhənnəmin bu dünyadakı surəti. Mən o insanam ki, illər əvvəl bir otaqda çarəsizcə qurban edilən uşağı peşəkar mütəxəssisə və bütün ölkənin qarşısında aciz qaldığı insana çevirdim. Çünki ən kiçik damlanın düşdüyü yerdə bir gün göl və hətta dəniz yarana bilir. İndi böyük ekranda dayanan şəxs mənəm.
Məni nişan alan avtomatları əllərində tutan iki polis diqqətlə mənə baxır. Bu mənim xeyrimədi. Onlar addım - addım mənə yaxınlaşırlar.
- Əllərini yuxarı qaldır- onlar qışqırırlar.
Mən əllərimi qaldırıram.
Onlar mənə artıq çox yaxınlaşıblar. Bir azdan məni yerə yıxıb əllərimə " bilərzikləri " taxacaqlar. Amma hələ əllərim açıqdır.
- Ayağınızın altına diqqət edin. - Əllərimlə aşağını göstərirəm. Onlar avtomatik aşağı baxsalar da qeyri-adi heç nə görmürlər. Elə onda mən yenə dillənirəm.
- Mənim də ayağımın altında var - eyni zamanda ayağımın birini qaldırıram. Onlar nəyi nəzərdə tutduğumu anlamağa çalışarkən anlaşılmaz bir cümlə deyirəm.
- Marsda su tapılsada avtomatlarınızda cibinizdən nə qədər pul çıxar?  Yatın.

Onlar ayaq üstündə yuxulayarkən mən orta barmağımı helikopterə göstərib aşağı düşürəm. Elədiyim şey qısamüddətli hipnoz idi. Bunun üçün rahat və monoton səs tonu, obyektin diqqət mərkəzində olmaq lazımdır. Bu hipnoz üç mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə hipnoz etmək istədiyin insanın diqqətini başqa istiqamətə yönəltmək lazımdır. " Ayağınızın altına diqqət edin ". Daha sonra vaxt itirmədən diqqətin istiqamətini dərhal başqa yönə dəyişdirmək lazımdır. " Mənim də ayağımın altında var ". Və sonuncu addım insanın fikirlərində qarışıqlıq yaranmağını təmin etməkdir. " Marsda su tapılsada avtomatlarınızda cibinizdən nə qədər pul çıxar? ". Beləcə bu mərhələlərdən sonra insan trans halına keçir. Bu insanın beynində dolaşıqlıq yarandığı üçün Beyinin özünü tənzimləməsi üçün lazım olan müddətdi.
-  Nə oldu orda?  Həbs etdiniz onu?  - Mehmanov ratsiyada qışqırır.
- Bizim uşaqlar dondular ona yaxınlaşan kimi - dispetçer cavab verir - o qaçdı.
- Zibil. Hipnoz edib. Ona vaxt vermək lazım deyil. Təqibi davam etdir.

Pilot aşağıda İlyasın binadan çıxaraq necə qaçdığını görür.
- O taksi saxladı - Mehmanova xəbər ötürür. - Mən təqib edirəm.
- Hansı yolla gedirlər? 

İlyas tapançanı sürücünün gicgahına dayayıb əmr verir.
- Nə olmağından asılı olmayaraq maşını saxlama.
- Yalvarıram məni öldürmə. Mənim ailəm var, övladlarım var.
- Allah saxlasın. Neçə yaşları var?
- Məni öldürmə. - O yalvarır.
- Mən ağıllı insanları öldürmürəm. Görək sən nə qədər ağıllısan.

Danışdıqları kimi Xəyalə 28 May metrosunun qarşısında taksidən düşəndə telefonuna zəng gəldi. Xəttin digər tərəfində Fazil həyəcandan əsən əlləri ilə telefonu qulağına sıxırdı. Xəyalə zəngi açan kimi o danışmağa başladı :
- Xəyalə, vəziyyət nə yerdədir? 
- Polislər aləmi bir-birinə qatıblar. Amma hal- hazırda mən qaça bilmişəm. İlyasdan xəbərim yoxdur.
- Kömək lazımdır? - Fazil soruşur.
- Soruşduğun üçün çox sağol. Mənə zəng edib özünü təhlükəyə atma.
- Xəyalə, bir köməklik lazım olsa mənə zəng edə bilərsən. Bilirsən bunu?
- Bilirəm Fazil, hər şey üçün çox sağol. Düşünmən yetər.
- Xəyalə - Fazil son ümid çırpıntısı ilə səsləndi - mən.... Mən hələdə səni sevirəm.
- Sevgini qoru Fazil. Bir gün xoşbəxt ola bilərik - Xəyalə telefonu qoyub gülümsəyərkən, Fazil də ona dünyalar bəxş edilmiş kimi gülümsədi.

İlyas arxaya baxdı. Hələki onları sadəcə başlarının üstündəki helikopter təqib edirdi.
- Övladların oxuyur əmi? - İlyas soruşdu.
- Hə. - Kişi qorxa-qorxa cavab verdi.
- Hmm. Təhsil yaxşı şeydi. Nə üzrə oxuyurlar?
- Sən neyləmisən? - kişi soruşdu.
- Əmi, hələ bir rahatlaş. Mən adi müştərinəm. Taksidən düşüb gedəcəm bir azdan. Çatana qədər heç olmasa bir az söhbət edək, yolun uzunluğunu alsın.
- Tamam - kişi təslim oldu.
- Hə, noldu?  Övladların harda oxuyurlar?
- Biri iqtisadiyyat, digəri də psixologiya.
- Oooo nə gözəl. Əmi sən bilirsən ki, mən də psixoloqam. Gedib soruşa bilərsiniz. Psixologiyada belə bir şey var ki, insan müvafiq şəraitdə elə bir davranış sərgiləyir ki, başqa cür edə bilməz. Situasiya bunu tələb edir. Yəni indi sən məni əlimdə tapança, arxamda bir sürü polislə qaçdığıma baxıb məni qınaya bilərsən. Amma mənlik bir şey yoxdur. Vəziyyət belə tələb edir.
- Hara qədər qaça bilərsən ki?
- Sən dediyim yerə məni çatdır, gerisini xəbərlər proqramından izləyərsən.

Obsesiya Where stories live. Discover now