Başlanğıc?

195 27 1
                                    

Qəhvənin ətri məni yuxudan oyandırdı. Gözlərimi açıb olanları həzm etməyə çalışırdım. Gözlərimi yenidən yumduğumda ani olaraq gecə Saraya getmə deməyim, məni qucaqlamağına imkan verməyim yadıma düşdü. Lənət olsun! Lənət olsun, Ləman! Nə etdin sən?! Mən necə davranacam ona axı? Ya da üzünə necə baxacam axı? Yəqin, haqqımda tam bir axmaq olduğumu düşünür. Örtüyü üstümə çəkib başımı gizlətdim. Mən səfehəm. Onu qucaqladığımda hiss etdiyimi heç kimə hiss edə bilmirəm. Ondan aldığım qoxu, onun yumşaq dərisi, Nigar deyildi heç kim. Axşam da, sadəcə Nigarı hiss etmək istəyirdim. Səfehəm, səfeh...

-"Sabahın xeyir". Sara gülümsəyərək otağın qapısında dayanıb mənə baxırdı.

-"Mmm. Sabahın xeyir". Başımı yuxarı qaldırmayıb, örtüyə daha çox büründüm.

-"Səhər yeməyi hazırlamışam. Əl-üzünü yuyub mətbəxə gəl". Sara yenə də üzümə gülümsəyib otaqdan çıxdı.  3 il əvvəl olsa Nigar onu da, məni də öldürərdi. Çox güman ki, məni öldürərdi. Heçnə etməmişəm, amma yenə də 3 ildir ki, yanımda heç kim yatmayıb qaldı ki, qucaqlasın. Özünə gəl, Ləman. Nigar yoxdur. Nigar var, amma sənin həyatında yeri yoxdur. Yenə mənasız cümlələrə başladım. Üzümə su vurub, dişlərimi fırçaladım.  Mətbəxə keçdiyimdə karamel qoxusu üzümdə təbəssüm yaratdı. Karamel qoxusunu çox sevirdim. Qəhvəmdə lap çox sevirdim.  Stulda əyləşib masadakı yeməklərə baxdım. Pomidor, xiyar, bibər, pendir, yumurta və yenicə hazırlanmış isti pendirli tost. Heç düşünmədən tostu götürüb kənarından dişlədim. Sara isə qəhvələrimizi süzüb qarşımda əyləşdi. Mənə diqqətlə baxır və gülümsəyirdi.

-Nəyə gülürsən?- Qaşlarımı qaldırıb soruşdum.

-"Masadakı ən faydasız yeməyi seçdin".Sara baxışlarıyla işarə edərcəsinə tosta baxdı. Qəhvədən qurtumlayıb çiyinlərimi çəkdim.

-"Amma yenə də çox sevirəm". O, isə digərlərini boşqabına qoyub yeməyə başladı. İştaham olmasa da, yeməyə çalışırdım. Sonuncu dəfə evdə səhər yeməyini 2 ay əvvəl Nazlı ilə yemişdim. 

-"Bugünə planın var?" Sara sakit səslə soruşdu.

-Yoxdur. Nədirki?

-"İstəsən, səninlə şəhərə çıxaq. Maraqlı olar". Sara cavabımdan qorxurmuş kimi gözlərimə baxmaqdan çəkinirdi. Mənsə, nə deyəcəyimi bilmədim. Bəlkə, mənim üçün də maraqlı olar. Gəzmək, dolaşmaq mənə  fikirlərdən uzaqlaşmağa kömək edər deyə düşündüm.

-Niyə də olmasın. Ağlında elə bir yer var? 

-Bovlinq sevirsən?

-Demək olar ki, hə. Ona bovlinq Nigarın çox sevdiyini deməyim ayıb olardı. Biraz susub yemək yeməyə davam etdik. Sükutu Sara pozdu.

-Otağında hələ də onunla rəsmlərini saxlayırsan... Sara başını qaldırmadan sözə başladı.

-Şəkilləri atmağı sevmirəm. Hər birinin xüsusi xatirəsi var.Xatirələr isə insan üçün çox vacibdir.

-Əgər danışmaq istəməsən anlayaram, amma niyə ayrıldınız? Nigarla... Sara cümləsini tamamlayıb gözlərimə baxdı.

-İkinci dəfə xəyanət etdiyi, heçnə demədən çıxıb getdiyi üçün  ayrıldıq.

-Evləndi deyə? Sara diqqətlə mənə baxdı. 

-Evləndiyi üçün yox. Bunu üzümə belə deməyə cəsarəti olmadığı üçün mənim ürəyim qırılmışdı. Dərindən nəfəs alıb, qəhvəmi içməyə davam etdim.

-Necə yəni? Heç nə deməmişdi? Sara fincanı stola qoyub arxaya söykəndi.

-3 il əvvəl onunla son görüşüm bilirsən necə olub? Heçnədən xəbərim yox idi. Amma, son vaxtlarda  çox fikirli görünürdü. Səbəbini soruşduğumda heçnə demir, məni qucaqlayıb bərk-bərk qoxlayardı. Birgün qaldığım evə gəldi. Onda kirayədə tək yaşayırdım. Dilindən heç bir söz çıxmayacağını görüb mən də susmuşdum. Həmin günü mənə yemək bişirməyə kömək etdi. Bütün günü  evdən çölə çıxmadıq. Ancaq qucaqlayıb, dərindən qoxlayırdı boynumu, saçımı.  Axşam mənə "bu son görüşümüzmüş kimi toxun mənə demişdi". Qəribə gəlsə də, çox üstünə gedib sıxmadım suallarla. Oyandığımda saat 1 olardı və yanımda yox idi. Qalxıb hər yerə baxdım yox idi. Zəng etdim zəngimə cavab vermirdi. Narahatlıqdan yerə göyə sığmırdım. Başına birşeymi gəlib deyə düşünüb yerimdə qala bilmirdim. Məcbur qalıb taksiylə evlərinə getdim.  Evlərinin qarşısında maşınlar, musiqiçilər, qonaqlar. Sonra vağzalı çalındı. Həyatımda məni ən incidən musiqi idi. Qapıdan bilirsən kim çıxdı?Nigar... Bəmbəyaz gəlinlikdə, yanında uşaqlıq dostu Elnur.  Qonaqlar ətrafında rəqs edir və onları müşayət edirdilər. Taksidən düşüb yerimdə donub qalmışdım.  Nə geri maşına minə bilirdim, nə irəli gedə... Addımlarım kəsilmişdi. Ayaqlarımı hiss etmirdim. Necə ola bilərdi? Dünən sonuncu dəfə qulağıma sevdiyini pıçıldayan qız bugün gəlinlikdə başqasına həyat yoldaşı olurdu. Nigar maşına minərkən məni gördü. Özünü itirib nə edəcəyini bilmədi. Bir neçə dsniyə elə qalıb, cəld maşına oturdu. Maşın qarşımdan ötüb keçdi. Nigar isə başını qaldırıb baxmadı. O gündən sonra heçnə etmədim. Heç bir dual vermədim. Adını çəkmədim. Sadəcə ölübmüş kimi yaşamağa başladım. Çünki, onu ürəyimdə dəfn etmişdim. 3il keçdi və ilk dəfə iş layihəsi üçün gəlib utanmadan qarşıma çıxdı. Elnurla hələ də evlidir, lakin mənə qarşı davranışlarına da diqqət etmir...

-"Bağışla, xatırlatdığım üçün". Sara masanın üstündə sağ əlimdən tutub nəvazişlə baxdı. Özüm belə bilmədən yanağımdan axan yaş yerə düşdü.

-Xatırlamaq üçün əvvəlcə unutmaq lazımdır. Fikir vermə mənə, normalda bu qədər  kövrək deyiləm.

-Sən tanığım ən güclü insansan. Sara başını sağ çiyninə doğru əyib mənə gülümsədi.

-"Deməli, çox insan tanımayıbsan".

-"Əsas odur ki, səni tanımışam". Saranın sözləri məni utandırdı.

-Yaxşı. Duraq hazırlaşaq. Bugün bovlinq və suşi vaxtıdır. Suşini çox sevdiyini eşitmişəm.

-Haqqımda çox şey eşidirsən-deyib yataq otağına doğru yönəldim. Sara isə qabları yumağa başladı. İlk dəfədir ki, kimsə mənə belə qayğı göstərir. Nigar bu evi çox sevirdi. Əvvəl kirayə qalırdım. Keçən il ev sahibi evi satmaq istədiyini dedikdə, aşqa evə köçmək istəmədim. Mən də yığdığım pula bu evi aldım. İçindəki heçnəyi də dəyişməmişdim. Eyniylə , Nigarın dekorasiya etdiyim kimi qalmışdı.

Qəribədir. Nəvaxt həyatıma biri daxil olmaq istəsə, Nigar çıxıb gelir. Axı nə istəyirdi? Dünən niyə mənim sözümdən incinmiş kimi edib qaçdı? Niyə Elnurla evləndi? Niyə heçnə olmamış kimi əri ilə qarşıma çıxır? Hər şeyi keçmişdə qoymağımı istəyir?Fikirlərim alt-üst idi. Yaxşı... Mən də belə edəcəm. Mən də, keçmişdə qoyub onu həyatıma davam edəcəm. Əynimi dəyişib mətbəxə getdim. Sara işlərini bitirmişdi. Çantalarımızı götürüb evdən çıxdıq.

Karamel qoxusu (LGBT)Where stories live. Discover now