Qaraqan - Orkhan Zeynallı - Okaber -
Unutulanlar
"Nur, günorta olub artıq, oyanmaq istəyirsən?" Saçlarımda hiss etdiyim barmaqlar yuxumun dağılmasına səbəb oldu. Gözlərimi açıb yanımda oturub gülümsəyən adamı izlədim çatılmış qaşlarımla. Sonra dünən yaşananlar ağlıma gələndə harda olduğumu anlayıb qalxdım yerimdən."Saat neçədir?"
"Günorta birdi."
"Zibilə qalsın, işə gecikmişəm. Niyə oyatmadın məni." O da qaşlarını çatıb mənə baxmağa başladı.
"Nə işindən danışırsan?"
"Neçə dənə işim var mənim, Kamal? Paltarlarım hanı mənim? Anama da xəbər vermədən çıxmışam. Narahat olacaq indi qadın."
"Vanna hazırlamışam sənin üçün, təmizlən əvvəl istəyirsən. Paltar da aldırmışam sənin üçün, onu fikirləşmə."
"Telefonum hanı mənim?"
"Sumkanı bura gətirib qoymuşam."deyib yatağın yanındakı çantanı göstərdi. Üstündəki ədyalla birlikdə yataqdan qalxıb ədyala bədənimi saranda yatağın üstündəki ləkələrə ilişdi gözlərim. Peşman falan deyildim, amma dünən gecəni xatırlayanda ayaqlarımın arasında səbəbini bilmədiyim sızının səbəbini anladım. Üstümə sardığım ədyala baxıb az qala qəhqəhə çəkdi hələ də yataqda oturan adam.
"Nur, nə olub sənə? Məndən utanırsan?"
"Paltarlarımı gətir, işə gedəcəm mən."
"Heç yerə getməyəcəksən."
"Kamal, işləməyimə qarışa bilməzsən."
"Ürəyin çox işləmək istəyirsə, gəlib yanımda işləyərsən."
"Mən öz işimə gedib işləyəcəm." Dedim səsimi yüksəldərək. "Mən olduğum üçün işləyə bilmərəm, yoxsa səninlə olduğum üçün, hə? Bura gəlməmişdən əvvəl heç nə demirdin çünki işləməməyimə."
"İkisi də. Nur, niyə uzadırsan? Restoranda işləmək istəyirsənsə, restoran alaram sənə özün işlədərsən. Amma sənin onsuzda ehtiyacın yoxdu işləməyə."
"Nəyə ehtiyacım olduğunu özüm qərar verərəm."
"Nə fikirləşirsən, əynində iş yoldaşlarının bir aya qazandığı pul qiymətində paltarlarla işə gedib onlarla bir yerdə işləməyi fikirləşirsən?"
"Sənin heç nəyinə ehtiyacım yoxdu mənim. Kamal, səninlə birlikdəyəm deyə hər şeyə sən qərar verə bilməzsən."
"Sən mənim arvadım olacaqsan, nə ehtiyacından danışırsan? Ehtiyacım yoxdu dediyin şeylər hamısı sənindi onsuzda." Sözlərinə qaşlarımı çatandan sonra üzüyüm ağlıma gəldi. Əlimi qaldırıb gecə çıxarmadığım üzüyə baxdim. Uqdundum boğazımdakı yumrunu.
ŞİMDİ OKUDUĞUN
Ruhsuz (+18)
Teen FictionQarşımda bağdaş qurub oturmuş adamın qucağına çıxdım. Ayaqlarımı iki yandan keçirib belinə sardım arxadan. Başımı çənəsinin altına dayayıb əllərimi saçlarına keçirdim. Tanrıya diz çöküb əllərini dua etmək üçün qaldırıb başını aşağı əymiş insan təsvi...