Kaş ki...

68 9 3
                                    

Kaş ki, gecə olaydım,
Ulduzlarla dolaydım
Gecə mənə baxanda,
Mən də sənə baxaydım.
Gözlərinə baxaraq,
Ulduz olub axaydım.

Kaş ki, çiçək olaydım,
Sizin bağda bitəydim.
Çiçəklərin içində
Ən gözəli olaydım,
Sən məni qoxlayanda
Mən saralıb-solaydım.

Kaş ki, dəniz olaydım,
Çağlayaydım, coşaydım,
Sahilimlə əbədi
Döyüşər, vuruşaydım.
Sən sahilə gələydin,
Mən də sakitləşəydim.

Kaş ki, olaydım külək,
Sənə doğru əsərək
Dəli kimi gələydim,
Saçlarına toxunub,
Dodağına dəyəydim
Nəfəsinə dönəydim.

Kaş ki, tale olaydım,
Bəxtinə yazılaydım.
Sənin gözəl ömrünü
Mən səninlə böləydim.
Səninlə bir doğulub,
Səninlə də öləydim.

24.09.2001
14 yaş :)

Şe'rlərWhere stories live. Discover now