Axtarıram

111 11 1
                                    

Axtarıram səni hər yerdə.
Hər küçədə,
Hər insanda,
Hər bir müəmmalı sirdə,
Bəlkə görə bildim bir də.
Axtarıram ulduzlarda,
Bütün qaşqabaqlı qızlarda,
Özüm kimi yalnızlarda,
Vəfalı vicdansızlarda,
Sonsuzlarda axtarıram.
Diləklərdə axtarıram,
Küləklərdə axtarıram,
Bəlkə səndən yenə vardır?
Bəlkə yenə doğulmusan?!
Bələklərdə axtarıram.
Axtarıram yağışlarda,
Mənə baxan baxışlarda,
Ümidsiz axtarışlarda
Geri dönməyən illərdə,
Hey dəyişən fəsillərdə,
Yeni gələn nəsillərdə,
Kitablarda,
Şeirlərdə,
Romanlarda,
Axtarıram olanlarda,
Bütün keçmiş zamanlarda,
Yaşanmış bütün anlarda,
Hey olduğum məkanlarda
axtarıram.
Harda axtarsam da səni
Heç yerdə tapa bilmirəm,
Bir qənaətə gəlmişəm,
Razılaşmaq istəmirəm,
Amma səni
Həmişəlik itirmişəm...

2008.

Şe'rlərWhere stories live. Discover now